"Dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan işğalçı dövlət nəinki öz xislətindən əl çəkir, əksinə yeni təxribatlara əl atmağa çalış
Siyasət
Oxunub: 319
18 Ağu 2020 | 11:32
"Dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan işğalçı dövlət nəinki öz xislətindən əl çəkir, əksinə yeni təxribatlara əl atmağa çalış Anar MƏMMƏDOV
Milli Məclisin deputatı


Tovuz istiqamətində gedən döyüşlərdə məğlubiyyətdən sonra işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən, "Dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan işğalçı dövlət nəinki öz xislətindən əl çəkir, əksinə yeni təxribatlara əl atmağa çalışır. Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Aratunyanın Gəncəni vurmaqla hədələməsi ölkəmizə qarşı növbəti təxribat xarakterli addım kimi dəyərləndirilə bilər. Təbii ki belə bir hədə dolu açıqlama ilə çıxış etmək birbaşa Paşinyan rejiminin özünün yarıtmaz siyasəti nəticəsində yaranmış, eləcə də COVID-19 pandemiyasının Ermənistanda geniş yayılması ilə son dərəcə kəskinləşmiş sosial-iqtisadi problemlər fonunda regional vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmaq, beləliklə də öz süqutunu mümkün qədər uzaqlaşdırmaq məqsədi daşıyır. Çünki hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Korrupsi¬ya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmağa hesablanmışdı. Paşin¬yan hesab edirdi ki, xarici təhlükə qarşı¬sında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı for¬malaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Lakin gözləntilərin əksinə olaraq hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesisinin güclənməsi Paşin¬yanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin heç bir nəticə verməyəcəyini göstərmiş oldu.
Qarabağsız Azərbaycan yoxdur, Azərbaycanın bir qarış torpağı belə müzakirə mövzusu ola bilməz. Bu baxımdan Araik Aratunyanın işğalçı dövlətin diktəsi ilə Azərbaycanın ikinci ən böyük şəhərinə qarşı heç bir məntiqə sığmayan açıqlaması daxili auditoriya qarşısında yaranmış gərginliyi başqa səmtə yönləndirməkdən başqa bir məna kəsb edə bilməz.
Hər bir azərbaycanlı əmindir ki, Azərbaycan tezliklə ərazi bütövlüyünü bərpa edəcək üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacaq. Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan cəbhədəki son hadisələrdən sonra bir daha hərbi müstəvidə də üstün olduğunu göstərmiş oldu. Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən seçkiləri tanınmayan bir qondarma respublika rəhbərliyinin hər hansı bəyanatla çıxış etməsi heç bir halda ciddi qəbul edilə bilməz.
15-08-2020, 13:16
Paşinyan məğlub tərəf olmasını artıq özü də qəbul edib
19-07-2020, 14:55
Baş SƏRKƏRDƏ Ermənistana göz dağı verdi
12-07-2020, 15:03
XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir
27-06-2020, 21:27
Millət vəkili: “Ermənistanda siyasi kataklizmlər labüddür”
19-06-2020, 23:50
Anar Məmmədov: Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Prezident İlham Əliyev bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi
1-01-2019, 11:56
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində prinsipial mövqeyimizdə qalırıq
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü