Tarixi ədalətin bərpası nəticəsində azadlığına qovuşan Qarabağda yeni həyat başlayır - Pərvin Kərimzadə
Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsini zəfərlə bitirdikdən dərhal sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərimizə səfərlər etməsi artıq ənənə halını alıb.Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.
Millət vəkili qeyd edib ki, ölkə başçısının bu səfərləri erməni vandallarının illərdir daşı-daş üstə qoymadıqları torpaqlarımıza yenidən həyat qaytarılacağını, dağıdılmış şəhər, rayon, qəsəbə və kəndlərin abadlaşacağından xəbər verir. Qarşıdakı yaxın zamanda tarixi ədalətin bərpa edilməsi nəticəsində əsl sahibinə qaytarılan Qarabağda aparılacaq quruculuq işləri sayəsində bölgənin həyatında keyfiyyətcə yeni mərhələ başlayacaq, Prezident İlham Əliyevin vurğuladığı kimi “Böyük Qayıdış” keyfiyyətcə yeni bir həyata qayıdış olacaq.
Martın 15-də dövlət başçısı İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə düşmən tapdağından azad edilən Füzuli və Xocavənd rayonlarına səfəri əvvəlk səfərlər kimi ölkə ictimaiyyəti arasında böyük coşqu, fəxr və qürur hissi ilə qarşılanıb.
Kənd və şəhərlərimizin 30 il davam edən işğal dövründə dağıdılması, erməni vandallığının qurbanı olması, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilməsi təkcə bir xalqa qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Bu dağıntılar Birinci Qarabağ müharibəsi dövründə baş verməyib, ermənilər illər ərzində məqsədli şəkildə tarixi irsimizi silməyə çalışıblar. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı mədəni, tarixi, dini irsimizi dağıdıb, məhv etmək istəyən düşmənin vandal siyasətinin mahiyyətini dünyaya nümayiş etdirir, qətiyyətlə mövqeyini bildirir.
2016-cı ilin Aprel qələbəsindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə başlayan “Böyük Qayıdış” proqramı artıq növbəti mərhələsini həyata keçirir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlar isə yolların çəkilməsi oldu. Çünki yol inkişaf deməkdir, yollar olmadan heç bir ərazinin yüksəlişini, sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil.
Ölkə başçısının Qarabağa səfəri zamanı Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməlinin qoyulması bir daha göstərir ki, qarşımızda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Təməlini Füzuli-Şuşa yolundan götürən Füzuli-Hadrut avtomobil yolu müasir standartlara uyğun 4 hərəkət zolağı, avtomobil körpüləri ilə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşəcək. Eyni zamanda Bərdə-Ağdam yolunun çəkilişi tezliklə icra ediləcək. Horadizdən Zəngilana yol çəkiləcək. Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını, Vətən müharibəsi zamanında göstərilən milli birliyin növbəti mərhələyə - abadlıq və quruculuq mərhələsinə qədəm qoymasından xəbər verir.
“Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.
Yanvarın 14-də Füzuli rayonunda beynəlxalq hava limanının təməlqoyma mərasimində ölkə Prezidentinin bəyan etdiyi bu sözlər artıq reallığa çevrilir. Vətən müharibəsindən, Azərbaycanın haqq savaşından dörd ay keçməsinə baxmayaraq, 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızda böyük quruculuq işləri başlanılıb.
Artıq, Prezident İlham Əliyevin siyasi iradəsi, Ordumuzun gücü, milli birliyimiz ilə azadlığına qovuşan bölgələrimizə doğru uzanan yollar, infrastruktur yenidən qurulur, illərdir əsl sahibinə həsrət qalan torpaqlartımızda şəhər, kənd və qəsəbələrimizdə həyat yenidən canlanır.
17-03-2021, 10:26
Prezident İlham Əliyev: Vaqifin məqbərəsində işlərə start verilib, tarixi bərpa edirik
26-02-2021, 12:33
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
2-11-2020, 14:47
Prezident: Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək
29-06-2020, 17:28
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olublar
10-05-2020, 12:12
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
15-12-2018, 14:36
İlham Əliyev Tahir Salahovun yubileyinə həsr edilən sərgi ilə tanış olub
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü