Yetkinlik yaşına çatmayan sevgilisilə cinsi əlaqədə olan gəncin HÖKMÜ LƏĞV EDİLDİ
Hadisə / Cəmiyyət
Oxunub: 355
22 Haz 2022 | 10:54
Yetkinlik yaşına çatmayan sevgilisilə cinsi əlaqədə olan gəncin HÖKMÜ LƏĞV EDİLDİ
Abşeron rayonunda yetkinlik yaşına çatmayan sevgilisi ilə cinsi əlaqədə olan 2003-cü il təvəllüdlü Fəridin (ad şərtidir – red.) barəsində olan hökm ləğv olunub. capar.info Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə qərar Sumqayıt Apellyasiya Məhkəməsində verilib.

Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Apellyasiya şikayəti araşdırılan zaman Abşeron rayon Məhkəməsi tərəfindən Cinayət Prosessual Məcəlləsinin tələblərinin kobud pozulmasına yol verildiyi müəyyən edilib.

Bu səbəbdən sözügedən məhkəmənin 18 aprel 2022-ci il tarixli hökmü ləğv edilib və cinayət işinə yenidən birinci instansiya məhkəməsində baxılması müəyyən edilib. İttihama görə, Fərid 2020-ci ilin avqustun 1-dən Aynurənin (ad şərtidir – red.) yaşadığı evə gedib. Onların evində mütəmadi olaraq qızla cinsi əlaqədə olub.

Fəridlə Aynurə qonşu olublar. Onların arasında sevgi münasibətləri yaranıb. Fərid Aynurənin anası gecə növbəsində işdə olduğu zamanlar onlara gedib. Aynurə ilə cinsi əlaqədə olub. Bu hal bir neçə dəfə təkrarlanıb. İstintaq sənədlərinə görə, hər dəfə Fəridi evə Aynurə özü çağırıb.

2021-ci ilin mayında Aynurə hamilə olub. Anası isə onun hamilə olmasından 2021-ci ilin avqustunda xəbər tutub. Aynurə həmin ilin oktyabrın 18-də doğuş keçirib və oğlan uşağı dünyaya gətirib.

Bundan sonra xəstəxanadan yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bu məlumatdan sonra araşdırma aparılıb. Fəridin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. Abşeron rayon Məhkəməsinin hökmü ilə Fərid 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Fərid məhkəmə zalında həbs olunub. Onun cəzasının əvvəlinin 2022-ci il aprelin 18-dən hesablanması qərara alınıb.

Bu qərardan narazı qalan müdafiəçi apellyasiya şikayəti verib. Məhkəmə birinci instansiya məhkəməsinin hökmünü ləğv edib, işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.

Həmçinin, Fəridin barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunub. O, həbsdən azad edilib. Yaxın günlərdə Abşeron rayon Məhkəməsində bu cinayət işi üzrə yenidən araşdırma başlayacaq.
7-01-2022, 10:45
Fuad Qəhrəmanlının qızına təcavüzdə şübhəli bilinən şəxsin cinayət işi icraata verilib
3-01-2022, 13:29
Ağdaş sakini azyaşlı ilə ailə qurdu, ittiham olundu - TƏFƏRRÜAT
3-11-2021, 12:32
Yevlaxda ərə gedən azyaşlı gəlindən tükürpədən açıqlamalar: - “Hamilə qaldım, xəstəxanaya aparmadılar ki...”
7-10-2021, 11:10
Neftçalada azyaşlı qohumuna cinsi təcavüz edən şəxs 14 il 6 ay azadlıqdan məhrum edilib
23-01-2020, 16:02
“Azərişığ”ın ölümə görə günahlandırılan əməkdaşı ilə bağlı qərar elan olunub
29-01-2019, 14:20
Polad Bülbüloğlunun qardaşına 200 min “atan” şəxs hakim qarşısında
Dün, 15:13
Azərbaycanda zəlzələ olub
Dün, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dün, 15:03
Çingiz Əlioğlu vəfat etdi
Dün, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
Dün, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı