Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb
Siyasət
Oxunub: 374
30 Haz 2021 | 10:44
Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb İyunun 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri ViktorOrbanla görüşüb.
Milli Məclisin Sədrini salamlayan Baş nazir Macarıstana rəsmi səfər gəldiyi üçün Spiker Sahibə Qafarovaya və Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib. O, deyib ki, Azərbaycandan gələn nümayəndə heyətləri hər zaman Macarıstan xalqı və dövləti üçün xüsusi qonaqlardır. Baş nazir qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu vurğulayıb və əmin olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir. Iki ölkənin qanunverici orqanları arasında münasibətlərin də inkişaf etdiyini bildirən ViktorOrban dostluq qruplarının fəaliyyətini təqdir edib. Baş nazir bildirib ki, Macarıstan dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
Macarıstanla Azərbaycan arasında enerji sahəsində də geniş əməkdaşlıqdan danışan ViktorOrban qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında bizim üçün əvəzedilməz rol oynayır.
Səmimi qəbul üçün təşəkkürünü ifadə edən Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını Baş nazirə çatdırıb. Spiker Milli Məclisin Sədri kimi Macarıstana ilk rəsmi səfərindən məmnunluğunu ifadə edib. İki xalqın ortaq tarixi köklərə malik olduğunu bildirən Spiker qeyd edib ki, çoxsaylı dəyərlərimiz arasında oxşarlıqlar mövcuddur. Bu mənada ailə dəyərlərimizi xüsusi qeyd edə bilərik. Sədr bildirib ki, Azərbaycan onun müstəqilliyini ilk tanıyan ölkələrdən biri olan Macarıstanla hərtərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Dövlət müstəqilliyimizin bərpasından sonra iki ölkə arasında siyasi əlaqələr yeni səviyyəyə yüksəlib. Şübhəsiz ki, münasibətlərimizin bu səviyyəyə çatmasında Prezident İlham Əliyevlə sizin aranızdakı şəxsi münasibətlər də böyük rol oynayıb.
Sahibə Qafarova deyib ki, ölkələrimiz arasında əməkdaşlığa dair imzalanmış hüquqi sənədlər mühüm əhəmiyyət daşıyır. Son dövrlərdə Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinə dair göstəriciləri diqqətə çatdıran spiker S.Qafarova vurğulayıb ki, ticarət dövriyyəsini artırmaq üçün real potensial daha böyükdür. Sədr qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın böyük bir iqtisadi mərkəzidir. Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır və Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır. Bu yaxınlarda həyata keçirilmiş Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələri bu baxımdan böyük əhəmiyyət daşıyır. Ölkələrimiz arasında yüksək səviyyəli humanitar əlaqələrin mövcudluğundan danışan Spiker Heydər Əliyev Fondunun dəstəyi ilə Macarıstanda həyata keçirilmiş layihələrdən danışıb. Bu sahədəki xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Macarıstanın Ali mükafatı ilə təltif olunmasını xüsusi qeyd edib.
İki ölkə arasındakı parlamentlərarası əlaqələrə toxunan Sahibə Qafarova diqqətə çatdırıb ki, həm Azərbaycan, həm də Macarıstan parlamentlərində qarşılıqlı parlament dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımız beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edirlər. Milli Məclisin Sədri qarşıdakı dövrlərdə də tərəflərin bu fəaliyyətə sadiq qalacağaına əminliyini ifadə edib. Sədr qeyd edib ki, Macarıstanın həm hökumət, həm də parlament səviyyəsində Türk dünyası ilə iş birliyinin artmasını təşviq etməsi və Macarıstan parlamentinin Türkdilli Ölkələrin Parlament Assambleyasında - TÜRKPA-da müşahidəçi statusuna sahib olması çox sevindiricidir.
Milli Məclisin Sədri Baş nazir ViktorOrbanın diqqətinə çatdırıb ki, 2020-ci ildə tarixin sınağından qalib çıxan Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq torpaqlarını Ermənistanın işğalından azad edib. Spiker 44 günlük Vətən müharibəsi dövründə ədalətli mövqe nümayiş etdirdiyinə görə Macarıstan xalqına və dövlətinə özünün və Milli Məclisin adından minnətdarlığını bildirib. Spiker bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Qarabağda bərpa və quruculuq işləri başlayıb. Lakin Ermənistan bu işə mane olur, minalanmış ərazilərin tam xəritəsini vermir, təxribatlar törədərək sərhədlərin delimitasiyasına və demarkasiyasına əngəl törədir, işğaldan azad olunmuş ərazilərimizə terroristlərin keçməsinə şərait yaradır. Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsinə görə hərbi və mülki şəxslər, jurnalistlər həlak olur və ya zərər çəkir.
Sahibə Qafarova ərazilərin minalardan təminlənməsi işində ANAMA-nın fəaliyyətinə Macarıstan tərəfindən verilən dəstəyə görə minnətdarlıq edib və bunu Macarıstanın dost münasibəti kimi dəyərləndirib.
Baş nazir ViktorOrban Onun da salamlarını Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdırmağı xahiş edib. Sonra görüşdə iki ölkə arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb
2-06-2021, 16:41
Milli Məclisin Sədri Sahibə Qafarova İƏT PA-nın iclası çərçivəsində TBMM Sədri Mustafa Şentopla görüşüb
2-06-2021, 11:04
Milli Məclisin Sədri Sahibə Qafarova İƏT PA çərçivəsində Özbəkistan parlamentinin Spikeri ilə görüşüb
16-04-2021, 10:43
Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələri müzakirə olunub
19-03-2021, 13:42
Milli Məclisin Sədri Sahibə Qafarova Belarus Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb
10-03-2021, 11:33
Milli Məclisin Sədri Sahibə Qafarova TBMM-nin nümayəndə heyəti ilə görüşüb
8-11-2020, 11:18
Milli Məclisin Sədri Sahibə Qafarova Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə görüşüb
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü