Riskli “sülh oyunları”na davam edən Ermənistana axırıncı xəbərdarlıq... - NƏ BAŞ VERİR?
Gündəm / Siyasət / Sosial / Dünya
Oxunub: 406
8 Ara 2021 | 10:21
Riskli “sülh oyunları”na davam edən Ermənistana axırıncı xəbərdarlıq... - NƏ BAŞ VERİR?

capar.info : - Düz bir həftə sonra Azərbaycan və Ermənistan rəhbərləri yenidən bir araya gələcəklər. Bu dəfə Brüsseldə - Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə, lakin “Şərq Tərəfdaşlığı” ölkələrinin sammiti çərçivəsində. Yəni əslində bu, Soçidəki kimi əlahiddə, xüsusi bir təmas sayılmayacaq.

Hərçənd rəsmi İrəvan əlindən gələni edir, cürbəcür hoqqalardan çıxır ki, 15 dekabr görüşünü “qlobal bir hadisə”yə çevirsin və Soçi gündəmini və Soçi bəyanatını sıfırlasın. Çünki orada Ermənistanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli sənədləri ilə kapitulyant ölkə olaraq, öz üzərinə götürdüyü öhdəlikləri, öncəliklə də Zəngəzur dəhlizi ilə bağlı öhdəliyi yerinə yetirməsinin vacibliyi birmənalı şəkildə vurğulanır və “status” haqda, “artsax” haqda heç nə deyilmir.

Üstəlik, Ermənistan hökumətinə “qum saatı” ilə ayrılmış vaxt bitir. Daha doğrusu, bitib. İrəvana bir də belə şans, dözüm limiti tanınmayacaq. Görünür bu səbəbə Paşinyan əlindəki sonuncu “kartdan” - Avropa Birliyi “kartından” maksimum yararlanmağa, aranı qarışdırıb bir müddət də öhdəliklərdən yayınmağa ümid edir.

*****

Belə təxribatçı cəhdlər isə bataqlıq effekti üzrə məğlub ölkəni yalnız daha dərin böhrana sala bilər. Artıq rəsmi Bakıdan sonuncu sərt xəbərdarlıq gəlib. Prezident İlham Əliyev dekabrın 6-da Qubaya səfər zamanı yerli sakinlərlə görüşdə Ermənistan rəhbərliyinə soyuq duş effektli mesajlar ünvanlayıb, “Bizə tarix versinlər Zəngəzur dəhlizi nə vaxt açılacaq” deyib və sərt şərt şəkildə xəbərdarlığını edib.

Sitat: “Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxırlar, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi”.

Ritorikaya diqqət edildi yəqin ki. Əslində, bu, ölkə başçısının yalnızca Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq deyil. Ümumiyyətlə, nə qədər gec deyil, Ermənistanın ağlını öz başına yığaraq, 44 günlük müharibədən düzgün nəticə çıxarmağa, “Dəmir yumruğu” unutmamağa edilən çağırışdır. Bunu Azərbaycanın 2-ci Qarabağ müharibəsi ərəfəsi düşmən ölkəyə ünvanlı son xəbərdarlıqlarına da bənzətmək olar.

Nəhayət, bu - Brüssel görüşündən açıq-aydın vaxtı uzatmaq üçün istifadə eləməyi hədəfləmiş və özünü sırtıqcasına diktə edən tərəf kimi göstərməyə çalışan İrəvana “Bakının səbri sonsuz deyil” ismarışıdır, ağrılı qulaqburmasıdır. Qalır hələ də “iki stul” siyasətinə ümid edib təhlükəli “sülh oyunları” oynamağa davam edən Paşinyan hökumətinin nəticə çıxarması.

Əgər o da sələfləri kimi, erməni xalqının maraqlarına deyil, Ermənistanın xarici güclərin əlində Azərbaycan və Türkiyəyə qarşı alət olması kursuna üstünlük verəcəksə, o halda Prezidentin açıq şəkildə eyham vurduğu kimi, bunun növbəti ağır bədəlinə də hazır olmalıdır...

*****

“Belə təəssürat yaranır ki, Ermənistan hakimiyyəti öz dövlətinin maraqlarından yox, üçüncü ölkələrin, üçüncü qlobal oyunçuların maraqlarından çıxış edir. Hansılar ki, Azərbaycan, Rusiya və Türkiyənin sülhün əldə olunmasına real töhfə verməsindən sonra regionda mövcud vəziyyətə təsir imkanını itiriblər”.

“Yeni Müsavat”ın Minval.az-a istinadən verdiyi məlumata görə, bu sözləri rusiyalı tanınmış politoloq və konfliktoloq Yevgeni Mixaylov deyib.

Onun fikrincə, Rusiya Avropa Birliyinin Qarabağ erməniləri üçün “status” məsələsini gündəmə gətirmək, yaxud əvvəllər əldə edilmiş razılaşmalara yenidən baxmaq üçün öz şərtlərini diktə etməsinə imkan verməyəcək. “Ermənistan Nikol Paşinyanın timsalında Rusiyaya sözdə bir şey deyir, arxasınca başqa şey edir. Fikrimcə, yaxın zamanda biz bu məsələdə dəyişikliklərin şahidi olacağıq. Çünki Moskvanın da səbri tükənəcək”, - deyə o qeyd edib.

Politoloq hesab edir ki, Brüssel sammitində İlham Əliyev Rusiyanın vasitəçiliyi ilə imzalanmış bəyanatlara qarşı Paşinyanın Qərbin dəstəyi ilə təxribatlar törətməsinə imkan verməyəcək: “İlham Əliyev bu gün hər şeyi edə bilər. O cümlədən Nikol Paşinyanın Brüsseldə AB-nin əli ilə irəli sürəcəyi istənilən təklifi bloklaya bilər. İlham Əliyev böyük diplomatdır. Düşünürəm ki, Əliyev hər kəsə öz layiqli yerini göstərməklə deyə bilər ki, belə gedə bilməz, Azərbaycanı bu qane etmir. Həmçinin AB-nin nizamlamada Rusiya və Azərbaycanın səylərinə müdaxilə etmək cəhdlərini sərt tonda yox, diplomatik yolla önləyə bilər”.

Konfliktoloqa görə, Ermənistan Brüsseldə təkcə Azərbaycanın deyil, Rusiyanın da maraqlarına zərər vurmağa çalışacaq. “Ümumiyyətlə, hesab edirəm ki, indi müəyyən bir tandem formalaşıb: Putin-Əliyev. Onlar bir-birinə hörmət edən güclü liderlərdir. Avropa Birliyinin nümayəndələrindən fərqli olaraq, regionun nəyə ehtiyacı olduğunu yaxşı anlayan liderlər”.

*****

Öz növbəsində politoloq Qabil Hüseynli hesab edir ki, artıq Ermənistan açıq siyasət yürütməyə başlayıb və Qərbə inteqrasiya siyasətini heç kəsdən, hətta Rusiyadan da gizlətmir (Axar.az): “Belə görünür ki, Paşinyan NATO-ya və Avropa Birliyinə inteqrasiya yönündə ciddi addımlar atmaq niyyətindədir. Bu səbəbdən də Rusiya ilə körpüləri bir-birinin ardınca yandırmaqda davam edir. Dünənə qədər İrəvan bu siyasəti gizli formada aparırdısa, indi heç nəyə məhəl qoymadan, hətta Rusiyanın bölgədəki təsirinə və Rusiya ilə olan müqavilələrə baxmayaraq, qərbyönümlü siyasət həyata keçirir. Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin artması da bununla bağlıdır”.

Ekspert Brüssel görüşünü Qərbin ağuşunu Ermənistana daha geniş açmasının əlaməti sayır: “Üstəlik, AB-nın İrəvana 2,6 milyard avro maliyyə yardımı vədi də erməniləri Qərbə doğru əməlli-başlı meylləndirib. Bu, bir tərəfdən Azərbaycan üçün əlverişli ola bilərsə, digər tərəfdən sülhyaratma prosesini müəyyən qədər ləngidə bilər. Çünki bu gün Rusiyanı, onun rəhbərliyini boykot edən Paşinyan sabah Soçi görüşü və Soçi prosesini boykot edə bilər. Ermənistan, xüsusən də onun baş naziri ölkəsini AB və NATO-ya qəbul etdirmək hədəfini seçib. Rusiya Cənubi Qafqazda Ermənistanin timsalında çox ciddi problemlərlə üzləşə bilər”.

Rusiyalı politoloq İqor Dmitriyev isə ehtimal edir ki, Zəngəzur dəhlizi də daxil olmaqla, bölgədə nəqliyyat kommunikasiyaları Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmamışdan əvvəl işə başlayacaq: “Vaxt çərçivələri təyin oluna bilər. Onlar Qarabağ ərazisinin bir hissəsində Rusiya sülhməramlı kontingentinin olması ilə birbaşa bağlıdır. Daha konkret desək, Zəngəzur dəhlizinin yaxın 2 il ərzində işə başlayacağını güman edirəm. Azərbaycanla Ermənistan arasında sülh sazişi isə məncə, haradasa 3-4 ildən sonra, sülhməramlıların səlahiyyət müddəti başa çatanda imzalanacaq”.

Bakı isə İrəvandan artıq konkret tarix tələb edir. Erməni tərəfi bu tələbə barmaqarası baxmağın nə dərəcədə riskli olduğunu gərək ki, 44 günlük müharibədən yaxşı bilir...
“Yeni Müsavat”
4-12-2021, 06:13
“10 noyabr üçtərəfli bəyanatında kommunikasiyaların deyil, məhz dəhlizin açılmasından söhbət gedir”
30-11-2021, 12:26
Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. - İLGİNC
23-11-2021, 16:02
Bir dəhliz uğrunda 6 savaşçı: Brüssel görüşü Qarabağa nə gətirəcək? - GƏLİŞMƏ
23-11-2021, 09:22
Kremldən kritik zəng, Bakıdan xəbərdarlıq siqnalı... - Rusiya “qapı dalında” qala bilər
20-08-2021, 10:27
Üçtərəfli görüş olacaq: Nə müzakirə ediləcək? - GƏLİŞMƏ
29-12-2020, 10:14
Ermənistan üçtərəfli razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir - Türkiyə XİN
Dün, 15:13
Azərbaycanda zəlzələ olub
Dün, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dün, 15:03
Çingiz Əlioğlu vəfat etdi
Dün, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
Dün, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı