İLHAM ƏLİYEV HÜNƏRİ
Siyasət
Oxunub: 289
27 Kas 2020 | 17:06
İLHAM ƏLİYEV HÜNƏRİ Nə böyük xoşbəxtlikdir İlham Əliyev kimi möhkəm iradəli, qətiyyətli, uzaqgörən, müdrik və cəsarətli Prezidentin rəhbərlik etdiyi ölkədə yaşamaq!
Fəxr edirik ki, vədinə sadiq, əməlində düz, dediyini edən Prezidentimiz var!


İlham Əliyev dövlət başçısı seçildiyi gündən indiyədək verdiyi bütün sözləri ləyaqətlə yerinə yetirib!
Demişdi ki, bir qarış torpağımızı belə düşmənə güzəştə getməyəcəyik!
Demişdi ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik!
Demişdi ki, məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar!
Demişdi ki, "Qarabağ Azərbaycandır!"
Dediklərinin hamısını etdi!
Cəsarətlə!
Hünərlə!
Şücaətlə!
Özünəməxsus qəhrəmanlıqla!
Bəli, cənab İlham Əliyev xüsusi hünər sahibidir!
***
İlham Əliyev hər bir azərbaycanlıya, hər bir azərbaycansevərə sonsuz fərəh və xoşbəxtlik sevincini gətirən bu zəfərə bizi inadla, ardıcıllıqla, düşünülmüş və hesablanmış siyasət yeritməklə, addımlar atmaqla gətirdi!
Səbrlə, dönmədən, dayanmadan, ən çətin maneə və əngəlləri dəf edə-edə gətirdi!
Azərbaycanı ucaltmaqla, dünyada tanınıb söz sahibinə çevirməklə, dünya ictimaiyyətini xalqımızın haqq işinə inandırmaqla gətirdi!
Ən nəhayət, özü də ucalaraq, müasir dünyanın tanınmış, ən mötəbər qurumlarına uğurla sədrlik etməyi bacaran dünya miqyaslı siyasi liderə çevrilməklə gətirdi!
***
Azərbaycan ilk dəfə 1918-ci ildə - müstəqillik yoluna qədəm qoyduğu gündən torpaq itkisinə məruz qalıb!
Öz dövlətini yaratmaq xatirinə kənardan gələn özgə millətlərə "torpaq payı" verməli olub!
Arxalı köpək qurd basar - demişlər!
Köpəyin qudurmuşu isə daha pis olur!
Çörək verənini, qapısında saxlayanını dalamağa başlayır.
Torpaqlarımız hesabına özünə dövlət quran xain xislətli ermənilərin iştahası getdikcə artırdı. Sovet hakimiyyəti simasında özünə yeni ağa taparaq 1948-1953-cü illərdə minlərlə azərbaycanlını dədə-baba torpaqlarından çıxarmaqla qədim ərazilərimizin daha bir hissəsini ələ keçirdilər.
İkinci dəfə dövlət müstəqilliyi qazanılanda - ötən əsrin doxsanıncı illərinin əvvəllərindən Azərbaycana maymaq, qətiyyətsiz, təcrübəsiz və səriştəsiz insanlar başçılıq etməyə başlayanda əllərinə yeni fürsət düşdü.
Havadarlarına güvənərək qısa müddətdə Dağlıq Qarabağı və ətrafındakı daha yeddi rayonu işğal etdilər.
Sonra 27 il işğal dövrü davam etdi...
Həmin 27 il mənasız danışıqlar, atəşkəsin vaxtaşırı pozulması, şəhidlər verilməsi və bütün bunların səbəbkarı olan erməni həyasızlığı və ikili standartlarla yadda qaldı...
Bu 27 ilin 17 ili cənab İlham Əliyevin Prezidentliyi dövrünə düşür.
Əslində, hadisələrin gedişi, tarixin gərdişi torpaqların azadlığı missiyasını da cənab İlham Əliyevin üzərinə qoymuş oldu!
Məlum səbəblərdən itirdiyimiz torpaqları geriyə qaytarmaq axan çayı tərsinə axıtmaqdan daha çətin idi...

Amma İlham Əliyev bunu bacardı!

Özünün polad iradəsi, uzaqgörən siyasəti, yorulmadan çalışması, düşünülmüş və hesablanmış addımları, cəsarətli və qətiyyətli fəaliyyəti ilə reallaşdırdı!
Sözün həqiqi mənasında böyük hünər, qəhrəmanlıq göstərdi!
Həmin on yeddi il ərzində gördüyü işləri, həyata keçirdiyi tədbirləri son nəticədə bu məqsədin gerçəkləşdirilməsinə müvəffəqiyyətlə yönləndirdi!
Düşmənin öz xoşuna, sülh danışıqları yolu ilə torpaqları geri qaytarmayacağı bəlli idi.

MÜHARİBƏ ÜÇÜN İSƏ:

* güclü dövlət və güclü iqtisadiyyat;
* fəal və çevik diplomatiya;
* beynəlxalq qurum və təşkilatlarla səmərəli iş tələb edirdi;

ÜSTƏLİK:

* dünyanın aparıcı dövlətlərinin maraqları ilə Azərbaycanın maraqlarının uyğunlaşdırılmasını;
* Ermənistanı açıq-aşkar müdafiə edən dövlətlərin zərərsizləşdirilməsini;
* düşmənin səhvlərinin özünə qarşı yönəldilməsini;

* ölkəmizin dostlarının, haqq işimizi müdafiə edənlərin sayının artırılmasını;
* ən nəhayət, güclü və modern ordu yaradılmasını şərtləndirirdi!

İlham Əliyev bu vəzifələrin öhdəsindən böyük məharətlə gəldi!

Ancaq Ali Baş Komandanımız torpaqların azad edilməsini hərbi müstəviyə keçirməyə tələsmirdi.
Paşinyanın Ermənistan rəhbərliyinə gəlişi ilə daha da həyasızlaşan düşmən artıq həqarətə, açıq şəkildə danışıqlar prosesini pozmağa başlamışdı.
Əslində, Ermənistanın baş naziri "Qarabağ Ermənistandır” - deməklə torpaqları işğaldan azad etmək niyyətində olmadıqlarını nümayiş etdirdi.
Cənab İlham Əliyev yenə səbir və təmkin göstərdi, dəfələrlə BMT-yə, ATƏT-ə, münaqişənin sülh yolu ilə həllinə kömək edə biləcək qurum və təşkilatlara müraciət etdi.
Faydası olmadı!
Bu dəfə Ali Baş Komandanımız yeni ərazilərimizi ələ keçirmək niyyəti ilə təmas xəttində və sərhədimizdə təxribatlara əl atan düşmənə Azərbaycan Ordusunun gücü ilə 2 dəfə - 2016-cı ilin aprelində və 2020-ci ilin Tovuz istiqamətindəki döyüşlərdə dərs verdi.
Amma Ermənistan həmin dərslərdən nəticə çıxarmadı!
Növbəti təxribatda isə Ali Baş Komandanımız "irəli” əmrini verdi!

***

Bu gün İlham Əliyev öz əli ilə dünyada əllinci, MDB məkanında isə ikinci sayılan bir ordu yaradıb!
Müasir, modern, güclü ordu!
Ordunu ən yeni texnologiyalara əsaslanan silahlarla silahlandırıb.
Yüksək təhsilli, peşəkar, öz işini dərindən bilən zabit heyəti və vətənpərvər əsgərlərlə komplektləşdirib.
Orduda yüksək vətənpərvərlik və döyüş ruhu yaradıb.
Bu ordu əks-hücuma başlayanda heç kim onun bu qədər uğurlu və müasir əməliyyatlar keçirə biləcəyini güman etmirdi.
Bəli, Azərbaycan əsgəri düşmənin ən uzaq və əlçatmaz mövqelərinə belə dəqiq, dağıdıcı zərbələr endirir, atəş nöqtələrini və istehkamlarını yerlə yeksan edirdi!
Düşmən göydən başına yağan od-alov qarşısında bayrağını, döyüş texnikasını, sursatını ataraq vahimə içində qaçırdı.
İnformasiya müharibəsində də cənab İlham Əliyev hamıdan öndə gedirdi, bu cəbhənin də bütün ağırlığını öz üzərinə götürmüşdü.
Hərbi əməliyyatların davam etdiyi dövrdə bütün dünyaya yayımlanan ən məşhur televiziya kanallarına Azərbaycanın haqq işini, ədalətli mübarizəsini əks etdirən müsahibələr verir, əsil həqiqətləri söyləyirdi.
Xalqımıza atılan böhtanları, deyilən yalanları ifşa edir, Ermənistanın faşist xislətini konkret faktlarla göstərirdi!
Azərbaycanı öz maraqları naminə günahkar çıxarmaq istəyənləri, bu mübarizənin və müharibənin mahiyyətini təhrif etməyə can atanları qətiyyətlə yerində oturdurdu!
Çoxdan həsrətlə gözlədiyimiz qələbə müjdələrini də məhz Prezident İlham Əliyevin dilindən eşidir, onun Twitter səhifələrindən oxuyurduq.
Cənab İlham Əliyevin xalqa müraciətləri, hər bir çıxışı hər birimizin ürəyindən xəbər verir, yüksək emosionallığı, hədəfi vuran fikirləri, üslub və intonasiyası ilə ruhumuza su səpir, ürəyimizdən tikan çıxarırdı.
İlham Əliyevin belə çıxış və müraciətləri orduya yeni güc və qüvvət, xalqa böyük ruh yüksəkliyi və əminlik bəxş edirdi.
Eyni vaxtda üç cəbhədə döyüşmək, üç istiqamətdə çarpışmaq və hər üçündə də uğur və müvəffəqiyyət qazanmaq hər rəhbərə və sərkərdəyə nəsib olmayan hünərdir!
Vətənpərvər insanlara xas olan hünər!

***

İlham Əliyev indiyədək beynəlxalq aləmdə yaradılmağa cəhd göstərilən bir sıra stereotipləri də darmadağın etdi.
Ermənipərəst qüvvələr və erməniləri müdafiə edənlər sübut etməyə çalışırdılar ki, münaqişənin hərbi yolla həlli variantı yoxdur!
Ali Baş Komandan İlham Əliyev isə Azərbaycan xalqının Vətən müharibəsində sübuta yetirdi ki, münaqişə əslində hərbi yolla daha sürətlə həll oluna bilərmiş!
O halda sülh yolu məqbul olardı ki, Ermənistan silahlandırılmasın, müxtəlif üsul və vasitələrlə müdafiə olunmasın, torpaqları işğalda saxlamaqda ona açıq və gizli dəstəklər verilməsin!
Ermənilərlə təkbətək döyüşən Azərbaycan çox qısa müddətdə və böyük şücaətlə 30 ildə ATƏT-in yarada bilmədiyi sülhə şərait yaratdı və boşalda bilmədiyi torpaqları boşaltdı!
Bu isə İlham Əliyevin diplomatik məharəti və müharibə aparmaq bacarığı sayəsində mümkün oldu!
İlham Əliyev tarixin qarşıya qoyduğu vəzifəni yerinə yetirdi!
İlham Əliyev haqqı-ədaləti bərpa etdi!
İlham Əliyev Azərbaycan xalqına şərəfli anlar, şərəfli dəqiqələr, şərəfli günlər yaşatdı!

EYNİ ZAMANDA:

İlham Əliyev ATƏT-in Minsk qrupunun 30 ildə görə bilmədiyi işləri çox qısa müddətdə gördü.
İlham Əliyev BMT-nin 4 qətnaməsini təkbaşına, uğurla icra etdi.
İlham Əliyev 30 illik söz-söhbətə, qalaq-qalaq icrasız qalan sənədlərə, standart açıqlamalara, boş və mənasız görüşlərə, erməni tirpaşlığına bir həmlə ilə son qoydu!
Erməni işğalçılarını Azərbaycandan iti qovan kimi qovdu!
İlham Əliyev hünəri bax, budur!
İlham Əliyev həm də Ulu Öndərimizin "Mən ona özüm qədər inanıram və əminəm ki, mənim sona çatdıra bilmədiyim işləri o uğurla başa çatdıracaqdır” sözlərini, xalqımızın etimad və etibarını tamamilə doğrultdu!
EŞQ OLSUN HÜNƏRVƏR, QƏHRƏMAN ALİ BAŞ KOMANDANIMIZA!
QARABAĞ BİZİMDİR!
QARABAĞ AZƏRBAYCANDIR!

Bəxtiyar SADIQOV
2-11-2020, 14:41
İlham Əliyev Türkiyənin keçmiş baş nazirini qəbul edib
17-10-2020, 11:58
İlham Əliyev: “Vaxt keçəcək, Füzuli uğrunda döyüşlər haqqında kitablar, əsərlər yazılacaq”
6-10-2020, 12:51
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
20-09-2020, 10:58
Prezident: “Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”
2-07-2020, 13:08
İlham Əliyev Polis günü münasibətilə paylaşım etdi
9-06-2020, 16:36
Prezident İlham Əliyev Portuqaliyanın dövlət başçısını təbrik edib
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü