Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib. Gündəliyin təsdiqindən sonra millət vəkilləri cari məsələləri müzakirə etdilər. Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, komitə sədrləri Səməd Seyidov, Hicran Hüseynova, Tahir Rzayev, Qənirə Paşayeva, Sadiq Qurbanov, deputatlardan Fazil Mustafa, Soltan Məmmədov, Elman Nəsirov, Razi Nurullayev, Şahin İsmayılov, Tural Gəncəliyev, Sahib Alıyev, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Ramin Həsən, Cavanşir Paşazadə, Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Nəsib Məhəməliyev, Aqiyə Naxçıvanlı ölkə gündəmindəki önəmli məsələlərdən söz açdılar. Çıxışlarda aqrar sahədə vəziyyət, kənd təsərrüfatının inkişafına dəstəyin artırılması, suvarma sistemlərinin yenilənməsi, qanunların icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi, sosial şəbəkələrdəki mövcud qanunsuzluqların aradan qaldırılması barədə fikirlərsəsləndirildi.

Sonra gündəliyə daxil edilən İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (3-cü oxunuş) müzakirəsinə başlanıldı. Sənədi təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirdi ki, ölkəmizdə karantin rejiminin bir qədər yumşaldılması cəmiyyətdə bəzi vətəndaşların məsuliyyətsiz davranışına yol açıb. Parklarda, küçələrdə, ictimai yerlərdə sosial məsafənin qorunmaması, tibbi maskalardan istifadə edilməməsi ciddi narahatlıq doğurur. Bununla əlaqədar Nazirlər Kabineti “Karantin rejimində tənəffüs yollarının qoruyan tibbi maskalardan istifadə qaydalarının tətbiqi ilə əlaqədar” qərar verib. Məcəlləyə edilən dəyişikliklər həmin hüquqi addımların davamıdır. Sənəd pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını müəyyən edir və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələri müəyyənləşdirir.
Fəzail Ağamalı sənədin parlamentdə əvvəlki oxunuşlarda müzakirəsi zamanı deputat həmkarları tərəfindən səsləndirilən təkliflərə münasibətini bildirdi, işçi qrupu tərəfindən dəyərləndirilən təkliflər barədə danışdı. Qanun layihəsi səsə qoyularaq 3-cü oxunuşda qəbul edildi.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) məlumat verdi. Bildirildi ki, qanun layihəsinin 2-ci oxunuşda Milli Məclisdə müzakirəsi zamanı millət vəkillərinin verdikləri dəyərli təkliflərə işçi qrupu tərəfindən baxılıb. Komitə sədri vurğuladı ki, dəyişikliklərin hamısı humanist məqsədlərə xidmət edir, ölkə Prezidentinin ünvanlı sosial yardımın çevrəsini daha da genişləndirmək, əlçatanlığı asanlaşdırmaq, şərtləri yumşaltmaq barədə tövsiyələri əsasında hazırlanıb. Qanun layihəsi səsvermə yolu ilə təsdiqləndi.
İclasda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə də (3-cü oxunuş) baxıldı. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirdi ki, sənəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli qanununun icrası ilə əlaqədar hazırlanıb. Deputat bildirdi ki, qanunun əvvəlki oxunuşlarda parlamentdə müzakirələri zamanı millət vəkilləri tərəfindən heç bir yeni təklif qeydə alınmamışdır. Bu sənəd də səsvermə yolu ilə qəbul edildi.
Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırdı.
Milli Məclisin Mətbuat və
İctimaiyyətlə əlaqələr şöbəsi
1-06-2020, 14:38
MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ İLK İCLASI KEÇİRİLDİ
24-04-2020, 17:03
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
22-04-2020, 22:13
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında iki məsələ müzakirə olunub
22-04-2020, 22:09
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib
18-12-2018, 13:40
Milli Məclisin növbəti plenar iclası keçirilir
18-12-2018, 12:27
Milli Məclisin növbəti plenar iclası keçirilir
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü