Milli Məclisin Mətbuat xidmətinin məlumatları
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsindəDünən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib. Milli Məclis Sədrinin müavini, komitə sədri Fəzail İbrahimli iclası açaraq gündəlik barədə məlumat verib.
Komitə sədri bildirib ki, deputatlara təqdim olunmuş “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılır.
Layihə barədə danışan Fəzail İbrahimli diqqətə çatdırıb ki, adları çəkilən sənədlərə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədi ilə bir sıra düzəlişlər təklif olunur.
İclasda iştirak edən komitə üzvləri Sahib Alıyev, Azər Badamov, Sevinc Fətəliyeva, Malik Həsənov, Anar İsgəndərov, Ceyhun Məmmədov, Cavanşir Paşazadə layihə barədə öz fikirlərini açıqlayıblar, dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər.
Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində
Dünən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib. Komitə sədri Ziyafət Əsgərov bildirib ki, gündəliyə üçüncü oxunuşda iki qanun layihəsi daxil edilib.
Birinci məsələ - “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi ilə bağlı komitə sədri diqqətə çatdırıb ki, sənədin ikinci oxunuşu zamanı verilən təkliflər nəzərə alınıb və redaktə xarakterli bəzi düzəlişlər edilib.
Sonra Ziyafət Əsgərov bildirib ki, ölkədə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında” və “Elmi adlar verilməsi qaydası haqqında” əsasnamələr təsdiq edilmişdir. Gündəlikdəki ikinci məsələ - “Hərbi qulluqçuların statusu haqqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında”, “Elm haqqında” qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsi həmin Fərmanda nəzərdə tutulmuş məsələlərlə əlaqədardır.
İclasda çıxış edən deputatlar Hikmət Məmmədov və Aydın Mirzəzadə təqdim olunan məsələlər barədə öz fikirlərini açıqlayıblar.
Onlayn müzakirələrdə komitə üzvləri Aqil Abbas, Əminə Ağazadə, Kamal Cəfərov, Elşad Mirbəşir oğlu, Oqtay Əsədov, Nurlan Həsənov, Erkin Qədirli, Elman Məmmədov, Arzu Nağıyev, Bəxtiyar Sadıqov, Nizami Səfərov iştirak ediblər.
Tədbirin sonunda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Mədəniyyət komitısəndə
Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclasında dörd məsələ üçüncü oxunuşda müzakirəyə çıxarıldı.
İclasda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd etdi ki, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda edilən dəyişiklikdən məqsəd “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun icrasıyla bağlıdır. Milli Məclisin Daxili Nizamnaməsinin 3-cü maddəsinə “Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin iclaslarına gəldiyi zaman Azərbaycan Respublikasının Dövlət Himni ifa edilir” məzmununda əlavə olunur; adı çəkilən digər 3 qanuna edilən dəyişikliklər də ölkəmizdə fəaliyyət göstərən televiziya və radio yayımlarının əvvəlində Azərbaycanın Dövlət Himnindən istifadə qaydalarını tənzimləməyə xidmət edir.
Sonra “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara təklif edilən dəyişikliklərdən (üçüncü oxunuş) bəhs edən komitə sədri bildirdi ki, uyğunlaşdırma xarakteri daşıyan yeni qanuna əsasən, reklam qurğuları tarix və mədəniyyət abidələrində, memarlıq abidələrində, həmçinin mühafizə zonalarında yerləşdirilərkən 5 dekabr 2019-cu il tarixli “Reklam haqqında” qanunla müəyyən edilmiş qaydaya əməl olunmalıdır.
Gündəlikdəki 3-cü məsələni şərh edən Qənirə Paşayeva vurğuladı ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Prezident Fərmanı Azərbaycan dilinin hüquqi statusunun qorunmasıyla bağlı mühüm vəzifələr qoyub. Fərmanın icrasıyla əlaqədar olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” qanunlara, həmçinin İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər (üçüncü oxunuş) ölkəmizdə dövlət dilinin saflığının qorunmasına xidmət edəcək.
Onlayn iclasda komitə sədrinin müavini Fazil Mustafa, komitə üzvləri Nizami Cəfərov, Əziz Ələkbərli, Cavanşir Feyziyev, Sabir Rüstəmxanlı, Aqil Abbas, Ülviyyə Ağayeva, Novruzəli Aslanov, Mixail Zabelin və Ülviyyə Həmzəyeva bu qanun layihələrinin əhəmiyyətindən danışdılar.
Fikir mübadiləsinin yekununda müzakirə edilən məsələlərin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alındı.
24-04-2020, 17:03
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
22-04-2020, 22:09
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib
21-04-2020, 13:57
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
9-04-2020, 12:52
Milli Məclisin iclası başlayıb
8-04-2020, 16:46
Baş nazir Milli Məclisdə necə hesabat verəcək? - AÇIQLAMA
24-01-2019, 12:53
Milli Məclisin əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
Dün, 15:13
Azərbaycanda zəlzələ olub
Dün, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dün, 15:03
Çingiz Əlioğlu vəfat etdi
Dün, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
Dün, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı