Milli Məclisin sədri Sahibə Qafarova: Ölkə parlamenti Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir
Hörmətli həmkarlar, bildiyiniz kimi aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirildi. Bu müşavirə bir çox vacib məqamları ilə diqqəti cəlb edir. Möhtərəm Prezidentimiz özünün dərin məzmunlu nitqində ölkə iqtisadiyyatının vəziyyətini və inkişaf perspektivlərini ətraflı təhlil etdi. Məmnunluqla qeyd olunmalıdır ki, birinci rübün göstəricilərinə görə ölkə iqtisadiyyatının əldə etdiyi nəticələr bütövlükdə müsbətdir.Əlbəttə, dünyanın bütün ölkələrində yaşanan koronavirus pandemiyası Azərbaycandan da yan keçməmişdir və sosial-iqtisadi həyatımıza mənfi təsir göstərməkdə davam edir. Amma mən əminəm ki, həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət həm insanlarımızın sağlamlığını qorumağa, həm də iqtisadiyyatımıza dəyən ziyanın sürətlə aradan qaldırılmasına imkan verəcəkdir.
Hörmətli həmkarlar!
Cənab Prezident öz çıxışında ölkədə struktur islahatlarının davam etdirilməsi məsələlərinə də toxundu, icra orqanlarında, parlamentdə aparılan kadr dəyişikliklərini qeyd etdi. Dövlət başçısı belə bir fikri də ifadə etdi ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır.
Mən əmin etmək istəyirəm ki, altıncı çağırış Milli Məclisin birinci iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələr bundan sonra da ardıcıl yerinə yetiriləcək və ölkə parlamenti Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.
Hörmətli deputatlar, bir məqama da toxunmaq istərdim. Həmin müşavirədə möhtərəm cənab Prezident beynəlxalq ictimaiyyətin gündəmində olan bir çox mühüm məsələlərlə bağlı əsaslandırılmış, ciddi arqumentlərə söykənən münasibətini diqqətə çatdırdı. O cümlədən, möhtərəm Prezidentimiz Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, cinayətkar rejimin keçirdiyi saxta seçkilərə münasibət bildirməməsini haqlı olaraq kəskin tənqid etdi.
Hörmətli həmkarlar, siz bilirsiniz ki, mən son on il AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olmuşam, həmin qurumun Büro üzvü və Komitə sədri kimi fəaliyyət göstərmişəm. Bu dövr ərzində mən və mənim hörmətli həmkarlarım bir çox hallarda qurumda ölkəmizə qarşı qərəzli münasibətin şahidi olmuşuq. Avropa Şurası Parlament Assambleyasında cəmləşmiş ermənipərəst dairələrin Azərbaycana böhtan atmaq, ölkəmizi nüfuzdan salmaq üçün saxta qətnamələr və qərarlar qəbul etmək, Azərbaycanı qaralamaq cəhdlərini dəfələrlə müşahidə etmişik. Mən deyərdim ki, bəzən təşkilatdakı antiazərbaycan, ermənipərəst qüvvələr ermənilərdən də artıq onların maraqlarını müdafiə ediblər.
Bu gün isə Parlament Assambleyasının qondarma “Dağlıq Qarabağ”dakı cinayətkar rejimin keçirdiyi saxta seçkilərə münasibət bildirməməsi, susqunluq nümayiş etdirməsi qəbulolunmazdır. Hesab edirəm ki, bu, həm də beynəlxalq hüquqa qarşı çox böyük hörmətsizlikdir. Ona görə də, biz AŞPA-nın bu davranışını qəti şəkildə pisləyirik və bununla əlaqədar Milli Məclis tərəfindən Avropa Şurası Parlament Assambleyasına etiraz məktubu göndərilmişdir.
Hörmətli həmkarlar, bir məsələni də qeyd etmək istərdim. Möhtərəm Prezidentimiz müşavirədəki nitqində ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiyanın və siyasi dialoq mühitinin gücləndirilməsi istiqamətində atılan addımları təqdir etdi.
Azərbaycanda milli mənafedən, dövlətçilik maraqlarından çıxış edən bütün sağlam müxalifət partiyaları bu dialoqda iştirak edir, prosesə töhfə vermək üçün müvafiq addımlar atırlar. Çox təəssüf ki, hər zaman Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə qarşı çıxış edən bəzi marginal qruplar bu dialoqdan imtina edib, xarici amilə bel bağlayıblar. Dövlətə qarşı düşmənçilik edən belə qrupların əsl məqsədi ölkəmizdə gərginlik yaratmaqdır. Özlərinə radikal müxalifət adını verən bu cür dağıdıcı qüvvələr hətta bütün bəşəriyyəti sarsıdan pandemiyadan və koronavirusdan belə öz məkrli niyyətlərini həyata keçirmək üçün istifadə etmək istəyirlər. Təbii ki, Azərbaycan cəmiyyəti, xalqımız bu cür davranışları görür və onların qeyri-sağlam, antimilli fəaliyyətini qətiyyətlə pisləyir. Azərbaycan xalqının mövqeyi bu yöndədir ki, ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiyada belə qüvvələrə yer yoxdur.
Hörmətli həmkarlar, bildiyiniz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xeyirxah bir kampaniya başlanmışdır. Xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçirilir. Mən belə düşünürəm ki, Milli Məclis də bu təşəbbüsə qoşulmalıdır. Biz bunun üçün Milli Məclisdə xüsusi yer ayırmışıq və həkim briqadası dəvət etmişik. Sabah Milli Məclisin binasında saat 12.00-dan etibarən Milli Məclisin deputatları və Aparatın
əməkdaşları könüllü qan verə bilərlər. Aksiya barədə əlavə məlumatı Milli Məclisin Aparatından ala bilərsiniz.
Hörmətli həmkarlar, ötən iclasda biz Nazirlər Kabinetinin hesabatını dinlədik. Ölkədə yaranmış epidemioloji vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikası Baş nazirinin məruzəsi videoyazı şəklində təqdim edildi. Sizə bildirirəm ki, Milli Məclisin iclasının bu hissəsinin stenoqramı və videoyazısı, eləcə də çıxış edə bilməmiş 31 deputatın çıxışlarının və suallarının yazılı mətnləri Nazirlər Kabinetinə göndərilmişdir. Əgər kiminsə əlavə çıxışı, təklifi və ya sualı varsa, bizə təqdim etsin ki, onu Nazirlər Kabinetinə göndərək.
14-04-2020, 21:18
Prezident videomüşavirə keçirdi: "Dərin islahatlar ili olacaq"
14-01-2019, 14:12
Bu il ən azı yeddi min ailə özünüməşğulluq proqramından faydalanacaq
12-01-2019, 13:25
Prezident: Bəzi hallarda artıq o sözə sadəcə öyrəşirlər
18-12-2018, 13:37
Seminarda dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulması yolları müzakirə olunur
16-12-2018, 13:26
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə bir çox ölkələrdən daha tez nail olacaq
6-12-2018, 21:46
Eldar Yunusov:Azərbaycan yüksək sürətlə inkişaf edir
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü