Pensiya ödənişində yeni qaydalar
Sosial
Oxunub: 551
7 Ock 2019 | 15:04
Pensiya ödənişində yeni qaydalarBu il yanvarın 1-dən pensiya qanunvericiliyində qüvvəyə minən dəyişikliyə əsasən, pensiya təyinatının avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə başlanılıb. Pensiya hüququ yarananda ölkə vətəndaşının onu reallaşdırmaq üçün sənəd toplayıb hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur. Həmin islahat tədbiri pensiyalarda artıma da imkan yaradıb.

AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Çingiz Əliyev pensiya qanunvericiliyində həyata keçirilən bu yeniliyin məğzini şərh edərək deyib: “Vətəndaşın qanunvericilikdə nəzərdə tutulan pensiya yaşı çatdığı təqdirdə heç bir təşkilata müraciət edib sənəd toplamadan, pensiya yaşı tamam olan gün ona elektron qaydada pensiya təyin olunacaq. Ona, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır, həmin vaxtdan sonrakı dövr isə fərdi hesabında olan pensiya kapitalı da nəzərə alınmaqla müvafiq hesablama aparılaraq pensiya təyin edilir. Əgər pensiya təyin edilənlərdən kimlərinsə faktiki stajı 2006-cı ilədək 25 ildən çox təşkil edirsə, onların faktiki stajı əsasında pensiya təyinatı həyata keçirilir”.

Şöbə müdiri qeyd edib ki, pensiya təyin olunan kimi vətəndaşa SMS və e-mail vasitəsilə bu barədə, həmçinin pensiyanın məbləği və pensiya kartını haradan əldə edəcəyi barədə məlumat çatdırılır: “2019-cu ildə pensiya yaşına çatanlardan 70 faizinə, təxminən 36 min nəfərə pensiyalar avtomatlaşdırılmış qaydada təyin ediləcək və onların pensiyalarının məbləğlərində, gəlirlərində artımlar gözlənilir, çünki 2006-cı ilə qədər vətəndaşlara təqdim edilən 25 il sosial sığorta stajı minimum 122 manat pensiya qazanılması deməkdir. 2006-cı ildən sonra işləyənlər üçün həmin məbləğin üzərinə fərdi hesabında qeydə alınmış pensiya kapitalının hesablanması yolu ilə əlavələr də edilir”.

Çingiz Əliyevin verdiyi məlumata görə, yaşa görə müavinət təyin ediləcək on minlərlə vətəndaş pensiya sahəsində həyata keçirilən bu islahat tədbiri nəticəsində artıq əmək pensiyası hüququna malik olacaq: “Yəni bu il təxminən 19,5 min nəfər şəxs onlara avtomatik şəkildə 25 il sosial sığorta stajı hesablanması nəticəsində yaşa görə əmək pensiyası almaq hüququ qazanacaq. Bu da yaşa görə sosial müavinətdən yaşa görə pensiyaya keçdikləri üçün onların gəlirlərində artım özünü göstərəcək”.

Nazirliyin rəsmisi onu da bildirib ki, bu il pensiya yaşına çatanlardan 30 faizinin isə pensiyaları hələ ki, avtomatlaşdırılmış qaydada təyin edilməyəcək. Onların sırasına güzəştli şərtlərlə əmək pensiyasına hüquq qazananlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s. daxildir. Lakin onların da pensiya təyinatının avtomatlaşdırılması üçün işlər aparılacaq.
20-12-2018, 13:28
Vergi ödəyicilərinə - YENİ GÜZƏŞT
16-12-2018, 13:23
Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah
3-12-2018, 12:08
Sahil Babayevin Bərdədə keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib
8-11-2018, 15:18
Deputat: Biz yazıq ölkə deyilik
5-11-2018, 15:07
Sahil Babayev: Orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü