Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi
Siyasət
Oxunub: 362
13 Tem 2020 | 16:29
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi İyulun 13-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi.
Komitənin sədri Bəxtiyar Əliyev bildirdi ki, gündəliyə “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Elm və təhsil komitəsində görülən işlər barədə hesabat” və cari məsələlərdaxil edilib.
Qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli çıxışını, tövsiyələrini rəhbər tutan komitə üzvləri hesabat dövründə geniş fəaliyyət göstəriblər. Milli Məclisə sədr seçilən xanım Sahibə Qafarovanın parlamentdə yaratdığı demokratik ab-hava deputatları ruhlandırıb.Hesabat dövründə Elm və təhsil komitəsinin 9 iclası keçirilib, 17 məsələyə baxılıb. Yaz sessiyası və növbədənkənar sessiya dövründəkomitənin qanunvericilik fəaliyyəti məhsuldar olub. Belə ki, komitə üzvləri “Elm haqqında”, “Təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında”,“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Mədəniyyət haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında”və bir sıra digər qanunlardadəyişikliklər edilməsi barədə qanun layihələrinimüzakirə edərək plenar iclasa tövsiyə ediblər.
Bəxtiyar Əliyev bildirdi ki, komitə üzvləri ümumtəhsil müəssisələri üçün dərsliklərin hazırlanması prosesində də səylərini əsirgəməyiblər. Bu ilin aprelində Təhsil Nazirliyi tərəfindən Milli Məclis Aparatına daxil olmuş məktuba əsasən,komitənin sədr müavini Musa Qasımlı, komitə üzvlərindən Aqiyə Naxçıvanlı, Ceyhun Məmmədov, Rafael Hüseynov, Kamilə Əliyeva və Etibar Əliyev “2020/2021-ci il tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I, V, VIII və IX sinif şagirdləri üçün yeni və təkmilləşdirilmiş dərslik komplektləri (dərslik və metodik vəsait) layihələri”nə dair rəy və təkliflərini hazırlayaraq təqdim ediblər.
Onlayn iclasda vurğulandı ki, hesabat dövründə komitəyə 149 ərizə və müraciət daxil olub. Onlardan 130-u ilə əlaqədar 91 məktub hazırlanıb və aidiyyəti üzrə müvafiq qurumlara göndərilib.Müraciətlərdə əsasən işlə təmin olunma məsələləri, ödənişli təhsillə bağlıqarşıya çıxan çətinliklər, tələbələrin digər təhsil müəssisəsinə köçürülməsi və təhsil müəssisələrinə bərpası, xaricdə təhsil almış məzunların diplomlarının ölkədə tanınması (nostrifikasiyası), mənzil məsələləri, sosial müavinətin verilməsi, xəstələrin müalicəsi üçün maddi yardım göstərilməsi, əfv məsələləri və s. üstünlük təşkil edib.
İclasda iştirak edən komitə sədrinin müavini Musa Qasımlı, deputatlar İsa Həbibbəyli, Aqiyə Naxçıvanlı, Rafael Hüseynov, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Afət Həsənova, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Ceyhun Məmmədov, Müşfiq Məmmədli, Şahin Seyidzadə və Fatma Yıldırım hesabata müsbət münasibət bildirdilər.
Cari məsələlərin müzakirəsində COVID-19-la bağlı təhsil sahəsində yaranmış vəziyyət, Ermənistanla təmas xəttində vəziyyət və digər aktual məsələlər barədə fikir mübadiləsi aparıldı.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
17-06-2020, 11:54
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
16-06-2020, 14:50
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
8-06-2020, 13:50
Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi
7-05-2020, 21:47
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
22-04-2020, 22:09
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib
21-04-2020, 13:57
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü