Azərbaycanla Rusiyanın Kurqan vilayəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Siyasət
Oxunub: 579
19 Ara 2018 | 14:24
Azərbaycanla Rusiyanın Kurqan vilayəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunubÖlkəmizin Yekaterinburqdakı Baş konsulu İlqar İsgəndərovun vilayətin qubernatoru vəzifəsini müvəqqəti icra edən Vadim Şumkovla görüşündə Azərbaycanla Rusiyanın Kurqan vilayəti arasında əməkdaşlığın inkişafı perspektivləri əsas müzakirə mövzusu olub.

Kurqan vilayəti qubernatorunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, V. Şumkov qeyd edib ki, Uralarxası regionunun sənaye müəssisələri Azərbaycanın işgüzar dairələri ilə qarşılıqlı fəaliyyətin inkişafında maraqlıdır və kommunal-tikinti materiallarından tutmuş yanğın əleyhinə texnikayadək müxtəlif məhsulları ixrac etməyə hazırdırlar. Qubernator əlavə edib: “Biz Azərbaycanla kifayət qədər fəal əməkdaşlıq etməyə hazırıq. Bunun üçün Kurqan vilayətində bütün imkanlar mövcuddur. Xüsusən, biz vilayətimizdə fəaliyyət göstərən İxracat Mərkəzinin işini yenidən qurmağı və stimullaşdırmağı nəzərdə tuturuq. Regionumuzun ixracatı üç mənbə – maşınqayırma müəssisələri, kiçik və orta sahibkarlar, həmçinin aqrar-sənaye kompleksinin istehsal etdikləri məhsullar hesabına həyata keçirilir. Məhz bu istiqamətlər azərbaycanlı həmkarlarımız üçün maraq kəsb edə bilər”.

Tərəflər gələn ilin ikinci yarısında Kurqan vilayətinin nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil olunması ilə bağlı razılıq əldə ediblər. Uralarxası regionunun təmsilçiləri vilayətin sənaye, turizm və aqrar potensialını təqdim edəcək, sonra isə qarşılıqlı fəaliyyət istiqamətləri daha müfəssəl şəkildə müəyyən olunacaq.

Səfər çərçivəsində Baş konsul regionun qabaqcıl müəssisələrini ziyarət edib və istehsal prosesi ilə tanış olub.

Aparılan danışıqlar nəticəsində tərəflər Kurqan vilayətinin və Azərbaycan Respublikasının hökumətləri arasında iqtisadi-ticari, elmi və mədəni əməkdaşlığa dair hazırda qüvvədə olan Sazişin yenilənməsini və ona əlavələr edilməsini qərara alıblar.

Xatırladaq ki, yola saldığımız ildə Kurqan vilayətinin müəssisələri respublikamıza taxta-şalban, kimya sənayesi məhsulları, ərzaq malları və onların istehsalı üçün xammal, müxtəlif maşınlar, avadanlıqlar və nəqliyyat vasitələri tədarük ediblər. Ən böyük ixracatçı isə “Sintez” ASC olub.

Kurqan vilayətində “Azərbaycan konqresi” regional ictimai təşkilatı fəaliyyət göstərir.
19-12-2018, 14:25
Azərbaycan müdafiə nazirinin müavini Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
19-12-2018, 14:23
Azərbaycan yaxın vaxtlarda Birləşmiş Ərəb Əmirliyinə fındıq ixrac edəcək
13-12-2018, 14:13
Azərbaycan və Rusiya Baş Qərargah rəislərinin görüşü olub
1-12-2018, 13:03
ABŞ-ın müvəqqəti işlər vəkili Naxçıvanda olub
18-11-2018, 13:24
Qara Qarayev adına İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi arasında əlaqələr genişlənir
Dün, 15:13
Azərbaycanda zəlzələ olub
Dün, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dün, 15:03
Çingiz Əlioğlu vəfat etdi
Dün, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
Dün, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı