Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar

Türk İnvestisiya Fondu (TİF) və Qırğız Respublikası Prezidentinin yanında Milli İnvestisiya Agentliyi (MİA) bu ölkədə investisiyaların təşviqi və asanlaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalayıblar.
Capar.info - xəbər verir ki, memorandum “Qırğızıstan–Özbəkistan: Sənaye əməkdaşlığı, investisiyalar və ticarət” biznes- forumu çərçivəsində Bişkek şəhərində TİF-in baş direktoru Ramil Babayev və Qırğız Respublikası Prezidentinin yanında Milli İnvestisiya Agentliyinin rəhbəri Ravşanbek Azatoviç Sabirov tərəfindən imzalanıb.
Memorandumun şərtlərinə əsasən, MİA Qırğız Respublikasında investisiya layihələrinin müəyyənləşdirilməsi və həyata keçirilməsi prosesində TİF-ə dəstək göstərəcək. TİF isə maliyyə resurslarını səfərbər etməyi, transsərhəd investisiyaları təşviq etməyi və xüsusi diqqəti Qırğız Respublikasına yönəltməklə üzv dövlətlər arasında iqtisadi inteqrasiyaya və dayanıqlı inkişafa töhfə verən investisiya layihələrini dəstəkləməyi nəzərdə tutur.
Tərəfdaşlıq birgə layihələrin müəyyənləşdirilməsinə, investorların Qırğız Respublikasındakı investisiya imkanlarına çıxışının asanlaşdırılmasına və TİF-in regional investisiya layihələri portfelinin formalaşdırılmasını dəstəkləyən məlumat mübadiləsinə yönələcək.
İmzalanma münasibətilə TİF-in baş direktoru Ramil Babayev deyib: “Qırğız Respublikası Türk İnvestisiya Fondunun əsas prioritet ölkələrindən biridir. Məqsədimiz ölkədə real iqtisadi təsir yarada biləcək perspektivli investisiya layihələrini müəyyən etmək və onların həyata keçirilməsinə dəstək verməkdir. Milli İnvestisiya Agentliyi ilə əməkdaşlıq bizə belə layihələri erkən mərhələdə seçməyə, düzgün strukturlaşdırmağa və onların icrası üçün uzunmüddətli maliyyə resurslarını səfərbər etməyə imkan verəcək”.
TİF və MİA memorandumun icrasını nəzərdən keçirmək və Qırğız Respublikasında konkret investisiya imkanlarını irəli aparmaq məqsədilə sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.
Qeyd edək ki, Türk İnvestisiya Fondu Türk dövlətləri tərəfindən birgə təsis edilib, Türk dünyasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, regiondaxili ticarətin artırılmasına və dayanıqlı inkişafın təşviqinə yönəlmiş ilk ixtisaslaşmış beynəlxalq maliyyə institutudur. TİF-in Təsis Sazişi 16 mart 2023-cü il tarixində Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşündə imzalanıb və 24 fevral 2024-cü il tarixində qüvvəyə minib.
Ortaq inkişaf və rifahın dəstəklənməsi məqsədilə istifadə olunacaq 600 milyon dollar həcmində nizamnamə kapitalına malik TİF “Türk Dünyasının İqtisadi İnteqrasiyası”na əsaslanan böyük Türk vizyonu çərçivəsində təsirli investisiyaları, innovativ həlləri və regional inteqrasiyanı təşviq edən platformadır.
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
9-09-2024, 16:14
Emin Ağalarov Bakıya milyard dollarlıq investisiya gətirir
21-06-2022, 10:35
KOBİA nümayəndələri Özbəkistanda səfərdə olublar
20-04-2022, 21:08
Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO
21-01-2020, 12:41
Azərbaycanın dağ-xizək kurortları MDB-də “TOP-10”a daxil edilib
11-01-2019, 14:09
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Gənclər Fondu arasında anlaşma memorandumu imzalanıb
Bugün, 15:13
Azərbaycanda zəlzələ olub
Bugün, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Bugün, 15:03
Çingiz Əlioğlu vəfat etdi
Bugün, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
Bugün, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı