Rusiya ordusu üçün Qarabağ dərsləri: Qafqaz dağlarında PUA-lara qarşı seriya təlimlər... - ETİRAF EDİRLƏR Kİ, ZENİT-RAKET KOMPLEKSLƏRİ İŞƏ YARAMIR..
capar.info : - Rusiya Müdafiə Nazirliyi Qafqaz dağlarında və Krımda hava hücumundan müdafiə sistemlərinin dağlıq şəraitdə pilotsuz uçan aparatlara qarşı imkanlarını öyrənmək və sınaqdan keçirmək üçün seriya hərbi təlimlər keçirib. Bu haqda “İzvestiya” bildirir.
Qəzet yazır ki, Qarabağdakı 44 günlük müharibə dağlıq şəraitdə gedən döyüş əməliyyatları zamanı dronların xüsusilə təhlükəli olduğunu göstərib: relyefə görə onları aşkarlamaq və vurmaq çox çətin olur. Ona görə də təlimlərdə Rusiyanın hava hücumundan müdafiə sistemlərinə PUA-larla kütləvi hücum edilib və onların radioelektron mübarizə vasitələri, zenit-raket kompleksləri ilə sıradan çıxarılması imkanları öyrənilib. Ekspertlər isə deyirlər ki, dağlıq şəraitdə ancaq bütün bölmələrin uzlaşdırılmış fəaliyyəti ilə dronlara qarşı mübarizə aparmaq olar.
Rusiya Müdafiə Nazirliyi belə təlimlərin keçirildiyini elan etməyib, amma qəzet nazirlikdəki mənbələrdən öyrənib ki, Krımda və Qafqaz dağlarında keçirilən təlimlər zamanı Hava Hücumundan Müdafiə və radioelektron mübarizə bölmələri PUA-ların hücumlarına qarşı yeni taktikanı sınaqdan keçiriblər. Təlimlər döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şəraitdə keçirilib, bu zamanlar dronlara təpəliklərin arxasında və ya dərələrdə gizlənərək hədəflərə yaxınlaşmasına imkan yaradılıb. Mənbələr təlimlərin nəticələrinin “uğurlu olduğunu” bildiriblər.
Qaraçay-Çərkəz muxtar respublikasında, Kobu-Başi poliqonunda keçirilən belə təlimlərdən birində Cənub Hərbi Dairəsinin 49-cu ümumqoşun ordusunun dağ motoatıcı bölmələri şərti düşmənin dron hücumunun dəf edilməsini məşq ediblər. Bu zaman “Tunquska-M1” zenit-pulemyot kompleksindən və “Strela-10” zenit-raket kompleksindən, “Jitel” radioelektron mübarizə kompleksindən istifadə edilib.
Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin hərbi sənaye kompleksinin və Müdafiə Nazirliyinin rəhbərliyinin iştirakı ilə PUA-larla bağlı xüsusi müşavirə keçirmişdi.
Hərbi ekspert Viktor Muraxovski “İzvestiya” qəzetinə deyib ki, dağlarda ən sadə zərbə dronları belə bir sıra üstünlüklər əldə edir və radarlar, optik vasitələr onları dağların arxasından görə bilmir. Nəticədə dronlar göməz hücum, o cümlədən hava hücumundan müdafiə sisteminə hücum üçün yaxşı şans qazanır, müdafiə olunan tərəfin cavab reaksiyası üçün vaxtı az olur. Ona görə də dronlara qarşı mübarizədə həm uzaqmənzilli radarlara malik təyyarələr, həm yerüstü qüvvələr tətbiq edilməlidir. Yerüstü radarları təpələrin üstündə, effektiv şəkildə yerləşdirmək lazımdır. Habelə yüksəkliklərdə döyüşçüləri yerləşdirməklə binoklların köməyi ilə vizual müşahidə aparılmalıdır. Hətta snayperlər də bu mübarizəyə cəlb olunmalıdır. Ekspert deyib ki, Qaraçay-Çərkəzdə keçirilən təlimlərdə məhz belə dəstə formalaşdırılıb.
Qəzet yazır ki, ötən il Qarabağdakı döyüş əməliyyatları dronların Rusiya üçün də necə təhlükəli ola biləcəyini göstərdi. Həmin müharibədə Azərbaycan “Bayraktar TB2” zərbə PUA-larından, İsrail istehsalı olan müxtəlif kamikadze-dronlardan, hətta Türkiyənin istehsalı olan kiçik “Kargu-2” kamikadze-kvadrokopterlərindən istifadə edib. Dronların köməyi ilə düşmənin zirehli texnikası, artilleriyası və hava hücumundan müdafiə vasitələri məhv edilib. Ona görə də Rusiyanın hava hücumundan müdafiə sistemi təkmilləşdirilir, bu yaxınlarda keçirilən “Qərb-2021” təlimlərində hava hücumundan müdafiənin yeni idarəetmə sistemi tətbiq edilib.
virtualaz.org
11-03-2021, 09:59
Azərbaycan Ordusu həm dağlıq, həm də düzənlik şəraitində antiterror əməliyyatları aparmaq üçün uyğunlaşdırılıb - Arzu Nağıyev
7-10-2020, 12:05
Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikalarının siyahısını yaydı
30-09-2020, 10:49
Ermənistanın S-300 zenit-raket qurğusu sıradan çıxarılıb
27-07-2020, 19:50
Azərbaycan və Türkiyə ordusu genişmiqyaslı hərbi təlimlər keçirəcək
1-06-2020, 14:49
Azərbaycan HHQ-nin aviasiyası döyüş atışlı taktiki-uçuş təlimləri keçirib
10-04-2020, 13:22
MiQ-29 və Su-25 təyyarələri təlimlər keçirib
Dün, 15:13
Azərbaycanda zəlzələ olub
Dün, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dün, 15:03
Çingiz Əlioğlu vəfat etdi
Dün, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
Dün, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı