Sentyabrın 16-da NATO Parlament Assambleyasının İqtisadiyyat və təhlükəsizlik Komitəsinin videokonfrans formatında iclası keçirildi

Sentyabrın 16-da NATO Parlament Assambleyasının İqtisadiyyat və təhlükəsizlik Komitəsinin videokonfrans formatında iclası keçirildi. İclasda Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı iştirak edirdi.
Tədbirə NATO PA-ya üzv və assosiativ ölkələrin nümayəndələri qatılmışdılar.
Gündəliyə “Körfəz böhranı və qlobal enerji bazarları”, “Qara dəniz regionu: İqtisadi və geosiyasi gərginliklər” barədə hesabat layihələri və təşkilati məsələlər daxil edilmişdi.
Tədbirdə çıxış edən üzv ölkələrin nümayəndələri müzakirə olunan məsələlərə münasibətlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
İkinci hesabat layihəsinin müzakirəsi zamanı iclasda çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz müsbət töhfələrini verməkdə davam edir. Lakin bu yaxınlarda Azərbaycan-Ermənistan sərhəddindəki hərbi təxribatlar bir daha regionun barıt çəlləyi olduğunu nümayiş etdirdi. Xüsusilə vurğulamaq istərdim ki, Tovuz ətrafında baş vermiş hərbi təxribat enerji xətlərimizdən cəmi 15 km məsafədə idi.
Bütün dünyanın covid-19 ilə mübarizə apardığı bir dönəmdə Ermənistanın belə bir təxribata əl atması daha da üzücüdür. Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Azərbaycanın işğal altındakı torpaqlarına gələrək qadınlar ilə hərbi təlimlərə qatılması mövcud qığılcımı daha da alovlandırır.
Mən buradan NATO PA-ya səslənərək belə addımların qarşısının alınması üçün ciddi addımların atılmasını təklif edirəm. Bu, Qara Dəniz regionunun enerji təhlükəsizliyinin təmin olunması üçün çox vacibdir.
Verilmiş imkanlardan istifadə edərək, qardaş Türkiyədən olan həmkarlarımı Qara Dənizin dibində aşkar etdikləri zəngin qaz ehtiyatlarına görə təbrik edirəm. Ümidvarıq ki, aşkar olunmuş qaz yataqları gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təminatına öz müsbət töhfəsini verəcəkdir.
Mən çıxışımı sonlandırmadan öncə, Türkiyə - Yunanıstan arasında son vaxtlar artan gərginliklə bağlı bir neçə cümlə danışmaq istərdim.
Azərbaycanın rəsmi mövqeyi cənab İlham Əliyev tərəfindən aydın şəkildə bəyan olunmuşdur. İnanırıq ki, Aralıq dənizinin Şərq hissəsində Türkiyənin beynəlxalq hüququn prinsipləri çərçivəsindəki fəaliyyəti bütövlükdə bu bölgədə sülhə və inkişafa xidmət edəcəkdir.
Bildirmək istərdim ki, Azərbaycan cəmiyyəti NATO-nun Türkiyə-Yunanıstan arasında artan gərginliyin azaldılmasındakı rolunu və səylərini çox yüksək qiymətləndirir. Çünki hər iki ölkə NATO-nun üzvüdür. Buradan NATO PA-nın bu məsələ ilə bağlı daha aktiv olmasını təklif edirəm.
Məlahət xanımın çıxışına münasibət bildirən komitənin Latviyalı sədri İvan Klementyev çıxışa görə təşəkkür etdi. Diqqətə çatdırdı ki, o, iki il öncə Azərbaycanda olmuş və ölkənin enerji məsələləri ilə yaxından tanışdır. Komitə sədri Avropanın enerji təhlükəsizliyinin təminatına Azərbaycanın verdiyi töhfəni yüksək qiymətləndirdi.
Bununla da NATO Parlament Assambleyasının İqtisadiyyat və təhlükəsizlik Komitəsinin videokonfrans formatında iclası başa çatdı.
10-09-2020, 11:45
NATO Parlament Assambleyasının Təhlükəsizliyin Milli Ölçüsü Komitəsinin videokonfrans formatında iclası keçirildi
10-09-2020, 11:41
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək
3-09-2020, 13:59
NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin video konfrans formatında iclası keçirilib
13-07-2020, 16:29
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi
15-06-2020, 21:57
TÜRKPA komissiyasının onlayn iclası keçirilib
18-12-2018, 12:28
"EurActiv" portalı: “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir”
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü