Abşeron təhsilində dəhşətlər: pulyığma, zorlama, döymə, şantaj… - nazirə dosye
Gündəm
Oxunub: 616
3 Ara 2018 | 12:12
Abşeron təhsilində dəhşətlər: pulyığma, zorlama, döymə, şantaj… - nazirə dosyeAbşeron rayon təhsili ucqar bölgələrdə təhsilin səviyyəsi ilə eynidir. Bakının bir addımlığı olan, əslində paytaxtdan ayrı olduğu hiss edilməyən Abşeronda elm-bilik getdikcə zəifləyir, tədrisin keyfiyyəti aşağı düşür.

Cahan.info xəbər verir ki, ötən il Nazilə Məmmədovanın Abşeron Rayon Təhsil Şöbəsi müdiri təyin olunması da heç nəyi dəyişməyib.

Məsələn bu ilin yazında mətbuat yazmışdı ki, Abşeron məktəblərində müxtəlif adlar altında pul yiğma kanpaniyası rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən aparılır

Abşeron rayonundan "Vetenperverler.az” xəbər portalına daxil olan məlumata görə, rayonun bütün ümumtəhsil məktəblərində şagirdlərə məcburi gündəliklər satılır.

Maraqlı məqam budur ki, həmin gündəliklər məktəbli mağazalarında 1 manat olduğu halda, Abşeron məktəblərində məcburi qaydada 1.70 manata satılır.

Məktəblərdə satılan gündəliklərin arxasında Abşeron rayonu barəsində bir foto şəkil yerləşdirilib və şagirdlərə deyilir ki, növbəti tədris ilində hamı bu gündəlikdən istifadə etməlidir.

Mağazalardan alınan gündəliklərin istifadəsinə icazə verilməyəcək. Şagirdlər də həmin gündəlikləri bazar qiymətindən baha – 1.70 manata almaq məcburiyyətində qalırlar.

Bundan başqa Abşeron məktəblərində şagirdlər arasında summativ (qiymətləndirmə) keçirilir. Bunun üçün isə hal-hazırda şagirdlərin hər birindən 3 manat məbləğində pulyığma konpaniyası aparılır.

Nəzərə alsaq ki, Abşeron rayonunda 39 məktəb var və həmin məktəblərdə 50 min şagird təhsil alır, onda yiğılan məbləğin 150 min manat edir. Maraqlıdir, görən bu məbləğ kimlərin cibinə gedir.

Cahan.info xəbər verir ki, bundan əlavə, mozalan.az son illərdə Abşeron təhsilində baş verən ən qalmaqallı hadisələrin xronologiyasını təqdim edib.

2014-cü ilin martın 15-də 2 saylı məktəbdə zorlama faktı qeydə alınıb. Məktəbin 11-ci sinfində oxuyan 3 oğlan 9-cu sinifdə oxuyan 15 yaşlı qızı zorlayıblar. Məktəbin direktoru çox çalışsa da hadisəni ört-basdır edə bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Abşeron rayonu ərazisində orta məktəbin 9-cu sinif şagirdini zorlayıb, əməllərini videokamera ilə lentə alaraq, qızı bu vasitələrlə şantaj edən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Sonradan Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunda 9-cu sinif şagirdi olan qıza qarşı seksual xarakterli hərəkətlər etmiş şəxslər barəsində olan cinayət işinə baxılıb.

Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərara əsasən Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyev barəsində bəraət hökmü çıxarılıb. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

2016-cı il yanvarın əvvəlində Abşeron rayonu, Xırdalan şəhəri 9 nömrəli məktəbdə cinayət qeydə alınmışdı. Məktəbdə ibtidai sinif müəllimi dərs başa saldığı qız şagirdin başına zərbə endirir.

Daha sonra onu təhqir edərək yerinə oturmasını deyir. Müəllimə heç bir cavab verməyən balaca qız sakitcə parta arxasına keçir. Həmin hadisəni kənardan şagirdlərdən biri videoya çəkmişdi.

Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində məktəbin direktoru Həcər İbrahimova və ibtidai sinif müəllimi Sevda Rüstəmovanın iştirakı ilə araşdırılmışdı. Sonucda isə müəlliməyə sadəcə töhmət verildi.

Elə həmin il daha qalmaqallı hadisə həm sosial şəbəkələrdə,həm mətbuatda geniş müzakirə edildi.

Söhbət 10 saylı məktəbdə bayramla bağlı uşaqlardan pul yığılması ilə bağlı idi. İlqar Qulusoy adlı valideynin sosial şəbəkədə yazdığı status geniş əks-sədaya səbəb oldu:

“8 martla əlaqədar şagirdlərdən 20 manat pul yığıb 8 mart şənliyi keçirdiblər. Bunun təhsilə nə əlaqəsi var? Azyaşlı uşaqlara 8 mart şənliyinin keçirilməsi nə verir?

Zatən valideynlər azı 30 manat müəllimlərə şirinlik veriblər. Əlavə olaraq 20 man pul verib tədbir keçirmək. Novruz bayramı ərəfəsində 30 manat novruz şənliyi üçün pul yığılır. Başa düşə bilmirəm kosa keçəl hollivuddan gəlir?

Əlavə olaraq hər bir uşaq üçün 5 manat pul tələb olunur. Novruz xonçası üçün. Uşaq müəllimə deyir ki mamam xonça bəzəyib gətirəcək. sinif rəhbəri deyir lazım deyil 5 manat gətirin özümüz alacağıq..... 2 ci sinif uşağı ilə müəllimə arasında dialoqa baxın”.

2017-ci ilin yayında Abşeron təhsilinə yeni müdir təyin olundu. Onun gəlişi heç nəyi dəyişmədi. Nazilə Məmmədovanın fəaliyyətində islahatlar müşahidə olunmur.

Əksinə, onun islahatı tamam “fərqli” oldu. Abşeron Rayon Təhsil şöbəsinin təklifi ilə Qobu 1 saylı tam orta məktəbdə təyin olunduğu direktor müavini vəzifəsinə göndərilmiş Aqşin Həsənov borcu olduğuna görə işdən çıxarıldı.

Müəllimlik fəaliyyətinə heç bir aidiyyatı olmayan şeyə göyə işdən çıxarılma Azərbaycanda bir ilk idi. Bu ilkə Nazilə xanım imza atdı.

Yeni müdir gələndən məktəblərdə pulyığıma kampaniyası güclənib. Digər tərəfdən xüsusən Xırdalanda əhalinin sürətlə artması səbəbi ilə məktəblərdə sıxlıq müşahidə olunur.

Məktəb direktorları bəhanə edirlər ki, yer yoxdur, amma “şirinlik” görəndə yer də tapılır, parta da...Kəsəsi, N.Məmmədovanın idarəçiliyinin bir ilində artıq Abşeron təhsili bazara çevrilib.

Qarşı tərəfi dinləməyə hazırıq.
26-11-2018, 14:52
İRADƏ GÜLMƏMMƏDOVA KİMİ PREZİDENT OLARAQ TANIYIR?
26-11-2018, 14:43
Abşeronda İradə Gülməmmədova bazarı……
22-11-2018, 13:54
Sabahın hava proqnozu açıqlanıb
21-11-2018, 13:20
Sabah Azərbaycanda intensiv yağış və qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
5-11-2018, 18:32
“Peşə məktəblərində oxuyanlara tələbə statusu veriləcək” - Nazir
Dün, 15:13
Azərbaycanda zəlzələ olub
Dün, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dün, 15:03
Çingiz Əlioğlu vəfat etdi
Dün, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
Dün, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı