Deputat Nəsib Məhəməliyev Qabaqçöl Qəsəbəsində sakinlərlə görüş və qəbul keçirmişdir
Balakən rayonundan olan millət vəkili Nəsib Məhəməliyev avarların kompakt yaşadığı Qabaqçöl Qəsəbəsində yerli sakinlərlə görüş keçirmişdir. Deputatın vətəndaşlarla görüşündə Balakən rayon İcra Hakimiyyəti başçısının Qabaqçöl Qəsəbəsi üzrə İcra nümayəndəsi Cuma Xəlilov və Qabaqçöl Bələdiyyəsinin sədri Elman Süleymananov iştirak etmişdir.Görüşü giriş sözü ilə açan millət vəkili Nəsib Məhəməliyev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son dövrlər ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticəsində ölkədə hər sahədə yüksək inkişafın müşahidə olunduğunu bildirmişdir. Cənab prezidentin Balakənə son səfərini qeyd edən millət vəkili dövlət başçısının Balakənə hər zaman xüsusi diqqət göstərdiyini, balakənliləri narahat edən problemlərin qısa müddətdə cənab prezidentin diqqət və qayğısı nəticəsində həll olunduğunu bildirmişdir.
Ölkəmizin Birinci Vitse - Prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirildiyi geniş lahiyələr barədə söz açan deputat Balakəndə önəmli lahiyələrin icra olunduğunu bildirmişdir.
Son zamanlarda qəsəbədə xarici qüvvələrin təxribatı ilə baş verən xoşagəlməz hadisələr barədə söz açan millət vəkili Nəsib Məhəməliyev avar xalqının keçmişdə olduğu kimi bu gündə dövlətin yanında duraraq təxribatçılara layiqli cavab verdiyini bildirmişdir.
Çıxış edən qəsəbə sakini Fatma Nooyeva bu kimi hadisələrin yerli sakinləri narahat etdiyini, avar xalqının özünü Azərbaycanın bir parçası hesab etdiyini, hər zaman dövlət tərəfindən lazımi qayğı gördüklərini, bu iğtişaşları törədən şəxslərin aşkar olunaraq tezliklə cəzalandırılmasını istədiklərini bildirdi. Daha sonra çıxış edən qəsəbə sakini İsmayıl Çöpsiyev qəsəbədə yeni xəstəxana binasının və idman zalının inşaasını dövlətdən xaiş etmişdir.
Sakinlər hemçinin uşaq bağçasında uşaqların vaxtını səmərəli keçirmək üçün günlüyə ehtiyyac olduğunu deputatın diqqətinə çatdırdılar. Qəsəbə sakini Maqsud Bazarov çıxış edərək pandemiya dövründə və müqəddəs bayramlar zamanı qəsəbədəki imkansız insanlara dəstək olduğuna görə deputata təşəkkür etdi. Qəsəbə İcra nümayəndəsi Cuma Xəlilov da qəsəbə sakinləri adından qəsəbə sakinlərinə hər zaman dəstək olduğuna, qəsəbənin həlli vacib problemlərini daim dövlət qarşısında qaldırdığı üçün millət vəkili Nəsib Məhəməliyevə təşəkkür etdi.
Qabaqçöl Qəsəbə məktəbinin direktoru cənab millət vəkilini hər zaman olduğu kimi bu ilki tədris ili zamanı imkansız və aztəminatlı ailələrə məxsusi olan məktəblilərin məktəbli forması ilə təzhizinə dəstək olduğu üçün məktəb kollektivi və valideyinləri adından təşəkkür etdi.
Daha sonra görüş fərdi qəbullarda davam etdi. Bəzi məsələlər barədə deputat tərəfindən vətəndaşlara hüquqi izah və məsləhətlər verildi, həlli vacib bəzi məsələlər yerindəcə həll olundu, sakinləri narahat edən digər məsələlər isə müvafiq dövlət orqanlarına çatdırılması üçün deputatın köməkçisi tərəfindən qeydə alındı.

18-09-2020, 09:42
Deputat Nəsib Məhəməliyev Azərbaycan gəncliyinin savadlı yetişməsini bütün gücü ilə dəstəkləyir
30-06-2020, 12:27
Millət vəkili və İcra Hakimiyyətinin başçısı vətəndaşları onlayn qəbul etdi
27-06-2020, 21:38
Milli Məclisin Spikeri Sahibə Qafarova millət vəkili seçildiyi dairənin seçiciləri ilə videokonfrans formatında qəbul keçirib
19-06-2020, 23:46
Millət vəkili Qənirə Paşayeva cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi
17-06-2020, 12:40
Deputat Nəsib Məhəməliyev: - Səhiyyə işçilərinin gərgin əməyi xalqımız tərəfindən xüsusi olaraq dəyərləndirilir
28-04-2020, 19:29
Xalq gördü: “Ən çətin dövrdə belə dövlət vətəndaşın yanında oldu”
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü