Minsk qrupu diplomatiya tarixinin ən uzunmüddətli və uğursuz missiyalarından biridir - TƏHLİL
Qənirə PaşayevaMilli Məclisin deputatı
Azərbaycan Pezidenti cənab İlham Əliyevin ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə 12 dekabr 2020-ci il tarixli görüşdə söylədiyi nitqi, keçən günlər ərzində sosial şəbəkələrin Azərbaycan seqmentində, portallarda, ictimai-siyasi fəalların müxtəlif müzakirələrində, haqlı olaraq, örnək nitq kimi təqdir edilir, tirajlanır. Azərbaycan Böyük Vətən Müharibəsi günlərində xarici media orqanlarına verilən müsahibələrdə, eləcə də, 27 sentyabr - 1 dekabr aralığında Prezidentin Xalqa Müraciətlərində ifadə olunmuş fikirlərin təsbitini, davamanı, inkişafını gördük bu nitqdə. Cənab Prezident bir təcrübəli müəllim, diplomat, dövlət və siyasi xadim siqləti ilə növbəti “ustad dərsi” keçdi.
Minsk qrupu həmsədrləri üç on illik boyunca, demək olar, faydasız səfərlərinə haqq qazandırmaqçün hər hansı cəhddə bulanmağın belə yararsız olduğunu anındaca qəbul etdi. O Minsk qrupu əvvəl-axır rəsmən buraxılacaq, həmsədr ölkələri təmsil edən diplomatlar xidmətdən uzaqlaşacaq və s. amma bu qrupun diplomatiya tarixinin ən uzunmüddətli və uğursuz missiyalarından biri kimi tarixə düşəcəyi şəksizdir. Bizim Qarabağda aldığımız yaralar sağalacaq: şəhərlərimizi bərpa edəcək, torpağımızı havalandıracaq, bağımızı yaşıllandıracağıq. ATƏT Minsk qrupu həmsədrlərininsə Ağsaçlı Tarixin, İlahinin ədalət mühakiməsindən iki dünyada qurtulmaq şansı olmayacaq. Onlar Azərbaycan xalqının yaddaşında, tarix şüurunda, dünya diplomatiya tarixində arzuolunan şərəfli yeri qeyb edib... Bu missiyanın uğursuzluğu yalnız Ermənistanın ərkəsöyünlüyü ilə bağlı deyil, bu həmsədr ölkələrin məqsədyönlü uğursuzluqda maraqlı olması ilə bağlıdır, desək yanlış olmazdı. Necə ola bilər ki ATƏT-in Minsk qrupu həmsədrlərinin birindən, demək olar, 90 faiz, digər ikisindən qismən asılı olan cırtdan Ermənistan onların sözünü uzun illər boyu yerinə yetirməyə bilsin?! Ən sadəlöhv insan belə buna inanarmı? Ona görə də, dövlət başçısı haqlı olaraq, ATƏT Minsk qrupunun işinə öz iradlarını həmişə bildirib, bu dəfəki münasibət də istisna təşkil etmədi. Cənab Prezident nitqini bu sözlərlə bitirdi: “Bununla, mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”. Və ATƏT-in Minsk qrupu həmsədrlərinin haqq etdiyi bu sözlərdən sonra ağla gələn ilk sual bu olar: Dünyanın ən qonaqpərvər ölkələrindən birinin lideri “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm” deməyə nə vadar edir? – Bəli, bu cavabı Minsk qrupu özü öz işi ilə haqq etdi. Uzun sürən etibarsızlığın bir son nöqtəsi, nidası olmalıydı əzəl-axır. Biz dünyanın üç böyük ölkəsinin həmsədr sifəti ilə 28 ilə həll edə bilmədiyi işi 44 gün içində çözdük! Buna Azərbaycan Dəmir Yumruğu deyərlər! O yumruq ki uzun illər ərzində işğalçının başına enməsinin qarşısını məhz vasitəsiz vasitəçilər, sülh yarada bilməyən “sülhyaradıcı”lar alıb. Azərbaycanın sülhə sadiqliyini, qan tökülməsində maraqlı olmadığını başa düşməkçün diplomat olmağa, böyük dövlətin təmsilçisi olmağa ehtiyac yoxdur. Bununçün sadəcə vicdanlı olmaq və vicdanın səsini ifadə etmə cəsarətinə sahib olmaq yetərlidir. Doğrudur, biz ölkə olaraq çox əziyyətlər çəkdik, itkilərimiz çox oldu, lakin bizi inandırmağa, “müharibə yox, sülh yolu” sofizmi ilə, Ermənistanın işağl etdiyi torpaqlarda möhkəmlənməsinə münbit ortam yaratmış dövlətlərin, o cümlədən Ermənistanın özünün itirdikləri də az olmadı. ATƏT-in Minsk qrupu, bu vəsilə ilə həmsədrlər və ATƏT özü etibarını sarsıtmış oldu. Əgər Ermənistan və ikilistandartlardan əl çəkə bilməyənlər, işğalçı ilə işğala məruz qalanı illa da bərabər tutanlar sonuc etibarı ilə öz istəklərinə nail ola bilmədisə, bu bir daha, kimin daha çox itkiyə mərzu qaldığını və İlahi Ədaləti ifadə və təcəssüm etdirmiş olur...
Bölgədə yeni reallıqlar yaranıb. Bəli məhz yeni və məhz reallıqlar – işğalçı tarixi zərbəsini alıb, onun qalib ədası sıfırlanıb, əsl qalibin kim olduğu Gün kimi aydın olub. Vasitəsiz vasitəçilərin içüzü təkzibolunmaz şəkildə müəyyənləşib. Və ATƏT-in Minsk qrupu həmsərdlərinin Azərbaycana son səfərindən ötən bir il ərzində bölgə və dünyadakı durum elə dəyişib, artıq yeni istilahlara, yeni istinadgahlara, yeni yanaşmalara ehtiyac var. Qalib Azərbaycan ədalətli sülh üçün xahiş etmir, işğalçılığın durdurulması üçün müraciət etmir. Minsk qrupu həmsədr ölklərinin liderləri “münaqişənin hərbi həlli yoxdur” iddiasında israr etsə də, Azərbaycan, mövcud ortamda bunu məhz hərbi-siyasi vasitələrləyolun alternativlərin ən yaxşısı olduğunu sübut etdi. Çünki işğalçı hüquqtanımaz, sülhbilməzdi. Çünki Ermənistanı “qalib ədası”nda saxlamaqda maraqlı güclər vardı...
“Status-kvo” Azərbaycan Ali Baş Komandanının iradəsi ilə, məhz hərbi-siyasi yolla, xalqımızın həmrəyliyi, dövlət-xalq birliyi və əlbəttə, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilib!
Hesablaşmalıdırlar!
Hesablaşacaqlar!
Biz deyəndə ki BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına sayğı duyun, siyasi lallıq, korluq və karlıqdan başqa bir “cavab” görmədik.
Biz vurğulayanda ki Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür – Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası onlarçün vacib olmalıdır – diplomatik susqunluqdan ötə bir “cavab” görmədik.
Deyəndə ki beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistana ciddi sanksiyalar tətbiq edə bilər, ən azı, Ermənistanı işğal etdiyi əraziləri tərk etməyə çağıra bgilər, ancaq siyasi kələf gördük, minbir aldatmaca ilə qarşılaşdıq. “Heç olmazsa, işğalçı nəzarət etdiyi ərazilərin kiçik hissəsindən çıxsın, bu da danışıqlar yoluna inamı gücləndirsin” – “cavab” = “0”...
Buradan hansı sonuca varırıq? – Münaqişənin dondurulması, daha doğrusu, dondurulmuş kimi görünməsi vasitəçiləri qane edib.
Yekun: Minsk qrupunun mandatının gələcəyi tam şübhəlidir və Azərbaycanla illa da razılaşdırılmalıdır.
Nəhayət, sonda: belə bir məşhur söz var: Qalibləri mühakimə etmirlər. Biz qalibik! Və biz öz qalib mövqeyimizdə belə mühakimədən daha çox mükaliməni tərcih edirik. Biz əsl qalib duruşu ilə saxta “qalib ədası”nın fərqini nümayiş etdiririk.
Biz Azərbaycanıq!
26-10-2020, 10:34
ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar
25-09-2020, 14:28
Prezident İlham Əliyev: Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir
18-08-2020, 15:19
ATƏT Minsk qrupunun zorakılığın qarşısının alınması məqsədilə qoşunların təmas xəttinə müşahidəçi qoyması məqsədəuyğun olar - Hoqland
14-08-2020, 13:38
Brayza: Ermənistana hərbi texnika tədarük etməklə Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində etimadı itirir
8-07-2020, 12:16
İlham Əliyev: “Heç kimin Aprel döyüşləri yadından çıxmasın”
10-04-2020, 11:04
Mariya Zaxarova: “Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır”
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü