Ramazan ayında bu qidaların qəbulu ciddi xəstəliklərə səbəb ola bilər - Ekspertdən XƏBƏRDARLIQ
"Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi olan insanlara qətiyyən oruc tutmaq olmaz".Bunu Publika.az-a müsahibəsində Qida Təhlükəsizliyi hərəkatının təsisçisi və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Müsahibəni təqdim edirik:
- Ramazan ayında insanlar nəyə diqqət etməlidir?
- Sabahdan etibarən Ramazan ayı başlayır. İnsanlar isə niyyət edərək, oruc tuturlar. Bu da dinimizə görə ən uyğun variantdır. Məsələnin qeyri-etik tərəfi bəzi insanların çəki vermək məqsədilə oruc tutmasıdır. Bu, təbii ki, yanlış davranışdır. Oruc tutmağın öz qaydaları var. Həm dinə əsasən, həm də orqanizmin sağlamlığı üçün. Oruc tutarkən ən vacib məqamlardan biri düzgün qidalanmadır. Yəni qidaları balanslaşdırılan şəkildə seçmək lazımdır ki, Ramazan ayından sonra müəyyən sağlamlıq probemləri ilə üzləşməsinlər. Bu ayda insan təxminən 16-18 saat ərzində ac qalır. Orqanizmin düzgün fəaliyyət göstərməsi üçün gün ərzində 70-dən çox vitamin və minerallar qəbul edilməlidir. Onu da biz yalnız qidalar vasitəsilə alırıq. Əgər qaydalara əməl olunmazsa, Ramazan ayından sonra həzm prosesində problemlər ortaya çıxacaq. Qan dövranında və ürək sistemində xəstəliklərlə qarşılaşa bilərlər.
- Hansı qidalara üstünlük verilməlidir?
- Yaxşı olar ki, insanlar imsak və iftar zamanı qidaların lazımi qədər vitaminli olmasına diqqət etsin. Meyvə və tərəvəzdən istifadə tövsiyə olunur. Təzə meyvələrin istehlakı məqbuldur. Maye qəbulu normasında olmalıdır. Çünki maye çatışmazlığından da bir sıra xəstəliklər meydana çıxa bilər. Bu baxımdan çay, su, ayran içməyi unutmamalıyıq. Ümumən vitaminli və kalorili yeməklərə üstünlük verilməlidir. Səhərlər pendir, yumurta, süd, qatıq, zeytun, çörək qəbulu lazımdır. Çərəzlərdən qoz, badam, fındıq, xurma və ərik qurusu çox xeyirlidir. İftara isə xurma, zeytun və su ilə başlamaq tövsiyə olunur. Əsas yeməyə keçməzdən əvvəl ən az 15 dəqiqə gözləmək lazımdır. Çünki birdən-birə mədəni qidalarla doldurmaq gələcəkdə mədə xəstəliklərinə səbəb ola bilər. Hər bir halda imsak və iftarda mütləq şəkildə qidaların vitaminli olmasına diqqət etməliyik. Şorba istehlakı da önəmlidir. Səhər yeməyində isə südlü sıyıqlara yer verilməlidir. Müxtəlif tərəvəzlərdən hazırlanan salatlar süfrədə ola bilər. Buxarda bişirilmiş manqal salatı da çox xeyirlidir. Qatıq və süd məhsulları hər yeməkdə qəbul edilə bilər. Göyərti də canlı qida sayıldığından süfrədə olmalıdır. Çaylardan isə bitki çayına üstünlük verilməlidir. Çobanyastığı və cökəni bu baxımdan qeyd etməliyik. Təbii meyvə şirələrinin süfrədə olması faydalıdır.
- Oruc tutan şəxslər hansı qidalardan uzaq durmalıdır?
- Oruc tutan insanlar yağlı, ağır, qızarılmış, duzlu yeməklərdən uzaq durmalıdırlar. Bu yeməklər həm həzm prosesini çətinləşdirir, həm də mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. 16-18 saat fasilə verib, onları qəbul etmək birbaşa zərərlidir. Şirniyyat və un məmulatlarından bu ayda uzaq gəzməliyik. Un məmulatları həzm prosesini pozmaqla bərabər artıq çəkiyə səbəb olur. Ən yanlış məqamlardan biri də insanların sahur vaxtı xurma və su ilə oruc tutmasıdır. Orqanizmin həmin saat müddətində tab gətirməsi çətindir. Yəni iftarda çox yeyib, imsakda qidalanmamaq sağlamlıq problemlərinə yol açır. Az müddətdə çox qida qəbulunun problemlərə səbəb olduğunu nəzərimizdə saxlamalıyıq. Qidaları isə balanslı şəkildə qəbul etmək faydalıdır.
- Kimlərin oruc tutması düzgün deyil?
- Xora xəstəliyi olan insanlara qətiyyən oruc tutmaq olmaz. Şəkərli diabet xəstələrinə, şəkərin miqdarı yüksək olanlara da qadağandır. Şəkərin miqdarı az olanlar isə dözə bilirsə, problem yaratmırsa, oruc tuta bilər. Yüksək təzyiqi olanlara da həmçinin oruc tutmaq olmaz. Yəni qeyd etdiyim xəstəliklərdən əziyyət çəkən insanlar günlük dərman qəbul etməlidir. Həmin preparatları qəbul edə bilməmələri problemlərə şərait yarada bilər. Hamilə və süd verən qadınlara da oruc tutmaq tövsiyə olunmur. İstisna halları vurğulaya bilərəm. Hamilə və ya süd verən qadının orucu körpəyə ziyan vermirsə, oruc tuta bilər. Bu isə orqanizmə görə dəyişir. Yaşlı insanların oruc tutmağı tövsiyə olunmur. Yaşla əlaqəli təzyiq və ya ürək problemləri meydana çıxa bilər. Hətta üzdə olmayan bəzi xəstəliklər var ki, ac və ya susuz qalanda özünü büruzə verir. 9 yaşdan aşağı qız uşaqlarına oruc tutmaq məsləhət görülmür. Oğlan uşaqlarında isə 15 yaşdan aşağı olanların tutması tövsiyə olunmur. Bir nüansı da qeyd etmək istərdim ki, 1 həftədən artıq müddətə səfər edən şəxslərə oruc tutmaq faydalı olmayacaq. Səfər zamanı qida rejimi dəyişik olduğundan, gələcəkdə müəyyən xəstəliklərə səbəb ola bilər. Sonradan həmin orucu qəza ilə əvəzləyə bilərlər.
25-04-2020, 09:34
Tacikistan prezidenti: “Orucu daha əlverişli vaxta keçirək”
21-04-2020, 14:23
Məleykə Abbaszadə: "İmtahanların yeni qrafiki yaxın 10 gündə ictimaiyyətə təqdim olunacaq"
27-01-2019, 14:19
Əzvayın 7 müalicəvi əhəmiyyəti
11-01-2019, 14:15
Körpələrdə timomeqaliya
27-12-2018, 13:24
Gələn il üçün qeyri-iş günləri açıqlandı - Tam siyahı
7-12-2018, 15:35
Zahid Oruc: Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməlidir
Dün, 15:13
Azərbaycanda zəlzələ olub
Dün, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dün, 15:03
Çingiz Əlioğlu vəfat etdi
Dün, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
Dün, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı