"Qarabağ Azərbaycandır və nida" ifadəsi Böyük Qələbəmizin rəmzinə çevrildi" - Kəmaləddin Heydərov
“Xalqımızın ən böyük arzularını gerçəkləşdirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, qətiyyətli iradəsi və rəhbərliyi nəticəsində rəşadətli ordumuz sentyabrın 27-dən başlayaraq 44 gün ərzində əks-hücum əməliyyatları ilə Azərbaycan torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələrin uğurlu həllinə nail oldu”.Bunu Fövqəladə Hallar naziri, general–polkovnik Kəmaləddin Heydərov "Azərbaycan" qəzetinə məqaləsində yazıb.
Nazir bildirib ki, Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf edib: "Qarabağ Azərbaycandır və nida” ifadəsi tariximizin gerçəkliyi, Böyük Qələbəmizin rəmzinə çevrildi. Əks-hücum əməliyyatları zamanı ordumuzun müzəffər yürüşü qarşısında aciz qalan, küncə sıxışan işğalçı Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədirdi. Silahlı Qüvvələrimizə dəstək və mülki əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri şərəflə icra edən Fövqəladə Hallar Nazirliyinin qüvvələri ən ekstremal vəziyyətlərdə xidməti vəzifələrini icra edir, düşmənin artilleriya atəşləri nəticəsində baş verən dağıntılar zamanı axtarış-xilasetmə əməliyyatlarını yerinə yetirir, insanların xilas edilməsi və təxliyəsini həyata keçirir, yanğınların dərhal aradan qaldırılması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərirdilər. Təcavüzkar Ermənistanın dinc sakinləri hədəfə almaqda davam etdiyi günlərdə əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nazirlik tərəfindən hazırlanan müxtəlif məzmunlu maarifləndirici çap materialları cəbhəyanı ərazilərdə və düşmən tərəfinin hədəfinə çevrilmiş digər yaşayış məntəqələrinin əhalisi arasında paylanılaraq müvafiq maarifləndirmə işləri aparıldı. Ermənistan Respublikasının Azərbaycanın mülki əhalisinə qarşı terrorçu təxribatları barədə faktlar tərəfdaş ölkələrin aidiyyəti qurumlarına və beynəlxalq təşkilatların diqqətinə çatdırıldı. Belə ki, 30-a yaxın ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul dövlət qurumlarına və 20-yə yaxın nüfuzlu beynəlxalq təşkilata, o cümlədən Birləşmiş Millətlər Təşkilatının uyğun qurumları (UN OCHA, UN DRR), Beynəlxalq Mülki Müdafiə Təşkilatı, NATO EADRCC (Avro Atlantik Fəlakətə Cavabın Əlaqələndirilməsi Mərkəzi), Avropa İttifaqının Avropa Mülki Müdafiəsi və Humanitar Yardım Əməliyyatları Baş İdarəsi, Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər aidiyyəti beynəlxalq strukturlara ünvanlanmış məktublarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər diqqətə çatdırıldı”.
19-11-2020, 09:58
QALİB ORDUNUN MÜZƏFFƏRALİ BAŞ KOMANDANININ QƏLƏBƏ YÜRÜŞÜ
13-11-2020, 14:21
Azərbaycanın müstəqillik və hərb tarixinə qızıl hərflərlə yazılan qələbə salnaməsi
11-11-2020, 15:25
Azərbaycan dövlətinin şanlı Qələbəsi
13-10-2020, 12:44
İranlı general: Qarabağ işğaldan azad edilməlidir
30-09-2020, 10:57
Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçilib
29-09-2020, 10:05
Ermənistan bu gün illərlə törətdiyi cinayətlərin cavabını alır - Azər Badamov
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir