Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib
İyulun 24-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə Səfir Mixail Boçarnikov görüş imkanı yaradıldığı üçün Milli Məclis sədrinə minnətdarlığını bildirib. Rusiyalı səfir əvvəlcə Sahibə Qafarovanı Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik edib. Azərbaycan-Rusiya əlaqələrinin möhkəm dostluğa əsaslandığını qeyd edən səfir iki ölkə arasında olan münasibətlərin müxtəlif sahələri əhatə etməsindən məmnunluğunu vurğulayıb.
Spiker Sahibə Qafarova mövcud münasibətlərin parlamentlərarası əməkdaşlığın gələcək perspektivi üçün çox yaxşı zəmin yaratdığını qeyd edib, humanitar sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.
Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən etibarən yaratdığı vəziyyətə xüsusilə toxunan Milli Məclisin sədri bildirib ki, bir çox beynəlxalq qurumlar və təşkilatlar Ermənistan tərəfindən törədilən bu təxribatı pisləyib.
Milli Məclisin sədri Ermənistan tərəfindən törədilən təxribata etiraz olaraq son günlərdə dünyanın müxtəlif ölkələrində dinc aksiyalar keçirən azərbaycanlılara qarşı ermənilər tərəfindən hücumların təşkil edilməsini kəskin şəkildə pisləyib.
Səfir M.Boçarnikov ATƏT-in Minsk qrupunun üzvlərindən biri kimi Rusiyanın problemin sülh yolu ilə həll edilməsində maksimum səy göstərdiyini bir daha qeyd edib.
Görüşün sonunda Rusiyalı diplomat Rusiya Federasiyası Federal Şurasının Federal Məclisinin sədri Valentina Matviyenkonun dəvətini xatırladaraq, ən qısa zamanda Milli Məclis sədrini Moskvada gözlədiklərini bildirib. Milli Məclis sədri Sahibə Qafarova öz növbəsində COVİD-19 pandemiyası səbəbindən hazırda bütün səfərlərin vaxtının dəyişdirilməsindən təəssüfləndiyini qeyd edərək, pandemiya bitdikdən sonra ilk səfərlərdən birinin məhz Rusiya Federasiyasına ediləcəyini vurğulayıb.
14-07-2020, 18:32
Milli Məclisinin sədri Sahibə Qafarova Altınbek Mamayusupova, Qabriela KuevasBarrona, Valentina Matviyenkoya müraciətlər ünvanlayıb
10-07-2020, 13:14
Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib
11-06-2020, 15:59
Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirildi
29-05-2020, 19:14
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib
5-05-2020, 12:59
Sahibə Qafarova: Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır
24-12-2018, 13:33
Mixail Boçarnikov: Rusiyanın təxminən 80 regionu Azərbaycanın bölgələri ilə sıx əməkdaşlıq edir
Dün, 15:13
Azərbaycanda zəlzələ olub
Dün, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dün, 15:03
Çingiz Əlioğlu vəfat etdi
Dün, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
Dün, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı