Dənizə yolumuz niyə bağlanıb - AKTUAL
Gündəm / Siyasət
Oxunub: 212
25 Nis 2022 | 10:35
Dənizə yolumuz niyə bağlanıb - AKTUAL
Hər il çimərlik mövsümü ərəfəsi Xəzər dənizi sahilinin hasarlanması problemi aktuallaşır. Bu günlərdə dənizin hasarlanması Milli Məclisdə yenidən gündəmə gəlib. Parlamentdə çıxışı zamanı deputat Razi Nurullayev bildirib ki, yaz-yay mövsümü gəlib və istilər başlayıb. Vətəndaşlar dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyirlər. Amma hər kəsin bildiyi kimi, Xəzər dənizinin sahilləri işğal altında qalmaqda davam edir.

"Dənizi hasarlayanların hasarı və mülkləri sökülsün"
O qeyd edib ki, son illər IDEA-nın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılmasına başlanılıb:
"Bunu alqışlayıram. Dəniz Allah tərəfindən xalqımıza lütf edilən bir ilahi sərvət, ondan maneəsiz istifadə isə Konstitusiyamız tərəfindən verilən bir hüquqdur. Hər kəs dənizin beş-on hektarını çəpərləyib. Bu qanunsuzluğu hər bir vətəndaş görür, yaşayır və narazı qalır. Sonra da onlara hüququn, qanunun aliliyindən danışırıq və hər kəsin də qanun qarşısında bərabər olduğunu deyirik. Xalq da görür ki, bu fikir doğru deyil".
Onun sözlərinə görə, rəhmətlik Prezident Heydər Əliyevin fərmanı ilə dənizdən 130 metr kənarda tikinti işi aparmağa icazə verilirdi:

“İndi bu məsafə 30 metrə endirilib. Bu məsələni əsaslandırıb cənab prezidentə imzaya təqdim edənlər bu xalq və dövlət qarşısında məsuliyyət daşıyır, çünki öz torpaqlarını və mülklərini nəzərdə tutub bu addıma gedib. Təklifim budur ki, dəniz kənarından 130 metr məsafədə tikintiyə qadağa qanunla təsbit edilsin və dənizi hasarlayanların hasarı və mülkləri sökülsün”.

Şıxov çimərliyində dənizin sahili zəbt edilib
capar.info xəbər verir ki, "Sputnik Azərbaycan"ın əməkdaşı problemin aktuallığını nəzərə alaraq dənizin hasarlandığı ərazilərdə olub. Bakıdan üzü Lökbatan dairəsinə doğru dənizin ətrafı hasarlandığından Şıxovda çimərliklərə daxil olmaq elə də asan olmur.
Bibiheybət məscidindən başlayaraq çimərlik ərazilərinin demək olar ki, hər tərəfi hasarlanıb. Dəniz kənarında yerləşən istirahət məkanları, restoranlar demək olar ki, sahili zəbt edib. Şıxov ərazisində hündür çəkilmiş hasarlar nəinki insanları dənizə yaxınlaşmağa, onu kənardan seyr etməyə belə imkan vermir.
Elə biz də Şıxovda sahilə yaxınlaşmaq üçün xeyli piyada məsafə qət etməli oluruq. Çünki sahili zəbt edən sahibkarlar dənizin ətrafını hasara almaqla yanaşı, girişə iri darvazalar qoyublar.

Burada yaşayan sakinlərin köməyi ilə nəhayət ki, hasarlanmamış çimərlik ərazisi tapırıq. Həmsöhbət olduğumuz təmizlik işçisi Camal Allahyarov deyir ki, Şıxov dənizi sevən, onun sahilində dincəlmək istəyənlər üçün əlçatmaz olub:
"Özünüz də gördünüz ki, Bibiheybət məscidindən üzü bu yana hər yan hasarlanıb. Sahibkarlar insanları dənizə həsrət qoyublar. Hər iki-üç hektar ərazini hasarlayaraq pullu çimərliyə, istirahət məkanına çeviriblər. Kasıb insanların dincəlməsi üçün bircə ictimai çimərlik qalıb".

Ərazidə müşahidə apararkən görürük ki, hündür hasar çəkilən ərazilərin yanındakı boş torpaqların da zəbt olunmasına hazırlıq işləri aparılır. Dənizin sahilindəki boş ərazilərə kənardan daşınaraq torpaq tökülür.
Sakinlər bildirirlər ki, həmin ərazilərdə obyektlərin tikilməsinə hazırlıq işləri aparılır. Hətta bəzi sahibkarlıq subyektləri hasarladıqları ərazidə sahildən dənizə pilləkən də qoyublar. Obyektlərdən birinə yaxınlaşıb bunun səbəbini soruşsaq da, mühafizəçi rəhbərliyin olmadığını, çimərlik işləyəndə gəlməyi məsləhət gördü.

Ələtdən başlayaraq Bibiheybətə qədər dəniz hasarlanıb
Milli Məclisin deputatı Aqil Abbas Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ələtdən Bibiheybət məscidinə qədər dənizin sahili hasara alınıb. Deputat deyib ki, hətta bəzi yerlərdə elə hündür hasar çəkilib ki, dənizi görmək mümkün deyil:

"Gürcüstanda Batumidə Türkiyə sərhədə qədər açıq çimərlikdir. Bizimkilərin əli çatsa, gedib Gürcüstanda da dənizi hasarlayarlar. Ələtdən Şıxova qədər dəniz hasarlanıb. Heç mən inanmıram ki, həmin hasarlar sökülsün. Heydər Əliyev sağ ikən dənizin ətrafında obyekt tikmək üçün 130 metr məsafənin gözlənilməsi ilə bağlı sərəncam imzalamışdı. Amma bizim sahibkarlar nəinki dənizi hasarlamaqla kifayətləndi, hətta dənizin içində də obyekt tikməyə başladılar. Mən də dənizin hasarlanmasının əleyhinəyəm. Hər halda bu barədə hökumət, əlaqədar qurumlar hərəkətə keçməlidir".
Deputat qeyd edib ki, ən azından bundan sonra dənizin hasarlanmasına icazə verilməməlidir:
"İndiyə qədər dənizi hasarladıqları cəhənnəm, bundan sonra heç olmasa buna göz yummasınlar, icazə verməsinlər".

Qanunla dənizin 20-50 metr sahili tutula bilməz!
Qeyd edək ki, hələ 2003-cü il yanvarın 13-də mərhum Prezident Heydər Əliyev tərəfindən məsələ ilə bağlı sərəncam imzalanıb. Sənəddə deyilirdi ki, əhalinin çoxsaylı şikayətlərini, Xəzər dənizinin xalqa məxsus olduğunu əsas götürərək, dənizin 130 metrlik sahil sahəsində tikilmiş, fiziki və ya hüquqi şəxslərə qanunsuz olaraq verilmiş sahələr ya inzibati, ya məhkəmə qaydasında alınsın və insanların dəniz çimərliklərinə sərbəst giriş-çıxışı təmin edilsin.
Bundan sonra qəbul edilmiş qanunvericiliyə görə isə, dənizin 20-50 metr sahili tutula bilməz və İnzibati Xətalar Məcəlləsi də dəniz kənarının hasarlanmasını qadağan edir.
Məlumat üçün onu da qeyd edək ki, sahilboyu ərazilərin zəbt olunmasının, hasarlanmasının qarşısını almaq rayon icra hakimiyyətlərinin üzərinə düşür.

Hasarlar söküləcəkmi?
Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, bununla bağlı araşdırılma aparıldıqdan sonra sorğumuza cavab veriləcək.
12-11-2021, 12:09
“Xəzər dənizindən Qara dənizə yollar uzansın” - ÇAĞIRIŞ
7-07-2021, 11:38
Harınlamış şəxslər qanunlara meydan oxuyurlar - Deputatdan və hüquqşünasdan ETİRAZ
22-01-2021, 10:51
ETSN Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara aydınlıq gətirib
6-01-2021, 10:30
Xəzər dənizi quruyacaq? - ALİMLƏRDƏN PROQNOZ
5-01-2021, 10:08
Xəzərin səviyyəsinin 18 metrədək enəcəyi ilə bağlı məlumatlara institutdan açıqlama
9-09-2020, 10:28
Rumıniya XİN: Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun potensialı böyükdür
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü