Cəbhədəki yaşayış məntəqələrinin qaz və elektrik enerjisi təchizatı nəzarətdədir - RƏSMİ
İqtisadiyyat
Oxunub: 447
30 Eyl 2020 | 12:05
Cəbhədəki yaşayış məntəqələrinin qaz və elektrik enerjisi təchizatı nəzarətdədir - RƏSMİ Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, növbəti hərbi təcavüzü nəticəsində cəbhə zonasında yerləşən yaşayış məntəqələrində bir sıra enerji infrastrukturu obyektlərinə də zərər dəyib.
Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, Tərtər rayonunun Borsunlu, Hüləbəndi kəndlərində, Tərtər şəhərinin isə Sahil, Babək küçələrində və Heydər Əliyev prospektində qaz xətləri və avadanlıqları qismən zədələnib. Qeyd edək ki, son sutka ərzində Tərtər Regional Qaz İstismarı İdarəsindən verilən operativ məlumatlar əsasında “Azəriqaz” İstehsalat Birliyində yaradılmış Xüsusi Qərargah tərəfindən zəruri tədbirlər görülür.
Bundan başqa, döyüşlərin getdiyi vaxtlarda təhlükəsizlik tədbirləri olaraq Füzuli və Tərtər rayonlarının, Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin, Beyləqan və Ağcabədi rayonlarının bir hissəsinin qaz təchizatı dayandırılıb. Bundan başqa, sentyabrın 27-də “Ağdam 4 yol ölçü qovşağı”ndan qidalanan qaz təchizatı şəbəkəsinin üzərinə mərmi düşdüyündən saat 19:00-dan etibarən həmin qovşaqdan qaz təchizatı dayandırılıb, lakin saat 19:20-də “Quzanlı ölçü qovşağı”ndan Ağdam rayonunun qaz təchizatı bərpa olunub. Beyləqan rayonunun mərkəzinə və Ağcabədi şəhərinə də qazın verilməsi bərpa edilib.
Bu gündən Horadiz qəsəbəsində yerləşən Çörək zavodu və zavodun xətti üzərində olan 100 abonentin, Yağlıvənd, Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli kəndləri, “Əhmədbəyli” ölçü qovşağından qidalanan Füzuli rayonu üzrə 5500 abonentdən 4500 abonentin qazla təchizatına nail olunub. Həmçinin Qaradağlı kəndi istisna olmaqla Beyləqan rayonunun 8 kəndinə və Bərdə rayonunun 9 kəndinə qazın verilməsi bərpa edilib.
Döyüş əməliyyatı aparılan sərhədyanı rayonların elektrik enerjisi ilə təchizatını təmin edən infrastrukturlar da hücuma məruz qalıb. Belə ki, Tərtər rayonunda 35 kV-luq “Dəmirçilər”, “İsmayılbəyli” hava xətləri, 110/35/6 kV-luq “Tər-Tər” yarımstansiyasından çıxan 6 kV-luq “Şıxarxı”, “10 №-li”, “11 №-li”, “4 №-li Seyidimli”, “7№-li Şəhər”, “Alges”, “8 №-li Şəhər”, “9 №-li Şəhər” hava xətləri, 35/10 “Sarıcalı“ yarımstansiyasından çıxan “5 №-li Sarıcalı” hava xətləri, eləcə də çoxlu sayda 0.4 kV-luq paylayıcı xətlər vurulub. Goranboy rayonunda 110/35/10 kV-luq “Naftalan” yarımstansiyadan çıxan 10 kV-luq Əzizbəyov və 10 kV-luq 2-ci Subartezyan hava xətləri vurulub. 1 ədəd 400/10 kVA, 1 ədəd 160/10 kVA transformator zədələnib. Ağcabədi rayonunda 110 kV-luq “Ağdam-Çəmənli”, 35 kV-luq “Qiyamaddınlı” hava xətləri vurulub. Füzuli rayonunda 35/10 kV-luq “Cocuq-Mərcanlı” ,“Horadiz-Bəhmanlı” hava xətləri, 35/10 kV-luq “Zobucuq”, “Horadiz” və “Mahmudlu” yarımstansiyalarından çıxan 10 kV-luq hava xətləri, eləcə də “Qazaxlar”, “Babı”, “Şükürbəyli”, “Səhər”, “Alxanlı” və “Komplex” hava xətlərinin qidalandırdığı 0.4 kV-luq hava xətləri vurulub. Ağdam rayonunda isə 110 kV-luq “Ağdam”, “Təzəkənd”, 35 kV-luq “ Əfətli” ,“ Ergi” elektrik veriliş xətləri, 35/10kV-luq “Çəmənli” yarımstansiyasından çıxan 10 kV-luq hava xətləri vurulub. Qeyd edək ki, bu xətlər bir neçə dəfə atəşə məruz qalıb və “Azərişıq” ASC-də yaradılmış Xüsusi Qərargahın gördüyü tədbirlər nəticəsində bu rayonlarda zədələnmiş elektrik xətlərinin fəaliyyəti bərpa edilib.
Təmas xəttində yerləşən yaşayış məntəqələrinin qaz və elektrik enerjisi təchizatı ilə bağlı məsələlər tam nəzarətdə saxlanılır və qəza hallarının operativ şəkildə aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir.
11-08-2020, 12:36
Ermənistan atəşkəsi 29 dəfə pozdu
27-01-2019, 14:24
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
21-01-2019, 12:33
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
16-01-2019, 13:07
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
11-01-2019, 13:55
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub
1-01-2019, 12:05
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub
Bugün, 15:13
Azərbaycanda zəlzələ olub
Bugün, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Bugün, 15:03
Çingiz Əlioğlu vəfat etdi
Bugün, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
Bugün, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı