“Məni ASALA ilə hədələyiblər” - Fransalı deputat
“Təxminən 10 gün bundan əvvəl Fransanın “Figaro” qəzeti Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi haqqındakı müsahibəsini dərc etmişdi. Mən də öz növbəmdə həmin məqaləni öz şərhlərimi bildirərək “Facebook" səhifəmdə paylaşmışdım və bildirmişdim ki, Fransanın mövqeyi beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini qəti şəkildə dəstəkləməkdən ibarətdir”.Bunu Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber deyib.
O, ölkə başçısı İlham Əliyevin müsahibəsini özünə məxsus “Facebook” səhifəsində dərc etdiyi üçün təzyiqlərlə üzləşib. 63 yaşlı fransız millət vəkili Fransa hökumətinin mövqeyini əks etdirən fikirlər ortaya qoysa da, ölüm təhdidi ilə qarşılaşdığını bildirib:
“Qeyd etmişdim ki, İlham Əliyevin müsahibəsi azərbaycanlıların nöqteyi-nəzərini və hazırkı vəziyyətlə bağlı ən ideal fikri öyrənməyə imkan verir. Əlimizdə erməni tərəfindən də gələn bir sıra informasiyalar mövcuddur. “Facebook” üzərindən yazdığım bu mesaj bir çoxlarını, xüsusilə erməni əsilli fransızları qıcıqlandırıb və onlar mənə təhqir və təhdid dolu mesajlar göndərmiş, məni ASALA kimi terror təşkilatları ilə hədələyiblər.
Mən bütün bu təhdidlərə cavabımı verib, parlamentdəki missiyamı yerinə yetirməyə və ölkəmin məsələ ilə bağlı mövqeyini müdafiə etməyə davam etdim. Ölkəmin mövqeyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın 30 ildir işğal altında olan torpaqlarından çıxarılmasını tələb edən qətnamələri dəstəkləməkdir. Ölkəmin mövqeyi dəyişməzdir və mən bunu dəstəkləyirəm. Bu təhdidlər bizim mövqeyimizi dəyişməyəcək. Eyni zamanda bu təhdidlər göstərir ki, bəzi ekstremist ermənilər sülh, ədalət və BMT TŞ qətnamələrinin icra olunması tərəfdarı deyillər”.
Jerom Lamber onu da bildirib ki, Fransanın TF1 telekanalının jurnalisti Liseron Budulun da Azərbaycanla bağlı reportajına görə təzyiqlə üzləşdiyini xatırladıb:
“Mən həmçinin TF1 kanalının jurnalistinin Azərbaycan ərazisindən hazırladığı reportajın milliyətçi ermənilər tərəfindən necə kəskin şəkildə tənqid olunduğunu da gördüm. Həmin jurnalist də təhdidlər alıb və TF1 kanalına da Ermənistanı dəstəkləyən fanatik milliyyətçilər tərəfindən etiraz olunub. Sözügedən vəziyyət dözülməzdir. Fransa kimi mətbuat və söz azadlığının qorunduğu bir ölkədə belə təhdidləri qəti şəkildə qınamalıyıq”.
25-10-2020, 11:19
MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA FRANSA MİLLİ ASSAMBLEYASININ SƏDRİ RİŞAR FERRANA MƏKTUB ÜNVANLAYIB
23-10-2020, 10:17
Fransa qəzeti Tərtərdə mülki vətəndaşların atəşə tutulmasından yazdı
3-10-2020, 14:04
Dövlət başçısı: “Fransa Prezidenti də bəyanat verib, mən ona bunun yanlış olduğunu dedim"
3-10-2020, 14:01
Tağıyevin nəvəsi Fransa mediasında ölkəmizin mövqeyini müdafiə etdi
28-09-2020, 10:50
Fransa dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
19-06-2020, 23:46
Millət vəkili Qənirə Paşayeva cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir