Miniatür Kitab Muzeyində Elmira Əliyevanın kitabının təqdimatı olub VİDEO
Şou-biznes
Oxunub: 468
23 Ara 2018 | 16:07
Miniatür Kitab Muzeyində Elmira Əliyevanın kitabının təqdimatı olub VİDEOMiniatür Kitab Muzeyində Azərbaycanın Əməkdar jurnalisti, "Şöhrət" ordenli Elmira Əliyevanın kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin təsisçisi və yaradıcısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova mərasimdə çıxış edərək təqdimatı keçirilən nəşrin tanınmış jurnalistin dördüncü kitabı olduğunu bildirib. O deyib: "Biz Elmira Əliyeva ilə artıq uzun illərdir ki, əməkdaşlıq edirik. Elmira Əliyevanın məqalələrindən ibarət növbəti topluda Vətəninə şöhrət qazandıran Azərbaycan xalqının görkəmli nümayəndələri haqqında parlaq məqalələr təqdim edilib. O, həmin insanların hər biri haqqında çox maraqlı əhvalatlar danışa bilər".

İkicildlik topluda təqdim edilən məqalələrində jurnalist öz xatirələrini və düşüncələrini də bölüşüb.

Elmira xanımın yazılarının əsas qayəsini insan, onun gördüyü işlər, üzləşdiyi problemlər, iştirak etdiyi hadisələr, yaşadığı zaman təşkil edib.

Milli Məclisin deputatı, Azərbaycanın Xalq yazıçısı Elmira Axundova qeyd edib ki, Elmira xanımın kitablarını Azərbaycan mədəniyyətinin ensiklopediyası adlandırmaq olar.

Yazıçı Natiq Rəsulzadə, Əməkdar jurnalist Qalina Mikeladze, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Xalq artisti Xuraman Qasımova, rejissor Ziya Şıxlinski, Əməkdar mədəniyyət işçisi, professor Röya Tağıyeva və digərləri çıxışlarında Elmira Əliyevanın böyük istedadından, ölkənin müstəqillik illərində salnaməyə çevrilən məqalələri və kitablarından danışıblar.

Artıq yarım əsrdən çoxdur ki, o, mədəniyyətdən, elmdən, Azərbaycan ziyalılarından yazır. Onun məqalələrindən ibarət böyükhəcmli cildlərdə Azərbaycanın tarixi əks olunub. Elmira Əliyeva öz materiallarında mövzu ilə bağlı dərin biliklər nümayiş etdirib və son dərəcə dəqiq təhlillər aparıb. Məhz onun sayəsində məqalələrin qəhrəmanları daim yaddaşlarda qalacaq.

Birinci kitab "Şəxsiyyətlər" fəsli və Azərbaycan xalqının ümummilli lideri, böyük vətənpərvər və siyasi xadim Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş "Onun ən böyük irsi müstəqil Azərbaycandır" sərlövhəli məqalə ilə açılır. Müəllif Ulu Öndərin siyasi uzaqgörənliyi barədə təəssüratlarını dəfələrlə bölüşüb və onun quruculuq fəaliyyətində hər dəfə yeni nə isə kəşf edib: müasir Azərbaycanın çiçəklənməsinin əsasını qoymuş neft müqavilələri, ölkədə bərqərar edilmiş sabitlik, Ermənistanla müharibədə atəşkəs əldə edilməsi, Azərbaycan diplomatiyasının nailiyyətləri, ardıcıl həyata keçirilən iqtisadi islahatlar, mədəniyyətin inkişafı.

E.Əliyeva həmişə mətbuat nümayəndələri ilə ünsiyyət saxlamağa hazır olan Heydər Əliyevlə görüşləri barədə də xatirələrini bölüşüb.

Elə həmin bölmədə "Hər birimizin Prezidenti. İlham Əliyev: o, əsası böyük sələfi tərəfindən qoyulmuş yaxşı nə varsa, hamısını dərinləşdirib və inkişaf etdirib" sərlövhəli məqalə yer alıb. Müəllif məqalənin sərlövhəsinə aydınlıq gətirərək deyir ki, bununla o, Prezidentin çoxşaxəli fəaliyyətini, onun beynəlxalq miqyasda, iqtisadi, sosial və mədəniyyət sahələrində fəaliyyətini vurğulamaq istəyib. Axı, Azərbaycan vətəndaşı kimi hər birimizin taleyi onun fəaliyyətindən çox asılıdır.

"Nur və şəfqət bəxş edən" adlı oçerk Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, onun bütün dünyada təqdir edilən nəcib işlərinə, mədəniyyət, təhsil, səhiyyə məsələlərinə xüsusi diqqət yetirən Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunub.

"Yüksək insani keyfiyyətlər carçısı" sərlövhəli məqalə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın ad gününə həsr edilib. Müəllif Zərifə xanımın maraqlı hadisələrlə zəngin həyatından söz açır.

Səkkiz fəsildən ibarət bu kitablar mövzu və janr rəngarəngliyi ilə seçilir. "Şəxsiyyətlər", "Vətəni şöhrətləndirən azərbaycanlılar", "Maraq doğuran nəşrlər", "Miniatür kitablar və onların qəhrəmanları", "İncəsənət", "Dostlar, həmkarlar, həmfikirlər", "Özlərindən sonra xeyirxah iz qoyub getdilər", "Xatirələr...Düşüncələr" bölmələrində yer alan məqalələr istedadlı jurnalistin yaradıcılığı haqqında dolğun təsəvvür yaradır.

AZƏRTAC-ın müxbiri Ətrabə Rzayeva qeyd edib ki, Elmira xanım Əliyeva özünün jurnalist yaradıcılığının son 23 ili AZƏRTAC-la bağlıdır: “O, hansı vəzifəni tutmasından asılı olmayaraq, ömrünü sərf etdiyi yaradıcılıqdan heç vaxt, hətta təqaüdə çıxdıqdan sonra da ayırmayıb. Bizə də bu istedadlı söz ustası və gözəl müəllimlə yanaşı işləmək xoşbəxtliyi nəsib olub. Biz ondan çox şey öyrənmişik. Çətin jurnalist peşəsində arxanda müəlliminin olması, onun vaxtlı-vaxtında məsləhət verməsi, özünün nümunəsi ilə məsuliyyətli, diqqətli olmağa, müşahidəçiliyə və doğruluğa öyrətməsi çox mühümdür.

AZƏRTAC-ın kollektivi Elmira xanımı xatırlayır və sevir, ona uzun ömür və böyük yaradıcılıq uğurları arzu edirik”.

Sonda Elmira xanım tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
20-12-2018, 13:30
Azərbaycan dilində yüzlərlə audiokitabın ilk mobil tətbiqi təqdim edildi
19-12-2018, 14:54
Bu il Xalça Muzeyinin fəaliyyəti bir sıra nailiyyətlərlə yadda qalıb
4-12-2018, 14:27
“Azərbaycan Respublikası Xatirə Kitabı”nın xüsusi buraxılışının təqdimatı olub
1-12-2018, 13:13
“Qadına qarşı şiddətə son” şüarı ilə sosial aksiya keçirilib
25-11-2018, 12:51
Sloveniya yazıçısının Mehdi Hüseynzadəyə həsr etdiyi kitab Fərhad Abdullayevin tərcüməsində
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü