Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Ermənistanın qəbul edilmiş qətnamələri icra etməməsi ilk növbədə qətnamənin qəbul edilməsində iştirak edən dövlətlərə hörmətsizlikdir”
Bu gün bizi sülhə çağıran ölkələrə baxsaq, bunların içərisində, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin olması bir daha bunu deməyə əsas verir ki, təminatsız sülh heç bir vəchlə qəbul edilən deyil. ATƏT-in Minsk qrupunun üzvü olan 3 dövlət 28 ildir ki, heç bir nəticə əldə etmədən “vasitəçilik missiyasını”həyata keçirir. Bu günə qədər saysız-hesabsız səfərlər, nəticəsi olmayan görüşlər və nəhayət münaqişənin 28 ildir ki, dondurulmuş vəziyyətdə qalması, təbii ki, Ermənistanın maraqlarına uyğun idi.Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağı Azərbaycan ərazisi olaraq tanıyan və Ermənistanın tarixi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var, lakin Ermənistan bu vaxta qədər bu qətnamələri icra etməmişdir. Dəfələrlə Birləşmiş Millətlər Təşkilatına müraciətlər edilərək bu qətnamələrin icrasının təmin edilməsi ilə bağlı tələblərə baxmayaraq, ilk növbədə BMT TŞ-yə üzv olan dövlətlər öz qətnamələrinə hörmətsizlik edərək Ermənistanı həmin qətnamələri yerinə yetirməyə məcbur etmədilər. Halbuki, BMT mütəmadi olaraq öz qətnamələrini icra etməyə qadir bir təşkilat idi. Ermənistanın bu özbaşınalığına və qanunsuz davranışlarına görə mütləq qaydada sanksiyalar tətbiq edilməli idi.Təəssüflə qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyət yalnız Ermənistanı qınamaqla kifayətləndi və bu sahədə heç bir ciddi addım atmadı.
Təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev münaqişənin bu qaydada - həll edilməmiş qalması ilə razılaşmadı və artıq ortaya ən sərt şəkildə,ədalətli mövqeyini qoydu. Rəşadətli ordumuz tərəfindənErmənistanın həyata keçirdiyi hərbi təxribatların qarşısı qətiyyətlə alındı və həmin andan etibarən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əks hücum əməliyyatları başladı. Ordumuz düşmən tərəfindən yaradılmış təmas xəttini məhv etdi və uzun illərdir davam edən “status-kvo” çox qısa bir müddət ərzində yox edildi.
Apardığımız uğurlu əməliyyatlardan qorxuya düşən Ermənistanın baş naziri müxtəlif ölkələrin rəhbərlərinə müraciət edərək düşdüyü acınacaqlı vəziyyətdən çıxmaq üçün köməklik göstərilməsini xahiş etməyə başladı.Lakin müraciət etdiyi ölkələrin bir çoxu ona bu məsələnin Azərbaycanın haqq işi olmasını, öz əraziləri daxilində və beynəlxalq hüququn tələblərinə uyğun olaraq hərbi əməliyyatlar aparmasını bildirərək ədalətli mövqe ortaya qoydular.
Təəssüflə qeyd etmək lazımdır ki, bəzi dövlətlər isə öz ermənipərəst mövqelərini aşkar şəkildə ortaya qoydular. Təbii ki, onların apardıqları bu cür qeyri-obyektiv, ədalətsizsiyasət bütün dünyaya bəlli oldu. Artıq heç kəs Ermənistan tərəfinin cəfəngiyyatlarına inanmır, onların irəli sürdüyü iddiaların absurd olduğunu bildirir.
Hər kəsə bəllidir ki, Azərbaycan hər bir sahədə, o cümlədən hərbi baxımdan Ermənistandan qat-qat güclüdür. Təkcə ehtiyatda olan və səfərbərliyə ilkin mərhələdə cəlb edilə biləcək vətəndaşlarımızın sayı ümumilikdə Ermənistan əhalisinin sayından daha çoxdur. Bu səbəbdəndə bizim kiminsə yardımına ehtiyacımız yoxdur.Azərbaycanın dünyanın bir çox ölkələri ilə hərbi-texniki sahədə əməkdaşlıq edir, ordumuzun maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində lazımi addımlar atır.
Təkcə Azərbaycan Ordusunun Ermənistana vurduğu ziyanın məbləği hazırda milyardlarla hesablanır. Belə olduqda, nəinki Cənubi Qafqazın, hətta dünyanın ən kasıb ölkələrindən biri olan Ermənistanın bugün bu qədər silah-sursatının olması məntiqsizdir. Azərbaycan ordusu tərəfindən məhv edilən və qənimət olaraq ələ keçirilən silah-sursat faktiki olaraq Ermənistanın bir dövlət olaraq sıradan çıxmasını bir daha göstərir. Artıq məğlub olduğunu başa düşən Ermənistan atəşkəs üçün yalvarır.
Azərbaycan isə, öz növbəsində, münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu hər zaman bəyan edib.İstər hərb, istərsə də sülh yolu ilə həll edilməsindən asılı olmayaraq, problemin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu bir daha dünyanın diqqətinə çatdırdı.
Bugünə qədər 3 dəfə humanitar atəşkəsin elan olunmasına baxmayaraq, hər üç halda atəşkəsin tələbləri Ermənistan tərəfindən pozulmuşdur.Buna baxmayaraq, biz üzərimizə götürdüyümüz öhdəliklərə sadiq qalaraq sülhün təmin olunması istiqamətində zəruri addımları atırıq. Düşmənin atəşkəs rejimini dəfələrlə pozması barədə aidiyyəti təşkilatlara dərhal məlumat veririk və kimin təcavüzkar olmasını bir daha diqqətə çatdırırıq. Bu gün yenidən atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan Tərtər və Ağcabədi rayonlarını atəşə tutmağa davam edir. Şanlı Ordumuz isə qarşısına qoyduğu bütün vəzifələrin öhdəsindən layiqincə gəlir, düşmənə lazımi cavabı verir.
Biz əminik ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu öz zəfər yürüşünü davam edəcək, istər diplomatiyada, istərsə də döyüş meydanında ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir. Qələbə əldə edildikdən sonra isə bizə dost olan dövlətlərlə əlaqələrimiz daha da möhkəmlənəcək və qardaşlığımız daimi olacaqdır.
26-10-2020, 10:34
ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar
7-10-2020, 10:31
İlham Əliyevin şərtləri dəyişməzdir
30-09-2020, 10:16
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Zəfər bizimdir!”
14-08-2020, 13:38
Brayza: Ermənistana hərbi texnika tədarük etməklə Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində etimadı itirir
21-07-2020, 17:51
Milli Məclis Sədrinin müavini Adil Əliyev:“ABŞ Konqresinin qəbul etdiyi sənəd Ermənistanın işğalçı dövlət olmasını bir daha təsdiq edir”
4-06-2020, 22:33
Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü