İqbal MƏMMƏDOV, Milli Məclisin deputatı: - Azərbaycanın uğurlu sosial siyasəti var
Siyasət
Oxunub: 326
16 Tem 2021 | 09:51
İqbal MƏMMƏDOV,  Milli Məclisin deputatı: - Azərbaycanın uğurlu sosial siyasəti var Ötən il Azərbaycan Ordusu tarixi zəfərə imza atdı, Qarabağ torpağı işğal­çılardan təmizləndi, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə ter­ror aktları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı, Ermənistana layiq olduğu yer göstərildi. Bu parlaq qələbəni xalqımıza yaşadan isə Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, qətiyyəti, siyasi iradəsi oldu.
Döyüşlər başa çatandan sonra dövlətimizin başçısının tapşırığına uyğun olaraq Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərin sosial dəstəklə, yaralanmış hərbçilərin tibbi-sosial reabilitasiya xidmətləri, müasir protezlərlə təmin olunması qarşıya mühüm vəzifə kimi qoyuldu.
Ötən müddətdə bu istiqamətdə çox mü­hüm tədbirlər həyata keçirilib. Şəhid ailələri və müharibə əlillərinin avtomobillə təmin olunmasına xüsusi diqqət yetirilib. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. İyulun 14-də isə Prezident İlham Əliyevin işti­rak etdiyi şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunma­sı mərasimində isə daha 50 müharibə əlili və onlara bərabər tutulan şəxsin istifadəsinə avtomobil verilib. Yeri gəlmişkən, 2019-cu ildə əlilliyi olan 600, keçən il 400 şəxs avtomobillə təmin olunub. Bu ilin ötən ayların­da isə ümumilikdə, 150 avtomobilin verilməsi nəzərdə tutulub.
Şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması da daim diqqət mərkəzində saxlanılır. İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində bu kateqoriyadan olan şəxslərə mənzillərin verilməsi də bu qayğının bariz ifadəsidir.
Göründüyü kimi, şəhid ailələri və müharibə əlillərinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qu­rumları bu kateqoriyadan olan insanların problemləri ilə daim yaxından maraqlanır, on­ların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.
İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyəti qurum­lar tərəfindən qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşı­lıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ov­qatla qarşılanır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, məhəbbətini gündən-günə artırır.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxış edərək, bu barədə ətraflı danışıb. Dövlətimizin baş­çısı daha sonra şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış komp­leksinin inşa edilməsinin təsadüfi xarakter daşımadığını, bunun ölkəmizdə şəhid ailələri və müharibə əlillərinə dövlət siyasətində prioritet istiqamət kimi yanaşılmasının məntiqi nəticəsi olduğunu xatırladıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin bu il yanvarın 25-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı da həmin ka­teqoriyadan olan əhali qruplarına dövlət baş­çısının xüsusi qayğısının növbəti təzahürü kimi mühüm önəm daşıyır.
Xatırladım ki, adı çəkilən sənəddə 2020-ci ildə ordumuzun həyata keçir­diyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əliliyi müəyyənləşdirilən şəxslərin də mənzil və ya fərdi evlə təminatı nəzərdə tutulub.
Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respubli­kasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanıl­ması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər də artıq öz təsirli nəticələrini verməkdədir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirləri nəzərəçarpacaq dərəcədə gücləndirilib, o cümlədən onlara yönələn sosial ödənişlər dəfələrlə artırılıb. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir.
Göründüyü kimi, Prezident İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti, vaxtında görülmüş qabaqlayıcı tədbirləri dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaradır. Bu da bir daha təsdiq edir ki, Azərbaycanın uğurlu sosial siyasəti var, cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul edən dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasətdə isə vətəndaşların mənafeyi öndə gəlir.
11-01-2021, 10:22
2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib
16-12-2020, 11:29
Lənkəranda şəhid və qazi ailələri üçün təsərrüfatlar yaradılıb
10-09-2020, 14:47
16 şəhid ailəsi və Qarabağ əlili evlə təmin olunub
25-06-2020, 11:36
Bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsi pulsuz simsiz rabitə ilə təmin olunub
30-05-2020, 11:02
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
24-12-2018, 13:38
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsinə görə şəhid anaları adından Prezidentə təşəkkür edirəm
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü