Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinə Qarabağı azad edən xilaskar Prezident kimi daxil oldu - Yaqub Mahmudov
Siyasət
Oxunub: 250
24 Ara 2020 | 11:25
Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinə Qarabağı azad edən xilaskar Prezident kimi daxil oldu - Yaqub Mahmudov 2003-cü ildə dünyanın ən gənc prezidentlərindən biri kimi fəaliyyətə başlayan İlham Əliyev Azərbaycan kimi çox mühüm geosiyasi mövqeyə və əhəmiyyətə malik olan, qlobal maraqların və ziddiyyətlərin kəsişdiyi məkanda yerləşən bir ölkəyə başçılıq edir. Etiraf edək ki, bu olduqca çətin tarixi missiyadır. Lakin buna baxmayaraq ölkə başçımız çox qısa bir zaman kəsiyində bütün dünyada böyük hörmət və nüfuz qazandı. Bu, dövlətçilik tariximizin çox mühüm faktıdır.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev, hər şeydən əvvəl, çoxlarına nəsib olmayan nadir bir siyasi məktəbin - dahi Heydər Əliyev dövlət idarəçiliyi məktəbinin yetirməsidir. Bu məktəbdə o, dahi siyasətçidən məğlubedilməzlik dərsi alıb, onun siyasət dünyasının bütün incəliklərinə yiyələnib, eyni zamanda, atasına qarşı baş vermiş haqsızlıqlar, təqiblər və xəyanətlərin də şahidi olub. Təkcə şahidi olmaqla qalmayıb çox gənc yaşlarından dahi rəhbərin üzləşdiyi haqsızlıqlara, xəyanətlərə qarşı mübarizəyə qalxıb, doğma xalqına xidmət etmək üçün atası ilə birlikdə çiyin-çiyinə addımlayıb, onun ən yaxın silahdaşı olub, şərəfli mübarizə yolu keçib:
"Prezident İlham Əliyev Ulu Öndərin yolu ilə gedərək mükəmməl siyasi təhsil alıb. Onların hər ikisi, həm ata, həm də oğul doğma Vətənin və dünyanın tarixini öyrənməyə xüsusi maraq göstərib, dərin və hərtərəfli tarixi biliklərə yiyələnib, ali tarix təhsili alıblar: ata - Heydər Əliyev Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib, oğul - İlham Əliyev isə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb, elmi tədqiqat işləri aparıb, dissertasiya müdafiə edib. Beləcə, Azərbaycan xalqına başçılıq edən və müasir dünyanın görkəmli dövlət xadimi olan Prezident İlham Əliyev dərin nəzəri biliklərə və Heydər Əliyevin dövlət idarəçiliyi praktikasına yiyələnmiş peşəkar siyasətçidir".
Y.Mahmudov əlavə edib ki, biz bütün ötən illər ərzində Prezident İlham Əliyevin başçılığı altında əzmlə, sarsılmadan, səndələmədən, necə deyərlər, düşmənləri sevindirmədən Heydər Əliyevin qoyduğu yolla getdik və uğurdan-uğura qovuşduq. Bir sözlə, Heydər Əliyevsiz yaşadığımız ötən illər ərzində Heydər Əliyev siyasətinin yeni-yeni qələbələrinin şahidi olduq, ağır sınaqlardan üzüağ çıxdıq: "Dünya gördü ki, Azərbaycanda Heydər Əliyev zamanında olduğu kimi, yenə qüvvətli siyasi rəhbərlik var, ölkədə yenə sabitlikdir, əmin-amanlıqdır, bu ölkə ilə əməkdaşlığı davam etdirmək olar!"
Akademik qeyd edib ki, dünya bu gün müasir inkişafın Azərbaycan modeli ilə maraqlanır. Bu modelin müəllifi dövlətimizin başçısı İlham Əliyevdir. Modelin ən mühüm tərkib hissəsi milli tariximizin saxtalaşdırmalar və təhriflərdən təmizlənməsidir: "Mən ulu öndər Heydər Əliyevin unudulmaz bir vəsiyyətini dönə-dönə yada salıram, o, dəfələrlə deyirdi ki, biz son 200 ilin tarixini yenidən öyrənməliyik. Ulu Öndərimiz XIX-XX əsrləri, xüsusən Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın ikiyə bölünməsi tarixi, xalqımızın məhv edilməsi siyasəti tarixi və soyqırımlar tarixidir. Prezident İlham Əliyev bu vəsiyyəti yerinə yetirərək, Tarix İnstitutunun elmi istiqamətini son 200 ilin tarixinin yenidən yazılmasına, Azərbaycan tarix elminin saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsinə yönəltdi".
Y.Mahmudov bildirib ki, 2004-cü ildə Tarix İnstitutunun rəhbərliyinə gələndə dövlət başçısı tərəfindən qarşıya bir sıra ciddi vəzifələr qoyuldu. Tarix İnstitutunun bütün elmi potensialı bu vəzifələrin icrasına yönəldildi:
"Əgər bu gün İrəvan məsələsi ilə bağlı konseptual baxışımız varsa, bu, Azərbaycan Prezidentinin xidmətidir. Eyni zamanda, qarşımıza qoyulan vəzifələr sırasında İrəvan, Qarabağ və Naxçıvanın tarixinin yenidən yazılması, soyqırımları tarixi və erməni vandalizminin araşdırılması da var idi. Bütün bunların hamısı Azərbaycan Prezidentinin millətimiz və tarix elmi qarşısında konseptual xidmətləridir. Sübut edildi ki, ermənilər Cənubi Qafqazın aborigen etnosu deyil və Azərbaycana çar Rusiyası tərəfindən XIX əsrdə köçürülüb gətiriliblər. İnstitutda ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, ilk “Azərbaycan tarixi atlası”, Qarabağın, Naxçıvanın, İrəvan xanlığının, xalqımıza qarşı soyqırımlarının, itirilmiş torpaqlarımızın tarixinə dair onlarla qiymətli tədqiqatlar, sənədli filmlər işıq üzü görüb və bu tədqiqatlar müxtəlif dillərə tərcümə edilərək dünyanın aparıcı ölkələrində yayılıb. Bu elmi problemlər ətrafında yazılan silsilə əsərlərə görə Prezident bir sərəncamla Tarix İnstitutunun 13 nəfər alimini Azərbaycanın Dövlət Mükafatına layiq gördü. Dövlət başçısı Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyanın başçılıq etdiyi soyqırımı cəlladlarının cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanlığına köçürtməklə şüurlarda inqilab etdi: "Mən Prezidentin bu addımını Nikolay Kopernikin kəşfinə bənzədirəm. Bunlar onu göstərir ki, Prezident İlham Əliyev tarix elminin zərgər kimi bilicisidir və ərsəyə gələn elmi araşdırmalar bilavasitə onun prinsipial mövqeyinin nəticəsidir. Heydər Əliyev bu işləri başlatdı və zamanın tələbinə uyğun olaraq İlham Əliyev onu yaradıcılıqla davam etdirir. Beləliklə, Prezident tarixi qələbəyə gedən yolda həm informasiya müharibəsində qələbə qazandı, həm də beynəlxalq siyasi-hüquqi baza yaratdı.
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz prinsipial mövqeyini hələ Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyəti zamanı nümayiş etdirib. Azərbaycanın bu məsələdə haqlı və ədalətli tərəf olduğunu, ölkəmizin təcavüzə məruz qaldığını, 20 faizdən çox torpaqlarımızın işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvasından didərgin salındığını Avropa cəmiyyətinə, bütün dünyaya çatdırmaqda İlham Əliyev misilsiz rol oynayıb. Son 17 ildə Prezidentin birbaşa himayəsi ilə İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında və digər nüfuzlu beynəlxalq təşkilatlarda Qarabağın Azərbaycan torpağı olduğu təsbit olunub".
Y.Mahmudov deyib ki, erməni təcavüzkarları keçmiş İrəvan xanlığının ərazisində, Zəngəzurda və başqa yerlərdə olduğu kimi, Qarabağda da Azərbaycan toponimlərini erməniləşdiriblər. Amma Prezident İlham Əliyev 2020-ci ildə ilk dəfə olaraq ermənilərin 100 ildən çox davam edən vandalizm ssenarisini darmadağın etdi. Ölkə başçımız erməni faşizminə qarşı Vətən müharibəsinin - İkinci Qarabağ müharibəsinin gedişindəcə Azərbaycanın işğaldan azad edilən ərazilərinin tarixi adlarını bərpa etməyə başladı və o, Madagizi Suqovuşan, Vəngi Çinarlı, Tsakurini isə Hünərli adlandırdı:
"Son 200 ildə ilk dəfədir ki, erməni işğalçıları Azərbaycan torpaqlarından rüsvayçılıqla qovuldu! Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi zamanı 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşanın azad olunduğu gün Prezidentimiz tərəfindən tariximizə Zəfər günü kimi daxil edildi. Azərbaycan, Rusiya liderlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata görə isə Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən azad edildi. Prezidentimizin Ali Baş Komandanlığı altında milli ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı qısa zamanda azad etdi! Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi qələbə ilə başa çatdı. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi! Qərbi Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinin türk dünyasını coğrafi baxımdan parçaladığını dərindən bilən Prezidentimiz Naxçıvanla quru sərhədimizi də bərpa etdi!
Biz tarixçilər bir arzumuzu həmişə dəfələrlə bəyan etmişik: “Gün o gün olsun ki, sevimli Prezidentimiz Azərbaycan tarixinə Qarabağımızı azad edən xilaskar Prezident kimi daxil olsun!” Və o gün gəldi! Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinə Qarabağı azad edən xilaskar Prezident kimi daxil oldu!""
Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinə Qarabağı azad edən xilaskar Prezident kimi daxil oldu - Yaqub Mahmudov
22-12-2020, 13:46
Prezidentə “Xalq Qəhrəmanı” dövlət mükafatı verilməlidir - Siyasi ekspert
11-12-2020, 13:51
"Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir" - İlham Əliyev
27-10-2020, 10:46
Son iki yüz ildə ilk dəfədir ki, torpaqlarımız işğaldan azad edilir - Tarixçi alim
22-07-2020, 13:55
İlham Əliyev: "Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynayıb"
10-05-2020, 12:12
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
24-12-2018, 13:32
“İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” filminin və kitabının təqdimat mərasimi keçirilir
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü