Harınlamış şəxslər qanunlara meydan oxuyurlar - Deputatdan və hüquqşünasdan ETİRAZ
Uzun illərdir ki, Xəzər dənizi Abşeron yarımadası ərazisində sahilboyu hasarlarla əhatə olunub. Hündürlüyü 4-5 metr olan bu hasarlar bir çox ərazidə az qala kilometrlərlə uzanır. Abşeron yarımadasında yerləşən Türkan, Hövsan, Buzovna, Bilgəh, Kürdəxanı, Pirşağı, Corat kəndlərinin və Qaradağ rayonun ərazilərində dəniz xalqın üzünə qapadılıb. Hər il bu məsələ gündəmə gətirilsə də, problem həllini tapa bilmir.Bu problemin tamamilə həll edilməsi üçün hansı addımlar atılmalıdır?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Modern.az-a bu həlli tapılmayan məsələni qətiyyətlə pisləyib:
“Azərbaycan xalqının sərvəti olan Xəzər dənizi insanların üzünə qapanmamalıdır. Milli Məclisdə də bu haqda məsələ gündəmə gətirilib. Təkcə insanların dənizə keçidi mümkünsüzləşməyib. Hətta hasarlar elə ucaldılıb ki, avtomobillə gedərkən dənizi görmək mümkün deyil. Bura misal olaraq Qaradağ rayonunun adını çəkmək olar.
İnsanlar pandemiya dövründən yavaş-yavaş çıxmaq istəyirlər və dənizə üz tuturlar. İstirahət hər bir insanın haqqıdır. Lakin harınlamış oliqarxlar, məmurlar tərəfindən ölkə qanunlarına arxa çevirildiyi üçün hər kəs pis vəziyyətdə qalır. Ölkədə bəzi məsələlərlə bağlı cəzasızlıq var və bu səbəbdən harınlamış şəxslər belə addımları atırlar. Hərə bir ərazini hasarlayıb, özəlləşdirib. İnsanları bahalı xərc müqabilində dənizə buraxırlar. Dəniz heç kimə məxsus deyil, dövlətə məxsusdur. Mən bütün bu prosesləri izləyirəm və hüquq müdafiəçisi olaraq qətiyyətlə pisləyirəm. Dəniz sahilindən müəyyən məsafədə tikintiyə icazə verilmir, bu qanun da pozulub. Bu günümüzdə harınlamış məmurlar ölkə qanunlarına meydan oxuyurlar.
Hər bir xırda məişət problemində son sözü cənab prezident deməlidir? İnsanlar artıq müəyyən qurumlardan ümidlərini üzüblər. Yalnız daha yüksək səviyyədə məsələnin həll olunmasını istəyirlər”.
Çingiz Qənizadə qanunların rəhbər tutulmalı olduğunu vurğulayıb:
“Dövlət bu məsələdə aktiv fəaliyyətə keçərək, özbaşınalıq edənləri həm cəzalandırmalı, həm də insanların dənizə çıxa bilməsi üçün ciddi tədbirlər görməlidir. Bu problemlər may ayında həll olunmalı idi. Artıq yayın ortasıdır və insanlar indi həyəcan təbili çalırlar ki, nə edək?
Dövlət qurumları bu suala cavab verməli, insanların dənizə çıxışını təmin etməlidirlər”.
Millət Vəkili Vahid Əhmədov da problemlə bağlı fikirlərini bölüşüb:
“Məsələ ilə bağlı məsul şəxslər var və onlar bu problemlərə göz yumurlar. Nəyə görə? Vəsait və rüşvət aldıqları üçün. Bu səbəbdən proses illərdi davam edir. Bununla bağlı göstərişlər, tənqidlər, Milli Məclisin çıxışları olsa da, ortada həllini tapan heç bir məsələ yoxdur. Yenə də hasarlar çəkilir, dəniz kənarları tutulur. Bu məsələ ilə bağlı qərar tərtib olunub Bakı Şəhər İcra Hakimiyyətinə verilməlidir. Hazırda dəniz kənarlarının əksəriyyəti tutulub, tutulmayanlar da pulludur. Hər insanın imkanı yoxdur getsin orada istirahət etsin. Bu məsələ tezliklə həllini tapmalıdır”.
6-01-2021, 10:30
Xəzər dənizi quruyacaq? - ALİMLƏRDƏN PROQNOZ
9-09-2020, 10:28
Rumıniya XİN: Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun potensialı böyükdür
17-08-2020, 11:37
Türkiyə XİN: Ermənistanın Şərqi Aralıq dənizi ilə bağlı rəy verməsi hədsizlikdir
23-07-2020, 14:26
Sabahın hava proqnozu
6-07-2020, 14:27
Güclü istilər gözlənilir - PROQNOZ
18-01-2020, 13:08
Nazarbayev Xəzərlə Qara dənizi birləşdirmək istəyir
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü