Xaçmaz 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində BAZAR AÇIBLAR... - İTTİHAM
capar.info : - “Yuxarıların” bu kimi neqativ hallara göz yumması isə belə düşünməyə əsas verir ki, Penitensiar Xidmətin yüksək eşelonunda onlara şərik olan havadarları var.
Bir neçə gün əvvəl Realmedia.az saytında Xaçmazdakı 1 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin fəaliyyətində müşahidə olunan neqativ hallardan, korrupsiya və rüşvətxorluqdan, müəssisənin rəhbərliyi tərəfindən yol verilən ayrı-ayrı ciddi qanun pozuntularından, müəssisə rəisinin Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun adından məhbuslardan “haqq” yığmasından bəhs edən səhih məlumatlara əsaslanan tənqidi məqalə təqdim etmişdik. Bütövlükdə sistemə qarşı qərəzimiz olmadığını ortaya qoymaq üçün ümumilikdə Ədliyyə Nazirliyinin bütün strukturlarında, o cümlədən, Penitensiar Xidmətdə həyata keçirilən mütərəqqi islahatları bəri başdan, yəni məqalənin preambulasında qeyd etmişdik.
Həmin məlumatlarda iddia olunurdu ki, Xaçmaz 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində dövlətin məhkumlara ayırdığı ərzaq məhsulları müəssisə rəisi tərəfindən mənimsənilir, ayrı ayrı yerlərdə satılır. Maddi imkanlı şəxslərin pul müqabilində aylığa (evlərinə) buraxılmaları adi hala çevirilib. Həmçinin, məntəqədən aylığa çıxmaq istəyən məhkumların əvvəlcədən və sonra da aybaay ödəməli olduqları rüşvətin qədəri də sadalanmışdı. Nəhayətdə, ümidimiz ifadə olunmuşdu ki, hörmətli Ceyhun müəllim ən qısa zamanda 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində yoxlamaların başlanılmasına göstəriş verəcək, aylığa buraxılan ev dustaqlarının hansı şərtlər altında buraxıldıqları və verdikləri aylıq haqlarının kimlərin cibinə girdikləri aşkarlanacaq, müəssisə rəisi barəsində yetərli tədbirlər görüləcəkdir.
Öyrənmişik ki, 1 saylı MTCÇM-nin rəis müavini, eyni zamanda “qara kassir” funksiyasını yerinə yetirən Fəxrəddin Məmmədov həm də rəisi Azər Seyidovla yaxın qohumdurlar (onların bacanaq olduqları deyilir) ki, bu da “Korrupsiya haqqında” AR Qanununun 7-ci maddəsinə ziddir. Qohumların eyni sistemdə, biri digərinin tabeliyində işləməsi əlbəttə ki, çox vaxt onların korruptiv ortaqlığına gətirib çıxarır. “Yuxarıların” bu kimi neqativ hallara göz yumması isə belə düşünməyə əsas verir ki, Penitensiar Xidmətin yüksək eşelonunda onlara şərik olan havadarları var. Məlumatlarda həmçinin qeyd olunur ki, müəssisə rəhbəri Azər Seyidov ehtiyatlı adamdır, rüşvəti heç vaxt əlbəəl almır, necə deyərlər, “ilanı Seyidəhməd əli ilə tutur”. Görünən odur ki, Seyidəhməd rolunu bacanağı sayılan Fəxrəddin Məmmədova həvalə edib. Tez-tez “seyidəhmədlərin” güdaza getməsini xatırlayanda adamın yadına yeddi bacanaq” haqqında rəvayət düşür. Başqa sözlə, belə çıxır ki, Azər Seyidov nə qədər mehriban qohum kimi özünü göstərsə də, gec-tez öz bacanağını da “xərcləməyi” gözə alıb.
Müşahidə olunub ki, Fəxrəddin hər ay rəis müavini olduğu CÇM-dən “aylığa” buraxılmış, lakin paytaxt və Abşeron rayonlarında qeydiyyatda olan məhkumlarla Ceyranbatan qəsəbəsindəki körpünün altında görüşərək aylıq “haqqları” alır. “Aylıq haqq” deyəndə söhbət əlbəttə ki, bəri başdan alınmış və məhz PX rəisi Ceyhun Həsənova çatdığı deyilən 3000 manatdan deyil. Mütəmadi tələb olunan 100-180 manatdan gedir. Onsuz da Azər-Faxrəddin cütlüyünün PX rəisinə atdıqları bu böhtana heç kəs inanmır və bilirlər ki, çox hörmətli C.Həsənov bədbəxt məhkumun (məhkum yaxınlarının) puluna göz dikməyib. Amma inandılar – ya inanmadılar, neyləsinlər? “İçəridəki” arzuolunmaz şəraitdən zinhara gələn məhkumlara pulun tapıldığı təqdirdə kimə çatması, kimin adından yığılması maraqlı deyil, onlara nisbi azadlıq gətirə bilməsi maraqlıdır.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia.az
21-06-2021, 14:06
2 minlik işə görə 30 min manat silinir- Ağsu Suvarma Sistemləri İdarəsində korrupsiya mexanizmi
14-09-2020, 14:34
Oğuz rayonunda 192 ədəd ağac məhv edilib, cinayət işi başlanıb
2-09-2020, 12:52
Diş məcununun içində narkotik maddə keçirmək istədi, ifşa edildi
30-07-2020, 10:52
Prezident Qobustanda modul tipli xəstəxananın açılışını etdi
23-01-2020, 16:02
“Azərişığ”ın ölümə görə günahlandırılan əməkdaşı ilə bağlı qərar elan olunub
19-01-2019, 13:32
Penitensiar Xidmətin baş idarəsində əməliyyat müşavirəsi keçirilib
Dün, 15:13
Azərbaycanda zəlzələ olub
Dün, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dün, 15:03
Çingiz Əlioğlu vəfat etdi
Dün, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
Dün, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı