Tarixi həqiqəti təhrif edib siyasi manipulyasiya xidmət edən “soyqırımı” - Deputat
İqbal MəmmədovMilli Məclisin deputatı
Dünya tarixinə utanc gətirən ABŞ prezidenti Cozef Baydenin tarixdə olmayan, uydurulmuş “erməni soyqırımı” söyləməklə tarixi həqiqətləri dabnmaqla yanaşı, amerikalıların fəxrlə danışdığı ədalət və demokratik dəyərlər prinsipini dəfn etmiş oldu. Tarixi həqiqəti ifadə etməyən belə bir ifadənin işlədilməsi bir daha uydurma erməni soyqırım məsələnin siyasi manipulyasiya xarakteri daşıdığını ortaya qoydu. Əgər Bayden doğrudan da tarixi həqiqətin üzə çıxmasını istəyirsə, ən azından hələ ötən əsrin əvvəlində ABŞ prezidenti Vilsonun bu məsələ ilə bağlı yaratdığı missiya və onun nəticələrinə diqqət yetirərdi.
ABŞ-ın bu məsələdə sərgilədiyi mövqeyin tarixinə nəzər salsaq, o zaman bunun kökünün 1918-ci ilə gedib çıxdığını görərik. Belə ki, Birinci Dünya müharibəsindən sonra 1920-ci ildə ABŞ prezidenti Vilson erməni “soyqırım”ı ilə bağlı siyasi qərar vermək istəyir, ancaq əlində əsas olmur. Amerika prezidenti Vilson Türkiyəni dünya ictimaiyyətinin nəzərindən salmaq və ermənilərin çirkin istəyini reallaşdırıb özlərinin siyasi qərarlarını gerçəkləşdirmək üçün general Harbordun rəhbərliyi altında bir missiya təşkil edərək Anadoluya göndərilir. General Harbordun rəhbərliyi altında fəaliyyətə başlayan missiya Harbord missiyası kimi tarixə daxil olub. İstədikləri nəticəni əldə edə bilmək üçün qəbirdən ölən insanları çıxararaq yoxlayırlar. Amma missiya üzvləri onlara verilən tapşırığa uyğun nəticə ilə qarşılaşa bilmirlər. Məlum olur ki, ölənlər ermənilər deyil, əksinə, ermənilərin öldürdükləri Türklərdir. Ona görə də Harbord missiyasının verdiyi qərar heç bir sübut olmadığı üçün tarixin arxivinə atılır.
ABŞ arxivi araşdırılarsa və o zaman Harbord misisiyasının sənədləri, həmçinin Birləşmiş Ştatların o zaman İstanbuldakı nümayəndəsi olmuş Mark Lambert Bristolun sənədlərinə üzə çıxarsa, o zaman Türkiyə bəraət alar və bundan siyasi qərar kimi istifadə edənlər ifşa olunar.
Bəli, tarix sübut edir ki, 1915-ci ildə soyqırım hadisəsi baş verib. Amma bu soyqırım ermənilərə qarşı deyil, Türklərə qarşı törədilib. Bax, bu səbəbdən də həmin sənəd təəssüflər olsun ki, məxfi sənədlər kimi gizlədilir. Odur ki, Baydenin tarixi təhrif edərək belə bir ifadə işlətməsi ancaq siyasi məqsədlərə xidmət edir. Onun hətta öz sələflərinin məsələ ilə bağlı araşdırmasına diqqət yetirməməsi və görməməzlikdən gəlməsi, burada tamam başqa niyyətlərin olduğunu göstərir.
Hələ ötən əsrin 20-ci illərində İtaliyanın baş naziri Francesko Nikkonun Türkiyə ilə bağlı belə bir ifadə işlədərək deyib ki, Avropa ölkələri nə zaman Türkiyədən nəsə qoparmaq və yaxud nəyisə vermək istəməyəndə, təzyiq metodu kimi uydurma erməni soyqırımı yada düşür. Bu eyni ilə Amerikaya da aiddir. Bax, bu gün də həmin düşüncə tərzi ABŞ-da hökm sürməkdədir. Əsas məsələ də ondan ibarətdir ki, Türkiyə ABŞ-ın NATO-da müttəfiqi olsa da müstəqil siyasət yürüdür, dünyada baş verən proseslərə öz müstəqil baxışı var. Dünyanın hansı bölgəsində olmasından asılı olmayaraq proseslərə Qərb dünyasından və dünyanın digər aparıcı ölkələrindən fərqli olaraq hər zaman ədalətli mövqe sərgiləyir. Bu özünün son illərdə Yaxın Şərqdə, Qarabağ məsələsində özünu açıq formada biruzə verdi. Məhz Türkiyənin ədalətli mövqe sərgiləməsi və beynəlxalq hüququn icra olunmasına dəstək verməsi nəticəsində 30 ilə yaxın davam edən Qarabağ münaqişəsi həll olundu. Azərbaycanın ərazi bütövlüyü təmin edildi.
Təbii ki, Türkiyənin belə bir mövqe sərgiləməsi isə başda ABŞ olmaqla Qərb dünyasını və dünyanın digər aparıcı ölkələrini ciddi narahat etməkdədir. Odur ki, hər vasitə ilə Türkiyəyə təzyiq edib, onu geri otuzdurmağa çalışırlar. Amma artıq Türkiyə 20 il bundan öncənin Türkiyəsi deyil. Ötən müddət ərzində dünya ölkələrinin istəyindən asılı olmayaraq bir gücə çevrilib və dünya onunla hesablaşmaq zorundadır. Artıq türkiyə ilə təzyiq dilində danışmaq gecdir və bu nəticə verməyəcək.
Azərbaycan da hər zaman Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq. Kimsə Türk millətinin etmədiyini ona qəbul etdirə bilməz. Cənab Prezidentin söylədiyi kimi, Türkiyəyə qarşı edilən hər hansı hərəkət Azərbaycana, Azərbaycana qarşı edilən Türkiyəyə qarşıdır.
27-04-2021, 13:17
“Ermənilərin “Türkiyə ilə sərhəd açılacaq” xəyalı suya düşdü” - Vitse-spikerlə MÜSAHİBƏ
25-04-2021, 11:13
Milli Məclisin Sədri Sahibə Qafarovanın TBMM Sədri ilə telefon danışığı olub
31-03-2021, 16:56
31 mart soyqırımı - Azərbaycanlıların qanlı tarixi
31-03-2021, 10:18
Əbədi torpaqlarımız düşmən işğalından azad olunmaqla, soyqırım qubanlarının da ruhu şad oldu - Tamam Cəfərova
31-03-2021, 17:00
31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür
26-02-2021, 12:33
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü