2 minlik işə görə 30 min manat silinir- Ağsu Suvarma Sistemləri İdarəsində korrupsiya mexanizmi
Yaxın günlərdə Əhməd Əhmədzadə rəhbəri olduğu Meliorasiya və Su Təsərrüfatı ASC-də köklü kadr islahatları apracaq. Buna səbəb isə, Meliorasiya və Su Təsərrüfatı ASC dövlətin ən çox korrupsiyalaşmış və büdcədən ayrılan pulların “silinən” qurum kimi kimi hesab olunmasıdır.Son günlər ölkə mediasında Əhməd Əhmədzadənin ASC-də baş alıb gedən qanunsuzluqlar, korrupsiya faktları və yerlibazlıq siyasəti aparıldığı qeyd olunur.Bildirilir ki, bu qurumun hətta regionlardakı işçiləri belə qeyri-rəsmi milyonçulara çevriliblər. Dövlət büdcəsindən ayrılan vəsaitlər isə sanki dibsiz quyuya gedir.
Artıq bir neçə müddətdir ki, Azerinfo.tv-nin redaksiyamıza daxil olan şikayət məktublarında Ağsu Suvarma Sistemləri İdarəsinin fəaliyyətində yer almış müxtəlif nöqsanlardan, idarənin rəisi Səfər Məmmədovun yol verdiyi çoxsaylı qanun pozuntularından bəhs edən məlumatlar öz əksini tapmaqdadır. Qeyd etmək lazımdır ki, sözü gedən idarənin fəaliyyəti yerli əhali tərəfindən qətiyyən qənaətbəxş hesab olunmur. Həmçinin məlumatlarda Səfər Məmmədovun qanunsuz hərəkətləri, yol verdiyi nöqsanlarla bağlı çoxsaylı faktlar təqdim olunur. Bəzi mənbələr isə idarə rəhbərinin əməllərini yerli hakimiyyət strukturlarının əhali arasında nüfuzdan salınması məqsədilə bilərəkdən həyata keçirilən tədbilər kimi də qiymətləndirirlər. Bununla belə idarə rəisinin şəxsi qazanc məqsədlərinin təminatına istənilən halda daha böyük önəm verməsi faktı da aldığımız məlumatlarda xüsusilə vurğulanır. Məlumatlarda bildirilir ki, məhz Səfər Məmmədov Rayon Suvarma Sistemləri İdarəsinə rəis təyin olunandan sonra Ağsunun suvarma təsərrufatının fəaliyyəti qeyri-məqbul məcraya yönəlib. Mənbələrin iddiasına görə idarə rayonun ərazisindəki meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanalları, kollektorlar, boru kəmərləri və bəndlərinin istismarını keyfiyyətsiz həyata keçirir. Səfər Məmmədovun yarıtmaz idarəçiliyi ucbatından rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması vəzifəsi yerinə yetirilmir ki, bu da məhsuldarlığa pis təsir göstərir. Daha sonra məlumatlarda vurğulanır ki, Səfər Məmmədov öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona etibar edilmiş dövlət əmlakından təyinatı üzrə istifadə etmir, həmçinin külli miqdarda dövlət vəsaitinin məqsədyönlü şəkildə xərclənməsinə şərait yaratmır. Məlumatlarda idarə rəisi tərəfindən həyata keçirilən bəzi maxinasiyalar barədə ətraflı açıqlamalar da təqdim olunur. Bildirilir ki, Ağsu Suvarma Sistemləri İdarəsində dövlət vəsaitlərinin “nağdlaşma” üsulu ilə mənimsənilməsinə geniş yer verilir. Belə ki, idarə əvvəlcə müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Elan olunan tenderlərdə qanunsuzluqlara yol verilir, Səfər Məmmədovla qabaqçadan sövdələşən şirkətlər kağız üzərində keçirilən müsabiqələrdən qalib çıxarılır, suvarma təsərrüfatının ehtiyacı üçün iş və xidmətlər, mal və materiallarla təmin etmək hüququnu qazanırlar. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Səfər Məmmədovun özünə qaytarılır. Əbəs yerə deyil ki, mənbələr melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmədiyini, görülən işlərin isə keyfiyyətsiz və az effektli olduğunu bildirirlər. Məsələn, su nasoslarının təmiri üçün 2-3 min manat xərcləndiyi halda sənədlərdə həmin məbləğ 30-40 min manat göstərilir. Bütün bu maxinasiyalar isə idarənin səmərəli fəaliyyətini əngəlləyir. Nəticədə müəssisə su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi, mövcud meliorasiya və su təsəttüfatı fondlarının qorunub saxlanması, onların istismarlarının yaxşılaşdırılması, sahənin maddi-texniki bazasının gücləndirilməsinin təmin edilməsi, sel və daşqın sularının zərərli təsirinin qarşısının alınması, su ehtiyatlarından səmərəli istifadə edilməsi və suya qənaətedici texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyətini günün tələbləri səviyyəsində qura bilmir. Digər tərəfdən isə daxil olan şikayət məktublarında bildirilir ki, rayonda su təchizatı məsələlərinin əsaslı şəkildə korrupsiya halları ilə müşayiət olunması ümumi vəziyyətin gərginləşməsinə yol açır...
Yaxın günlərdə Səfər Məmmədovun böyük biznes imperiyası, vəzifələrə təyin etdiyi qohumları, korrupsiya əməlləri baradə ətraflı məluumat verəcəyik. XalqXeber.Az
21-06-2021, 14:08
Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi 4 min manat cərimələnib
11-01-2021, 10:10
Kadr siyasəti rüşvətxorluq və korrupsiya ilə mübarizəyə mühüm töhfə verib - Deputat
11-09-2020, 12:57
“Azəriqaz”da kadr islahatları aparılıb GÜNDƏM
29-07-2020, 09:32
Su problemi necə həll olunacaq? - İnam Kərimov açıqladı
28-11-2018, 13:30
Tərtərçay Hidroqovşaq İstismar İdarəsi rəisi prezidentə qarşı - müdhiş talan...
28-11-2018, 13:28
Ağstafa mədəniyyət şefi İH başçısı ilə niyə yola getmir? - Korrupsiya ittihamı..
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü