Sahibə Qafarova TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərləri ilə görüşüb
Siyasət
Oxunub: 358
19 Kas 2020 | 09:51
Sahibə Qafarova TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərləri ilə görüşüb Noyabrın 18-də Milli Məclisin Sədri Sahibə Qafarova TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, Türk Akademiyasının prezidenti Darhan Xıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Spiker qonaqları salamlayaraq əvvəlcə görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi qələbə haqqında məlumat verərək deyib ki, bu qələbə nəticəsində torpaqlarımız işğaldan azad olundu. Spikerin sözlərinə görə, bu zəfər tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq.
Sahibə Qafarova türk dünyasını təmsil edən qurumların nümayəndələri ilə görüşdən məmnun olduğunu söyləyib. O qeyd edib ki, qonaqların rəhbərlik etdiyi qurumlar bu gün türk dünyası ölkələri arasında əlaqələrin möhkəmlənməsi işinə böyük töhfələr verir. TÜRKPA bu istiqamətdə parlament əməkdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Hazırda bu təşkilata sədrliyi Azərbaycan Milli Məclisi həyata keçirir. Qurumun sədri kimi biz Milli Məclis olaraq TÜRKPA-nın fəaliyyətinə lazımi dəstəyi bundan sonra da göstərmək niyyətindəyik. Çünki bu qurum təşkilata üzv ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsində böyük rola malikdir.
Görüşdə Sədr Türk Akademiyasının fəaliyyətindən söz açaraq, təşkilatın xətti ilə görülən işləri təqdirəlayiq hesab edib. Bildirilib ki, əsası 2009-cu ildə Naxçıvan şəhərində Türkdilli dövlət başçılarının IX zirvə görüşündə qoyulan bu qurum türk dünyasında müxtəlif sahələr üzrə tədqiqatlar aparmaq üçün təsis edilib və ötən qısa dövr ərzində uğurlu nəticələr göstərib.
Spiker Türk Mədəniyyəti və İrsi Fondu haqqında da danışaraq bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bu qurum türk xalqlarının mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi və təbliğində əhəmiyyətli rol oynayır. Fondun xətti ilə keçirilən dəyirmi masalar, sərgilər, beynəlxalq tədbirlər bu məqsədlərə xidmət edir.
Görüşdə çıxış edən TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, Türk Akademiyasının prezidenti Darhan Xıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Milli Məclisin Sədrini, Azərbaycan xalqını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən Müharibəsində əldə etdiyi möhtəşəm zəfər və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə səmimi qəlbdən təbrik ediblər.
Sonra qonaqlar təmsil etdikləri təşkilatların fəaliyyəti və gələcək planları haqqında məlumat verərək, gələcəkdə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında, o cümlədən, Şuşada beynəlxalq səviyyəli tədbirlər keçirmək niyyətində olduqlarını söyləyərək, bu məsələ ilə əlaqədar fikirlərini bölüşüblər.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.
8-11-2020, 11:18
Milli Məclisin Sədri Sahibə Qafarova Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə görüşüb
6-11-2020, 10:58
Milli Məclisin Sədri Sahibə Qafarova Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs ilə görüşüb
2-11-2020, 14:42
“Azərbaycan Ordusunun uğurları Türk dünyasını qürurlandırır” - Mustafa Rifat
30-10-2020, 10:21
MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA TBMM SƏDRİ MUSTAFA ŞENTOPLA TELEFONLA DANIŞIB
15-10-2020, 09:31
Sahibə Qafarova: Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazılır
7-10-2020, 10:05
Milli Məclisin Sədri Sahibə Qafarova ilə Şimali Kipr Türk Cümhuriyyətinin Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay arasında telefon danışığı olub
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü