Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Fevralın 26-da Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Vətən müharibəsindən sonra regionda yaranmış reallıqlara, Prezident İlham Əliyevin Azərbaycan xalqının və dövlətinin gələcəyinə dair aydın strateji planlarına baxış oldu.Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımı gününə təsadüf edən mətbuat konfransı Ermənistan hakimiyyətinin Azərbaycana qarşı təcavüzkar siyasətinin dünyaya çatdırılmasına daha bir imkan yaratdı. Ölkə Başçımızın 4 saat ərzində 50 suala dəqiq, faktlara əsaslanan cavabları Azərbaycanın mövqeyini, Cənubi Qafqazda əbədi sülhün, əmin-amanlığın bərqərar olmasının tərəfində olduğunu nümayiş etdirdi.
Beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizə aparan Azərbaycan dövlətinin yeganə məqsədi tarixi ədalətin bərpa edilməsi, müharibə və onun gətirdiyi faciələrə birdəfəlik son qoymaqdır. Davamlı sülhə nail olmaq hər zaman prioritet vəzifə kimi Azərbaycan dövlətçiliyində öndə gəlib.
İkinci Vətən müharibəsində qazanılan zəfərin tarixi əhəmiyyəti də məhz regionda davamlı sülhün bərqərar edilməsindədir. Mətbuat konfransında Prezident İlham Əliyev qeyd edib ki, biz davamlı sülhə nail olmaq istəyirik. Bu düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur.
Sözsüz ki, davamlı, dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, əməkdaşlıq regionun inkişafını təmin edən əsas amillərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti regionda sülhün qorunub saxlanması üçün əlindən gələni edir. Ölkə Prezidenti beynəlxalq mətbuatın nümayəndələrinə açıq şəkildə Azərbaycanın məqsədinin üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaq olduğunu vurğulayıb. Bu əməkdaşlıq, atılan addımlar öz növbəsində bölgədə davamlı sülhün təmin edilməsinə xidmət edir.
3-03-2021, 15:31
Fuad Heydər: Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
2-03-2021, 11:09
Prezidentin mətbuat konfransı informasiya müharibəsində Azərbaycanın daha bir uğurudur
2-03-2021, 10:25
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsidir - Deputat
26-02-2021, 12:13
Prezident İlham Əliyev: Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq
14-01-2021, 11:24
Moskvada imzalanmış üçtərəfli bəyanat regionda sülhün təmin edilməsinə xidmət edir - Deputat
4-12-2020, 10:16
BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - VİDEO
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir