Azərbaycan-Bosniya və Herseqovina parlament dostluq qrupunun bu ölkənin parlament nümayəndələri ilə görüşü olub
Siyasət
Oxunub: 328
25 Şub 2021 | 12:48
Azərbaycan-Bosniya və Herseqovina parlament dostluq qrupunun bu ölkənin parlament nümayəndələri ilə görüşü olub Fevralın 24-də Milli Məclisin Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərininBosniyavəHerseqovinanınbir qrup parlament nümayəndəsi, ictimai-siyasi xadimləri iləXocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayngörüşükeçirilib.
Mill iMəclisin Azərbaycan-Bosniyavə Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbər iMəzahirƏfəndiyevgörüş iştirakçılarını salamlayaraq Xocalı soyqırımı barədə geniş məlumat verib. Deputat müstəqilliyinin ilk illərindən Azərbaycanı işğala məruz qoyan Ermənistanın 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyisoyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayət kimi xarakterizə edib.
Məzahir Əfəndiyev bildirib ki, Xocalıhəqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymətin verilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.
Qeyd edilib ki, Prezidentİlham Əliyevin həyata keçirdiyi əhatəli siyasi-diplomatik fəaliyyət nəticəsində artıq dünyanın beynəlxalq təşkilatları, bir sıra ölkələrin parlamentləribu faciənin soyqırımı olduğunu təsdiqləyən rəsmi sənədlər qəbul ediblər.
Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, xüsusən Heydər Əliyev Fondununvitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" adlı beynəlxalq kampaniya çərçivəsində mühümnəticələr əldə olunub.
Qeyd olunub ki, Bosniya və Herseqovinanın Serebrenitsa vəAzərbaycanın Xocalı şəhərlərində törədilmişsoyqırım qurbanlarının xatirəsinə Sarayevo şəhərində abidə kompleksi ucaldılıb. Həmçinin Bosniya və Herseqovina parlamenti tərəfindən “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair qəbul edilmiş qətnamə beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə töhfə olmaqla yanaşı, Azərbaycan xalqına, dövlətinə dərin hörmətin təzahürüdür.
Məzahir Əfəndiyev görüşdə iştirak edən və Bosniya və Herseqovina parlamentinin 2010-2014-cü illərdə üzvü olmuş siyasi xadim Mehmed Bradariçə 2013-cü ildə bu ölkənin parlamenti tərəfindən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verən qətnamənin qəbuluna verdiyi dəstəyə görə təşəkkür edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Bosniya və Herseqovina ilə parlament dostluq qrupunun üzvü Cavid Osmanov Xocalı soyqırımının Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətlər işərisində ən qəddar soyqırımıolduğunu bildirib.Deputat ermənilərin işğal etdikləri ərazilərdə nəinki insanlara, hətta kənd və şəhərlərə, tarixi-mədəni abidələrə qarşı da eyni vəhşiliklər törətdiyinə diqqət çəkib. Bildirib ki,artıq Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində işğalçıların layiqli cəzasını verib.
Görüşdə söhbət zamanı Mehmed Bradariç Bosniya və Herseqovina parlamentinin qəbul etdiyi məlum qətnamədən danışaraq bu kimi hadisələrin təkrar olunmaması üçün parlamentlərin öz səylərini birləşdirmələrinin vacibliyinə toxunub, parlament diplomatiyasının əhəmiyyətini qeyd edib.
Tədbirdə çıxış edən Bosniya və Herseqovina Nümayəndələr Palatasının deputatı Nermin Mandra və digər ictimai-siyasi xadimlərXocalı və Serebrenitsa faciələrini bəşəriyyətə qarşı qəsd kimi dəyərləndiriblər.
Azərbaycan-Bosniya və Herseqovina parlament dostluq qrupunun bu ölkənin parlament nümayəndələri ilə görüşü olub
22-02-2021, 10:17
CİBUTİ DEPUTATLARI XOCALI SOYQIRIMINI YAD EDİBLƏR
19-02-2021, 12:50
Milli Məclisin İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun adından indoneziyalı həmkarlarına təşəkkür məktubu ünvanlanıb
13-11-2020, 14:10
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər
30-09-2020, 10:27
Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli İtaliya parlamentinin üzvlərinə təşəkkür məktubları ünvanlayıb
9-07-2020, 19:09
Xocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaqdır
11-06-2020, 15:59
Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirildi
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü