Pandemiyaya qarşı mübarizə tədbirləri Azərbaycanı nümunəvi ölkəyə çevirdi - Səttar Möhbalıyev
Sosial
Oxunub: 275
2 Haz 2021 | 11:29
Pandemiyaya qarşı mübarizə tədbirləri Azərbaycanı nümunəvi ölkəyə çevirdi - Səttar Möhbalıyev “Beynəlxalq səviyyədə müzakirə olunan elə bir məsələ yoxdur ki, ölkəmizin mövqeyi öyrənilməmiş olsun. Bu, bir yandan Azərbaycanın dünyada yerini və rolunu göstərməklə yanaşı, həmçinin Prezident İlham Əliyevin şəxsi nüfuzunun əlamətidir. Sahəsindən və mövzusundan asılı olmayaraq keçirilən istənilən beynəlxalq səviyyəli tədbirdə dövlət başçımızın rəyi nəzərə alınır və fikirlərinə hörmətlə yanaşılır. Möhtərəm Prezidentimizin Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında çıxış etməsi onun tövsiyələrinin dünya üçün əhəmiyyətindən xəbər verir”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Təbii ki, koronavirus insanlar arasında ayaq açdığı gündən bütün dövlətlər qabaqlayıcı tədbirlər görməyə başladı. Ölkəmiz də bu bəlanın qarşısını almaq üçün mübarizəyə atılan ilk dövlətlərdən biri oldu. Digər dövlətlərlə yanaşı, bu sahədə Azərbaycanın atacağı addımlar beynəlxalq qurumlar tərəfindən maraqla izlənilirdi. Qısa müddət ərzində dövlətimizin tətbiq etdiyi qabaqlayıcı tədbirlər dünya ölkələrinə nümunə olmağa başladı və beynəlxalq subyektlər tərəfindən təqdir edildi”, - Konfederasiya sədri bildirib.
“Dövlətimizin ən vacib məqsədlərindən birinin insanların sağlamlığı olduğunu deyən cənab Prezident xəstəliyin geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxma sürətini azaltmaq, vətəndaşların sağlamlığını qorumaq məqsədilə planlı və sistemli şəkildə tədbirlər görülməsi üçün göstəriş verdi və bu sahədə mühüm qərarlar qəbul edildi. Ölkəyə giriş-çıxış məhdudlaşdırıldı, bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırıldı, kütləvi tədbirlər, idman yarışlarını təxirə salındı. Həmçinin məhdudiyyətləri nəzərdə tutan karantin rejimi tətbiq olundu, xüsusi davranış qaydaları müəyyən edildi. Bundan başqa, ölkədə maska və dərman qıtlığı aradan qaldırıldı, laboratoriyaların sayı artırıldı, testlərin təchizatı təşkil olundu, modul tipli xəstəxanalar yaradıldı, xarici ölkələrdən tibbi personal dəvət edildi, səhiyyə xərcləri artırıldı. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən bütün bu tədbirlər dünya dövlətləri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildi və bir örnəyə çevrildi”, - S.Möhbalıyev xatırladıb.
Onun sözlərinə görə, pandemiyanın ölkənin iqtisadi həyatına mənfi təsirinin azaldılması cənab Prezidentin diqqət mərkəzində idi: “Bu məqsədlə Tədbirlər Planı hazırlandı və planın icrası məqsədilə büdcə vəsaitləri səfərbər edilərək maliyyə təminatı yaradıldı. Pandemiya zamanı dövlətin “Məşğulluq və sosial rifah”a dəstək tədbirləri ölkə əhalisinin 4 milyon 800 min nəfərini əhatə edib. 600 min işsiz, o cümlədən xüsusi karantin rejimi dövründə gəlirini itirmiş şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmənin verilməsi təmin edilib. Bütövlükdə pandemiyanın milli iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci ilin dövlət büdcəsi və digər mənbələr hesabına iqtisadiyyata toplam olaraq təxminən 2,5 milyard manat həcmində dəstək göstərilib. Nəzərdə keçirəndə görürük ki, Azərbaycan pandemiya şəratində görülə bilən bütün mümkün tədbirləri tətbiq edib”.
“Beynəlxalq aləmdə məsuliyyətli və etibarlı tərəfdaş kimi tanınan Azərbaycan pandemiya ilə beynəlxalq mübarizəyə dəstək üçün 30-dan artıq ölkəyə yardım göstərib. Həmçinin ÜST-yə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edilib. Bütün bunlar dünya dövlətləri arasında ölkəmizin humanist xarakterini ortaya qoyur”, - AHİK sədri əlavə edib.
“İnfeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaq, xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ən əsası, ölüm halının qarşısını almaq üçün ölkəmiz koronavirusa qarşı peyvəndləri alan ilk dövlətlərdən biri oldu və bu il yanvarın 18-dən ölkə əhalisinin vaksinasiyasına start verildi. Bununla da Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya başlayan ilk ölkə oldu və artıq 2 milyon doza peyvənd istifadə olunub. Bu da əhalinin 20 faizi deməkdir. Görünən odur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında vətəndaşlarımızın sağlamlığının qorunması üçün dövlətimiz bütün mümkün variantları uğurla tətbiq edərək dünya dövlətləri arasında nümunəvi ölkəyə çevrilib”, - AHİK sədri fikrini tamamlayıb.
2-06-2021, 10:57
Pandemiya ilə mübarizədə Azərbaycanın uğurlu modeli
8-04-2021, 10:33
Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə tədbirləri və prinsipial mövqeyi beynəlxalq səviyyədə təqdir olunur
4-12-2020, 10:16
BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - VİDEO
5-09-2020, 11:53
BMT İlham Əliyevin qlobal təşəbbüslərini təqdir edir
5-05-2020, 12:59
Sahibə Qafarova: Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır
11-04-2020, 13:01
"Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib" - Prezident
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü