Milli Məclis Sədrinin müavini Adil Əliyev:“ABŞ Konqresinin qəbul etdiyi sənəd Ermənistanın işğalçı dövlət olmasını bir daha təsdiq edir”
Milli Məclisin Sədr müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev: Bugündən etibarən Amerika Birləşmiş Ştatları Konqresi rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını tanıdı. Belə ki, ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edildi. Düzəlişin mətnində deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Katibi ilə birlikdə Azərbaycanın (o cümlədən Ukrayna, Gürcüstan və Moldova) xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.Amerika Birləşmiş Ştatları Konqresinin hazırda Ermənistan tərəfinin ölkəmizin sərhədlərində apardığı təxribat zamanı belə bir Qanunu qəbul etməsi, təbii ki, ölkə başçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasətin bəhrəsi və diplomatiyamızın çox böyük uğurudur. Xüsusilə vurğulamaq yerinə düşər ki, Ermənistan lobbisinin dayaqları olan ölkələrdən biri də təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatlarıdır. Hansı ki, qeyd olunan aktların qəbulu zamanı da özlərinə məxsus şəkildə çətinlik yaratmağa cəhd etmişlər. Lakin, qeyd olunan hadisələr fonunda ABŞ Konqresinin belə bir Qanun qəbul etməsi əslində ABŞ-ın Azərbaycana strateji tərəfdaş olmaqdan əlavə, Cənubi Qafqazın şəriksiz lideri olaraq görməsinin əyani təzahürüdür.
Qəbul edilmiş 296 saylı Qanunda müəyyən vəzifələr nəzərdə tutulmuşdur ki, bunun da ən əsası Ermənistan tərəfindən qeyri qanuni işğal zamanı öldürülmüş şəxslər barədə hesabatların hazırlanmasıdır. Artıq Ermənistan tərəfinin törətdiyi qırğınları və apardıqları təcavüzkar siyasətin nəticəsi barədə hər il Amerika Birləşmiş Ştatları Konqresində hesabatlar dərc ediləcək və dünyanın diqqətinə çatdıracaqdır. Həmçinin, həmin hesabatlarda Ermənistanın təcavüzü nəticəsində ölkəmizdə məcburi olaraq ata-baba yurdlarını tərk etməyə məcbur olmuş məcburi köçkünlər barədə məlumatların alınması nəzərdə tutulmuşdur.
Eyni zamanda, ABŞ Konqresinin bu Qanunu qəbul etməsi bizim üçün həmdə ona görə zəruridir ki, Birləşmiş Millətlər Təşkilatının Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz etməsi barədə qəbul etdiyi dörd qətnamə bugünə qədər Ermənistan tərəfindən icra edilməmişdir. Hansı ki, həmin qətnamələr qeyd-şərtsiz icra edilməli və Ermənistan işğal etdiyi əraziləri boşaltmalı idi. Bugün ABŞ-ın dünyanın lider dövlətindən biri olması, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmasını nəzərə alsaq, yaxın gələcəkdə bu qətnamələrin hansı səbəbdən icra edilməməsi və işğalçılıq siyasətinin nəticələrini gözdən keçirməyə imkan verəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmiz birmənalı şəkildə hücum diplomatiyasını rəhbər tutmuş və Ermənistan tərəfinə zərbələri təkcə Milli Ordumuz tərəfindən döyüş meydanında deyil, eyni zamanda diplomatiyada da vurmağa davam etməliyik. Hansı ki, onların diplomatik sahədə fiaskoları yalnız Valday, Moskva, Aşqabad görüşlərindən ibarət deyildir. Hazırda Ermənistanın təcavüzü barədə həm yerli, həmdə xarici mətbuatda məlumatlar paylaşılır, eyni zamanda ayrı-ayrı xarici ölkələrdə yaşayan diaspora fəallarımız bu işğalçılıq siyasətinin dünyaya tanıdılması, işğalçılıq siyasətinin nəticələri barədə həmin ölkələrdə fəaliyyət göstərən diplomatik korpusumuzun nümayəndələri ilə həyati vacib işlər görürlər. Nəticədə işğalçı dövlətin vətəndaşları səfirliklər qarşısından qovulur və ya xislətlərinə uyğun olaraq yaratmaq istədikləri ajıotajların qarşısı ciddi şəkildə alınır.
Ölkəmiz tərəfindən aparılan xarici siyasətin vahid məqsədi Ermənistan tərəfinin apardığı işğalçı siyasəti bütün dünyanın diqqətinə çatdırmaq, Ermənistanın beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarını pozmaları, işğal etdikləri əraziləri qeyd-şərtsiz boşaltmalarını tələb etməkdir, hazırda bu qənaətə gəlməyə imkan verir ki, bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də aparılan işlər öz uğurlu nəticələrini verməkdədir.
14-07-2020, 18:48
İƏT PA Baş katibi Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan bəyanat verib
14-07-2020, 18:41
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Məğlubiyyət Ermənistan tərəfinin taleyidir!”
12-07-2020, 15:03
XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir
19-06-2020, 23:30
Milli Məclisin Sədr müavini Adil ƏLİYEV : “Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir”
15-06-2020, 17:34
Milli Məclisin Gənclər və idman komitəsi “15 iyun Milli Qurtuluş Günü” ilə əlaqədar gənclərlə onlayn konfrans keçirib
4-06-2020, 22:09
Milli Məclisdə görüş
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü