Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı yeni layihəyə başlanılıb
Qida sistemləri hərkəs üçün kifayət edəcək qədər təhlükəsiz qida istehsal etməlidir. Bunu nəzərə alaraq BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, beş ölkədə: Azərbaycan, Qırğızıstan, Moldova Respublikası, Tacikistan və Türkiyədə qida təhlükəsizliyinə nəzarət dəstəyini gücləndirmək üçün üç illik layihəyə başlayıb.Regional və milli komponentləri əhatə edən layihə, FAO Azərbaycan və Türkiyə nümayəndələrinin iştirakı ilə 16 mart tarixində baş tutan açılış tədbiri ilə öz işinə başlayıb.
“Milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi” adlı layihə FAO-Türkiyə Ərzaq və Kənd Təsərrüfatı Tərəfdaşlıq Proqramı (FTPP II) dəstəyi ilə Türkiyə Hökuməti tərəfindən maliyyələşdirilir. Layihə qida təhlükəsizliyinə nəzarəti, yuxarıda sadalanan ölkələrdəki mövcud risklərə qarşı mübarizəni gücləndirməyi və prioritet olaraq qida təhlükəsizliyinə dair bütün məsələləri həll etmək üçün dövlət və özəl sektor nümayəndələri üçün əlverişli bir mühiti təmin etməyi hədəfləyir. Eyni zamanda layihəyə daxil olan ölkələrdə daha əhatəli və səmərəli qida təhlükəsizliyi sistemlərinin yaradılmasını dəstəkləyərək, dəlillərə əsaslanan qida təhlükəsizliyi nəzarətinin həyata keçirilməsinə üstünlük verəcək və aqro ərzaq ticarətinə və bazarın inteqrasiyasına dəstək göstərəcəkdir. Layihə üç il davam edəcək (1 yanvar 2021 - 31 dekabr 2023).
Layihə çərçivəsində, təsərrüfat sahəsindən süfrələrə qədər effektiv qida nəzarəti sisteminin, qida tədarükü zəncirinin bütün mərhələləri və iştirakçılarını müxtəlif faydalarla təmin edilməsi planlaşdırılır. Təhlükəli qidanın riskləri və onun sosial xərclərini tam anlayanAzərbaycan Hökuməti, istehlakçıları qorumaq və ədalətli ticarəti təmin etmək, qanunları, qida nəzarəti sistemlərini inkişaf etdirmək və tətbiq etmək məqsədi ilə 2018-ci ildə Qida Təhlükəsizliyi Agentliyini (AQTA) təsis etmişdir.
Tədbir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Mələk Çakmak, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Qida və Qida Nəzarəti üzrə Baş direktorunun müavini Yunus Bayram və AQTA sədrinin müavini Zəkiyyə Mustafayevanın açılış nitqləri ilə başladı.
Mələk Çakmak, bir neçə ölkənin iştirak etdiyi və faydalandığı bu layihənin ölkələr üçün təcrübə mübadiləsi və qarşılıqlı imkanlardan faydalanması üçün əla bir fürsət yaradacağını qeyd etdi. Zəkiyyə Mustafayeva, layihədən əldə olunacaq nəticələrin Azərbaycanda qida təchizatı ticarətinə, Azərbaycan və AQTA üçün dəstəkləyici və faydalı olacağını bildirdi. Yunus Bayram bu layihənin milli qida təhlükəsizliyi təşkilatlarının risk əsaslı yoxlamalar zamanı potensialın artırılmasına töhfə verəcəyini və riskləri effektiv idarəetmə strukturlarının inkişafında mühim rol oynayacağını vurğuladı.
Açılış nitqlərindən sonra layihənin aparıcı texniki nümayəndəsi Mary Kenny iştirakçılara layihənin əsas məqsədlərini izah etdi. Layihənin, AQTA-nın davamlı səyləri və FAO ilə uzunmüddətli əməkdaşlığı üzərində qurulduğunu vurğulandı. Planlaşdırılan fəaliyyətlərə dair bir sıra texniki təqdimatlar, daha sonra layihənin gələcək planlarına dair məlumatlar təqdim olundu.
Layihə çərçivəsində baş tutan tədbir iştirakçılara qida təhlükəsizliyi sistemləri sahəsində bilik və təcrübə mübadiləsi imkanı yaradaraq Azərbaycanın bu sahədəki institusional tənzimləmələrinin gücləndirilməsində müsbət bir addım oldu.
11-03-2021, 17:43
Qida məhsulları sahəsində fəaliyyət göstərən işçilər icbari tibbi müayinədən keçəcək
1-03-2021, 10:22
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
22-02-2021, 10:30
Heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılmasına başlanılıb
29-06-2020, 17:16
Qida Təhlükəsizliyi Agentliyi reyd keçirib
24-01-2019, 12:54
AQTA Türkiyəyə soğan ixrac edən sahibkarlara müraciət edib
9-12-2018, 13:59
Quş qripi ilə bağlı növbəti monitorinqlərin nəticələri açıqlandı
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü