Belçika Federal Parlamenti Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu bir daha təsdiq etdi
2020-ci il dekabrın 2-də Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Qarabağla bağlı qətnamə layihəsi müzakirə olunmuş və sənəd layihəsi bir sıra düzəlişlərlə sözügedən komitədə qəbul edilməklə Plenara tövsiyyə olunmuşdu. Qətnamə layihəsinin komitədə qəbul edilən mətninincari ilin 17 dekabr tarixində Belçika Nümayəndələr Palatasının plenar iclasında səsverməyə qoyulması gözlənilir. Lakin ermənipərəst dairələrin canfəşanlığı nəticəsində Belçika Senatı da eyni mətni dekabrın 11-də səsverməyə çıxarmağı qərara almışdır. Qətnamə layihəsinin Senata gətirilməsinin əsas təşəbbüskarı Senatın Sahələrarası məsələlər komitəsinin sədri, Belçikanın özündə də separatçılıq meyllərinin əsas daşıyıcılarından olan, islamofob və anti-türk əhval-ruhiyyəli millətçi Yeni Flamand İttifaqı Partiyasının (N-VA) üzvü Mark Demesmaekerdir. Bir faktı da xüsusi qeyd etməkdə fayda vardır ki, cənab Demesmaeker Brüsseldəki əsas erməni lobbi təşkilatının rəhbəri Kaspar Karampetyan ilə sıx əməkdaşlıq edir və sonuncunun təşkilatçılığı və şəxsən müşayiəti ilə ötən il oktyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etmişdir.
Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin Belçika üzrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Kamal Cəfərov belçikalı senator Mark Demesmaekerə məktub ünvanlamışdır. Məktubda millət vəkili belçikalı həmkarına mahiyyəti üzrə ətraflı məlumat vermiş, Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq hüququn və hətta Belçikanın rəsmi mövqeyinin Azərbaycanın ərazi bütövlüyünün yanında olduğunu xatırlatmışdır.
Onu da qeyd edək ki, müxtəlif erməni diaspora təşkilatları və ermənipərəst qüvvələr bu tip qətnamələr qəbul etdirməklə Ermənistanın Azərbaycan qarşısındakı son uğursuzluqlarını pərdələməyə çalışırlar. Əslində Fransada istədiklərinə tam nail olmayan erməni lobbi təşkilatlarının Belçika parlamentindəki anti-Azərbaycan səyləri də puç olmuşdur. Belə ki, qətnamənin ilkin layihəsində sabiq işğalçı rejimin tanınması və onun təhlükəsizliyinin təminatı üçün bu rejimlə diplomatik əlaqələrin qurulması məsələsi təklif edilirdi. Lakin Azərbaycan Hökumətinin və Milli Məclisinin vaxtında atılmış addımları nəticəsində bu cür absurd təkliflər qəbul edilmədi. Həmçinin qətnamə layihəsinin ilkin mətnindəki qondarma “artsax” adına bütün istinadlar çıxarıldı və Dağlıq Qarabağ anlayışı qəbul edildi. Ən mühüm məqam isə ondan ibarət olmuşdur ki, beynəlxalq hüquqa uyğun olaraq BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri layihəyə daxil edildi. Başqa sözlə, ermənilərin və ermənipərəst qüvvələrin hər vəchlə qəbuluna çalışdığı sənəd Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq etdi.
Eyni zamanda layihənin ilkin versiyasında olan digər bir sıra absurd fikirlər – “ATƏT-in Minsk qrupundan Naxçıvanla Azərbaycan və Türkiyə arasında Ermənistan ərazilərindən keçməklə koridor yaradılması ideyasını rədd etməyi tələb etmək”, “Azərbaycan ordusuna 27 sentyabrdan əvvəl tutduğu mövqelərə dərhal çəkilməsi üçün çağırış etmək”, “9 noyabr bəyanatı Ermənistana təzyiq altında əlverişsiz şərtlərlə imzalatdırılmışdır” kimi təkliflər rədd edildi, qəbul edilmədi.
Qardaş Türkiyənin Azərbaycana verdiyi aktiv diplomatik dəstəklə əlaqədar olaraq, sənəddə Türkiyəyə müəyyən təzyiqlərin edilməsi ilə bağlı çağırışlar da qəbul edilmədi. Belə ki, “Türkiyənin Aİ üzvlüyünə dair danışıqların dərhal dayandırılması”, “Türkiyə səfirinə Belçika hökumətinin etirazının çatdırılması”, “Türkiyənin NATO-dan çıxarılması üçün bütün mümkün tədbirlərin görülməsi”kimicəfəng fikirlər layihənin mətnindən çıxarıldı.
Erməni lobbi təşkilatlarının qətnamə layihəsindəki müəyyən bəndləri qabardaraq “uğur” kimi təqdim etməsi cəhdlərinə baxmayaraq, əslində qondarma “artsax respublikasının” tanınması qətnaməsinin iflasa uğraması və Fransadan sonra Belçikada çox gözlənilən “dəstəyi” ala bilməməsi erməni və ermənipərəst dairələrdə, o cümlədən “artsaxın tanınanmasına” dair qətnamə təkliflərini irəli sürən deputatlarda böyük narazılıq və ruh düşkünlüyü yaradıb.
Əsas məqsədləri Belçika parlamentində “artsaxın tanınması” olan, lakin bu ideyanın reallaşdırılmasına nail ola bilməyən ermənilərin Fransa modelini təkrarlamaq niyyətləri puça çıxdı. Almaniya, Lüksemburq və Belçikadan sonra qondarma rejimin tanınma məsələsində Fransa, faktiki olaraq, Avropada təklənmiş duruma düşdü.
Azərbaycan Respublikası Milli Məclisi hadisələrin gedişatını izləməyə davam edir və mütəmadi olaraq ictimaiyyəti məlumatlandıracaqdır.
9-12-2020, 12:40
Kanada senatı ermənipərəst senatorların təşəbbüsünü rədd etdi
24-11-2020, 16:23
Brüsseldə "Artsax" ofisinin açılmasına ETİRAZ
28-04-2020, 23:08
KOMİTƏDƏ HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLDİ
24-04-2020, 16:54
UEFA: "Bu vəziyyətdə futbol oynamaq mümkün deyil"
18-01-2019, 16:16
Sevinc Fətəliyeva: Azərbaycan elə qüdrətli dövlətdir ki, onunla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil
2-12-2018, 12:09
Avropa Parlamentində “Şimal axını-2” layihəsinin dayandırılmasını tələb edən qətnamə hazırlanıb
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü