Ermənilərin sərhəddə törətdiyi təxribatlarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq ölkəmizin Ermənistanla sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə atəşə tutub. Azərbaycan Ordusu düşmənin bu təxribat cəhdinə qətiyyətli və adekvat cavab verib.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva faktları yerində araşdırmaq, dövlət sərhədində Ermənistanın təxribatçı hərəkətləri nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan son hadisələrlə ətraflı tanış olmaq məqsədilə Tovuz rayonunun Ağdam, Dondar Quşçu kəndlərinə, o cümlədən Qazax və Ağstafa rayonlarına səfər edərək monitorinqlər aparıb. Monitorinqin nəticələri barədə hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib.
Hesabatda qeyd edilib ki, Müvəkkil səfər çərçivəsində Ermənistanın təcavüzünə məruz qalmış mülki əhali ilə görüşlər keçirib, onların problemləri ilə maraqlanıb, Ermənistanın Azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlər, hüquq pozuntuları nəticəsində dinc sakinlərin həyatlarına və mülkiyyətlərinə qəsd edilməsi ilə əlaqədar ağır maddi və mənəvi ziyana məruz qalmaları faktları müşahidə edilib. Diqqətə çatdırılıb ki, monitorinqlər Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriyadan mülki obyektlərimizə açılan atəşlər altında aparılmışdır.
Hesabatda Ermənistan silahlı qüvvələrinin Tovuzun Ağdam və Dondar Quşçu kəndləri istiqamətində atəşkəs rejimini pozaraq ağır artilleriya hücumu nəticəsində kənd sakinlərinə məxsus evlərə, digər mülki obyektlərə ciddi zərər dəydiyi, ev heyvanlarının tələf edildiyi nəzərə çatdırılıb. Bununla yanaşı, ağır artilleriya hücumu nəticəsində 76 yaşlı əlilliyi olan şəxs Əzizov Əziz İzzət oğlunun evində şam yeməyinə hazırlaşarkən qətlə yetirildiyi, ona məxsus ev və digər mülki obyektlərin dağıdıldığı vurğulanıb. Bildirilib ki, Ermənistan tərəfinin mülki obyektləri və insanları hədəf alması insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, o cümlədən Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının tələblərinin kobud pozuntusudur.
Hesabatda, eyni zamanda, Ermənistan silahlı qüvvələrinin Tovuz rayon Mərkəzi Xəstəxanasını artilleriya atəşinə məruz qoyması, bu zaman xəstəxanaya zərər yetirilməklə bərabər, orada çalışan tibb personalına və xəstələrə psixoloji sarsıntı yaşadılması faktı da əksini tapıb. Qeyd edilib ki, Ermənistan tərəfinin mülki xəstəxananı hədəf alması Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının 18-ci maddəsinin kobud pozuntusudur. Həmin maddəyə əsasən, mülki xəstəxanalar heç bir halda hücuma məruz qalmamalı, əksinə, hər zaman münaqişə tərəfləri tərəfindən hörmət edilməli və qorunmalıdır. Ermənistanın bununla bir daha beynəlxalq hüquqa açıq hörmətsizlik nümayiş etdirdiyi qeyd olunub.
Bununla yanaşı, Müvəkkilin Müdafiə Nazirliyinin Hərbi Hospitalına baş çəkərək Ermənistan qoşunlarının Tovuz rayonu istiqamətində təxribatları və ağır artilleriya hücumları nəticəsində yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sağlamlıq vəziyyətinin monitorinqini apardığı bildirilib.
Hesabatda BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha təhlükəli vəziyyət yaratmasının beynəlxalq təşkilatlar və sülhsevər dövlətlər tərəfindən kəskin şəkildə pislənilməsinin, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsinin zəruriliyi qətiyyətlə vurğulanıb.
Qeyd edək ki, hesabat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
13-07-2020, 13:19
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən danışdı
27-01-2019, 14:24
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
11-01-2019, 13:55
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub
29-12-2018, 13:22
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
28-12-2018, 12:36
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 28 dəfə pozub
22-12-2018, 15:17
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
Bugün, 15:13
Azərbaycanda zəlzələ olub
Bugün, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Bugün, 15:03
Çingiz Əlioğlu vəfat etdi
Bugün, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
Bugün, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı