İNDONEZİYANIN AZƏRBAYCANDAKI MÜVƏQQƏTİ İŞLƏR VƏKİLİ MİLLİ MƏCLİSDƏ OLDU
Siyasət
Oxunub: 226
9 Ekm 2020 | 10:51
İNDONEZİYANIN  AZƏRBAYCANDAKI  MÜVƏQQƏTİ  İŞLƏR VƏKİLİ  MİLLİ MƏCLİSDƏ OLDU Oktyabrın 8-də İndoneziyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım İngan Malem parlamentdə oldu və millət vəkilləri ilə görüşdü.
Qonağı Milli MəclisinMədəniyyət komitəsinin sədri, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva salamladı və ona ölkəmizdəki fəaliyyətində uğurlar arzuladı. Azərbaycanın çox gərgin bir tarixi prosesdən keçdiyini qonağın diqqətinə çatdıran komitə sədri ona cəbhə xəttindəki son vəziyyətlə bağlı ətraflı məlumat verdi.
Cari ilin iyul ayında parlamentdə Qənirə Paşayevanın təmsil etdiyi Azərbaycanın Tovuz bölgəsinin işğalçı Ermənistanın fasiləsiz hücumlarına məruz qaldığı, yüzlərlə mülki obyekt və fərdi evlərin dağıdıldığı, insan tələfatı və xəsarət alanlar barədə qonağa ətraflı məlumat verildi. Qeyd olundu ki, Ermənistanın sentyabrın 27-də təzədən Azərbaycan ərazilərini intensiv şəkildə ağır artilleriya atəşinə məruz qoyması xalqımızın illərdir sülh gözləntiləri ilə yanaşdığı səbr kasasını daşırdı. Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan artıq hərb yolundan başqa çıxış yolunun olmadığını xalqa bəyan etdi. Bütün cəbhə boyu sürətli əks-hücuma başlanıldı.
Qənirə Paşayeva söhbətində bildirdi ki, 30 ildən artıqdır ki, Ermənistantorpaqlarımıza təcavüz edib. Nəticədə bir milyondan artıq soydaşımız öz dədə-babayurdlarından didərgin düşüb, 20 faiz torpaqlarımız işğal altındadır. İşğalçı dövlət uzun illərdir Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı nə BMT-nin 4 qətnaməsinə, nə də digər beynəlxalq təşkilatların tələb və tövsiyələrinə məhəl qoymur. Heç vaxt sülh danışıqlarına tərəfdar olduğunu nümayış etdirməyib. İşğal nəticəsində Azərbaycan iqtisadiyyatına, kənd təsərrüfatına külli miqdarda ziyan dəyib. Hal-hazırda da Ermənistan cəbhə xəttindən çox kənarda yerləşən Mingəçevir, Gəncə kimi böyük şəhərlərimizi, Ağcabədi, Beyləqan, Bərdə, Xızı və Abşeron rayonlarını intensiv şəkildə raket zərbələrinə tutur. Bu məqamda dost ölkələrin dəstəyinə də böyük ehtiyacımız var. Çünki Ermənistan bu müddət ərzində müsəlman dünyasına da böyük mənəvi zərərlər vurub. İşğal etdiyi ərazilərdə yüzlərlə mədəni-tarixi abidələrimizi dağıdıb, məscidlərimizi və müqəddəs ziyarətgahlarımızı təhqir edib. Qənirə Paşayeva İndoneziyanın İslam Konfransı Təşkilatının üzvü olan bir müsəlman ölkəsi kimi bu tarixi ədalətsizliyə susqunluqla yanaşmayacağınaümidvar olduğunu bildirdi.
Görüşdə iştirak edən millət vəkilləri Aydın Hüseynov və İlham Məmmədov qonağa cəbhə xəttində baş verən son hadisələr, Ermənistanın torpaqlarımızda apardığı işğalçılıq siyasəti və ekoloji terror fəaliyyəti barədə danışdılar. Deputatlarımızcoğrafi və dini əqidə baxımından yaxınlığımız olan dost İndoneziyanın Azərbaycanın haqq səsinə səs verəcəyinə, ölkəmizin ədalətli mövqeyini dəstəkləyəcəyinə dair istəklərini dilə gətirdilər.
Görüş üçün minnətdarlığını bildirən İngan Malem İndoneziyanın Azərbaycanda baş verənləri yaxından izlədiyini dedi. Xalqlarımız arasındakı mənəvi yaxınlıqdandanışan qonaq Dağlıq Qarabağda baş verən hadisələrdən narahatlıqlarınıbildirdi. O, mülki əhalinin öldürülməsinin, cəbhə xəttindən kənarda olan infrastrukturun, evlərin dağıdılmasının çox üzücü olduğunu, müharibə qanunları çərçivəsinə sığmadığınıdedi. Qonaq qeyd etdi ki, onun xalqı bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. O, görüşdə müzakirə olunanlarıİndoneziya rəsmilərinəçatdıracağını söylədi.
İngan Malem İndoneziya Nümayəndələr Palatası ilə Azərbaycan parlamenti üzvləri arasında görüşlərinvə qarşılıqlı səfərlərin intensivləşdirilməsininmünasibətlərimizin gələcək inkişafı baxımından faydalı ola biləcəyini diqqətə çatdırdı.

30-09-2020, 10:32
Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib
8-09-2020, 12:55
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək
19-06-2020, 23:46
Millət vəkili Qənirə Paşayeva cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi
4-06-2020, 22:09
Milli Məclisdə görüş
27-01-2019, 14:25
Azərbaycanlı deputatlar yenidən AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidenti seçiliblər VİDEO
1-12-2018, 13:03
ABŞ-ın müvəqqəti işlər vəkili Naxçıvanda olub
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü