İcbari Sığorta Bürosundan Mərkəzi Banka qədər uzanan korrupsiya "şəbəkəsi" - Pullar belə mənimsənilir....
capar.info: - İSB-nin rəhbəri Rəşad Əhmədovun yarıtmaz fəaliyyəti ilə bağlı dərc olunan məqaləmizdən sonra redaksiyamıza büroda baş verən korrupsiya halları ilə bağlı növbəti materiallar daxil olub. Iddia olunur ki, İSB-na direktor təyin edildikdən sonra sığorta sektorunun inkişafına təsiri olan büronun demək olar ki, heç bir real inkişafı və ya sektora dəstəyi olmamışdır. Mətbuatda bir çox hallarda ağızdolusu çıxış edən Rəşad Əhmədov büronun dəstəyi ilə ölkənin sığorta bazarının daha da inkişaf edərək ən müasir formaya nail olunacağını demişdi. Lakin, büro nəinki ölkənin sığorta sektorunun inkişafına öz töhfəsini verdi, əksinə son üç ildə sektorda inkişafa doğru heç bir real addım atılmamış, eləcə də qurumlarla inteqrasiyalar həyata keçirilməmişdir. Maraqlıdır ki, heç bir uğura imza atmayan Rəşad Əhmədov əmək haqqı fondunu iki dəfə artırmağa nail ola bilib. Məntiqi sual yaranır, sığorta bazarında heç bir inkişafa dəstəyi olmayan, əksinə getdikcə idarəetmədən şikayətlərin və özbaşınalıq hallarının çoxaldığı büroda əmək haqqı fondunu bu qədər artırmağa nə ehtiyac var?...
Araşdırmalar zamanı bəlli olur ki, direktor təyin edildikdən sonra Rəşad Əhmədov büronun bütün informasiya texnologiyalarında istifadə edilən proqramları vahid sistemdə birləşdirərək daha yaxşı nəticələr əldə edəcəklərini cəmiyyətə elan etdi. Ilk baxışda qulağa xoş gələn bir addım olsa da, araşdırıb dərininə getdikdə məqsədin heç də bu olmadığı üzə çıxır. Belə ki, ictimai təşkilat olmasına baxmayaraq məxfi şəkildə tender keçirilərək büro tərəfindən müəyyən İT şirkətindən 750 000 və 350 000 manat dəyərində proqram təminatları alınır. Lakin, qısa zaman keçdikdən sonra proqramın özünü doğrultmadığı , bundan bütün sığorta şirkətlərinin əziyyət çəkdiyi və bununla bağlı büroya saysız şikayətlərin daxil olduğu bəlli olur. Əlbəttə ki, vəsaitin nə qədərinin real olaraq proqrama verildiyi bəlli deyil. Bundan başqa bütün şikayətlər Mərkəzi Bankın da dəstəyi ilə ört basdır edilərək direktorun nüfuzuna xələl gəlməsinə imkan verilmir. Bu da azmış kimi direktor proqram almaq adı altında müxtəlif şirkətlərlə alqı-satqı müqavilələri bağlayaraq sənəd üzərində satınalmalar həyata keçirir. Reallıq isə ondan ibarətdir ki, həmin alınan "proqramlar" daxildə əməkdaşların hesabına yazılır və nəticədə Rəşad Əhmədov bu kimi yollarla büronun pullarını mənimsəyir. Bu işdə isə ona ən böyük dəstəyi sözsüz ki, IT departamentinin direktoru Vüsal Məsiyev verməkdədir. Hətta o dərəcədə ki, bəzən “levi” pul lazım olduqda həmin departamentin əməkdaşlarına mükafat adı altında pul köçürülərək nəğdləşdirilmiş və direktorun məqsədləri üçün istifadə edilmişdir.
Mərkəzi Bankın da Rəşad Əhmədova xüsusi yanaşması əbəs deyil. Hamıya bəllidir ki, bu gün o, ən böyük dəstəyi Mərkəzi Bankın birinci müavini Alim Quliyevdən almaqdadır. Əks təqdirdə niyə mətbuatda adının bu qədər hallanmasına, qurumun daxilindən və xaricindən saysız şikayətlər olmasına baxmayaraq Rəşad Əhmədova “gözün üstə qaşın var” deyən yoxdur?...
Aldığımız məlumatlara əsasən İSB ilə Mərkəzi Bank arasında növbəti illərdə guya ölkədə təbliğat-təşviqat işlərinin aparılması və əhalinin sığorta məlumatlılığının artırılması üzrə 3 milyon manatlıq müqavilə imzalanmışdır. Qeyd edək ki, ölkə tarixində aidiyyatı sahə üzrə bu qədər bahalı layihə heç vaxt olmayıb. Ilk baxışda bunun inkişaf naminə həyata keçirildiyi görünsə də, aparılan təhlillər prosesin altında korrupsiya əməllərinin yatdığını deməyə əsas verir. Bir neçə sığorta eksperti ilə apardığımız məsləhətləşmələrdən aydın olur ki, qanunla bu cür tədbirlər özəl sığorta şirkətlərinin maliyyəsi hesabına həyata keçirilməlidir. Burda isə İSB və Mərkəzi Bankın vəsaitləri istifadə olunur. Bu da şübhəsiz ki, iki oliqarx korrupsioner məmurun əqlinin məhsuludur ki, əhalinin maarifləndirilməsi donu geyindirilərək milyonlarla vəsaiti asan yolla mənimsəsinlər.
Göründüyü kimi, İSB-də havaya sovrulan milyonların əhatə dairəsi genişlənməkdə davam edir. Redaksiyamıza daxil olan məlumatlar bununla yekunlaşmır. Yaxın günlərdə araşdırmalarımızın növbəti nəticələri ilə tanış olacaqsınız.
Yazıda adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Bizi izləməkdə davam edin...
Stimulxəbər.az
1-07-2021, 09:17
Azərbaycan sığorta bazarı pandemiyanın irimiqyaslı fəsadlarından yan keçə bilib - ASA
27-05-2021, 11:47
Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalar proqnozu üstələyib - Nazir
18-03-2021, 09:43
İcbari tibbi sığortadan istifadə üçün ayrıca kartın verilməsinə ehtiyac yoxdur - Agentlik
28-12-2020, 10:55
Şəhid vərəsələri və yaralı hərbçilərə 18 milyon 110 min manat sığorta ödənişi olub
5-08-2020, 12:05
40 minədək işsiz şəxs sığorta ödənişinə cəlb edilə bilər
23-01-2020, 13:59
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub ?
Dün, 15:13
Azərbaycanda zəlzələ olub
Dün, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dün, 15:03
Çingiz Əlioğlu vəfat etdi
Dün, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
Dün, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı