Gələn ildən etibarən icbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq ediləcək
Mədəniyyət
Oxunub: 541
9 Ock 2019 | 18:19
Gələn ildən etibarən icbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq ediləcəkGələn ildən bütün ölkə üzrə yeni bir sosial layihə olan icbari tibbi sığorta tətbiq ediləcək. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə və əlçatanlığa xidmət edən bu sistemə keçid üçün hazırlıq işləri davam edir. Dövlətimizin başçısının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs - TƏBİB-in yaradılması haqqında imzaladığı Fərman və Milli Məclisdə “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklər isə artıq hədəfləri konkretləşdirib.

AZƏRTAC xəbər verir ki, gələn ildən etibarən ölkədə yeni bir qurum - TƏBİB fəaliyyətə başlayacaq. Məhz TƏBİB 2020-ci ildə tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta sisteminə keçidi təmin etməlidir. Qurumun əsas məqsədi səhiyyədə mövcud olan maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməkdir. Qanuna əsasən icbari tibbi sığorta sistemi çərçivəsində xidmətlər zərfi iki hissədən - baza və əlavə hissədən ibarət olacaq. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Pulsuz olacaq xidmətlər zərfinin baza hissəsindən Azərbaycan vətəndaşlarından başqa ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də istifadə edə biləcəklər. Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Bu haqq işəgötürən tərəfindən hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi, sığortaolunan tərəfindən – işçinin əməkhaqqının aylıq 2 faizi qədər müəyyən edilir. İxtisaslaşmış tibbi yardım haqqını ödəməkdən azad edilən şəxslər, yəni işləməyənlər üçün xidmətlər zərfinin əlavə hissəsi illik 120 manat məbləğində olacaq.

Bundan başqa, icbari tibbi sığorta sisteminin tətbiqi dövlət büdcəsindən ayırmalar, istehsal və xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək. Hazırda icbari tibbi sığorta sisteminin məlumat bazasının yaradılması və bütün ölkə üzrə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyası, TƏBİB-in tabeliyinə verilmiş müəssisələrdə gəlirlərin və xərclərin uçotu da daxil olmaqla onların idarə edilməsini təmin edəcək proqram təminatı hazırlanır.

Qeyd edək ki, icbari tibbi sığorta sistemi artıq iki ildir pilot rayonlar üzrə həyata keçirilir. Nəticələrə əsasən, layihənin əhatə etdiyi ərazilərdə əməliyyatların sayı 52 faizdən çox artıb. Cərrahi müdaxilələr sırasında ürək əməliyyatları üstünlük təşkil edib.

İcbari tibbi sığorta sisteminin tətbiqindən pilot rayonların həkimləri də razıdırlar. Bu ərazilərdə həkimlərin və tibb işçilərinin əməkhaqlarındakı yüksəlişlərdən sonra onlar arasında məvacibləri 5-6 min manatdan çox olanların da sayı artıb.
7-01-2019, 15:04
Pensiya ödənişində yeni qaydalar
7-01-2019, 15:03
Ötən il 142 - Çağrı mərkəzi tərəfindən 160 mindən çox müraciətə cavab verilib
24-12-2018, 13:42
Sübutlara Əsaslanan Tibbi Təlimatlar portalının təqdimatı olub
21-12-2018, 14:53
Azərbaycanda TƏBİB adlı qurum yaradılır
19-11-2018, 12:11
Bakıda Dördüncü Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək
Dün, 15:13
Azərbaycanda zəlzələ olub
Dün, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dün, 15:03
Çingiz Əlioğlu vəfat etdi
Dün, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
Dün, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı