"Sizin səsiniz rol oynamır, mandatım cibimdədir" - İqbal Məmmədov
Baxıram, bəzi saytlar: “Lerikin ən layiqli namizədi – İqbal Məmmədov” sərlövhəli yazılar paylaşırlar. Arzu edirəm, cənab prezidentin dəyişiklik – islahatları mətbuata da gəlsin, bu məmurların əlindən media alınsın. Bu harda görsənib ki, dövlət məmuru media saxlasın?! Səbəb, niyyət nədir?!.Gələk, hörmətli İqbal Məmmədova yazılan “tərif yazıları”na… Mən heç vaxt inanmaram ki, öz adına, şəxsiyyətinə, peşəsinə az da olsa, hörmət edən kimsə nəyinsə müqabilində məddahlıq etsin, yalan yazsın… Hələ, yazmaq bir kənara, bunu adına “ölkənin mediası” deyən media qurumları da tirajlasın?! Heç utanmırsınızmı?!. İki gündür Lerikdə kəndləri bir-bir gəzirəm. İnsanların ah-naləsindən xəbəriniz varmı?!. Tərif yağdırdınız, hörmətli Hacıya sual etmirsiniz ki, keçirdiyi görüşlərin video görüntülərini niyə yaymır?!. O görüşlərdə iştirak edən lerikliləri mən çəkmişəm. Çox qısa zamanda yayacağam, baxarsınız, utana bilsəniz, utanarsınız…
Unutmayın, pul hər şey deyil! Bir az da bu dövləti pulsuz, mənfəətsiz sevin! Hansı ki, bu gün bəh-bəhlə nəyinsə müqabilində ictimai fikrə sırımaq istədiyiniz adamı öz yerində qəbul etmirlər. Və bu narazılıq Lerikdə ölkə miqyasında ciddi narazılığa gətirib, çıxara bilər ki, bu bizə lazım deyil! Rayon İcra Hakimiyyətinin Başçısı, müavinləri konkret insanları hədələyirlər. Hər şeyini itirən insanlar daha təhlükəli deyilmi?.. Yəni, sizlərin ortaq biznesləriniz bu ölkənin taleyindən bu qədərmi üstündür?!. Mən gözəl anlayıram, İqbal müəllimin oğlu və qohumları dövlətə əl qaldırdıqları üçün həbsdədirlər – Allah qapılarını açsın – ona görə də deputat olması vacibdir ki, martda oğlu azadlığa çıxsın. Təki, çıxsın, daha tez çıxsın. Hansısa bir gəncin bir saat belə, azadlıqdan məhrum olmasını istəmərəm. Amma… Bu işin amması bir az çox uzundur. Çünkü burda səbəb təkcə o deyil. Burda milyonluq layihələr, bizneslər və s. Hətta dövləti aldadaraq, küllü miqdarda korrupsiya halının da olduğunu dilə gətirsək, yanılmarıq!..
Əziz, dəyərli həmkarlarım deməyəcəyəm, jurnalistlər! Mən başa düşürəm, siz də yaxşı yaşamaq istəyirsiniz. Amma pula görə nahaqqı haqq kimi qələmə vermək çox ayıbdır! Hər şey bu dünya ilə bitmir. Hətta bitsə belə, yaşadığınız müddətdə vicdanınız (olmaya da bilər) sizi sızlatmasa da, mütləq hər əməlinizlə qarşılaşacaqsınız!.. Həyat bumeranqdır axı…
Dövlət başçısı və onun komandası açıq-açığına ciddi dəyişikliklərə start verib, ölkəni dəyişir. Prezident hər çıxışında da xalqa istinad edir. Amma xalqa istinad etməyən: “Sizin səsiniz rol oynamır, mandatım cibimdədir” – deyib, insanlara yuxardan aşağı baxan, onları aşağılayanların bu əməlləri insanların inamını qırır, görülən işləri ləkələyir. Hansı ki, Lerikdə görüşdüyüm hər bir vətəndaş dövlət başçısını sevdiyini, onun siyasətini dəstəklədiyini, açıq dilə gətirir. Onu da bilirlər ki, dövlət nə lazımdırsa, edir, lakin yerli icra məmurları və onlara yuxardan baxan deputatları onu xalqa göstərmir, sanki bilərəkdən insanları dövlətdən, onun başçısından narazı salmağa çalışırlar. Lakin insanlarımız da ayıqdı.
Baxın, yerlərdə bu kimi haqsızlıqlar olduğu üçün insanlar hakimiyyətdən narazı düşür. Bu adamlar yerlərə xalqla hakimiyyət arasında körpü yaratmaq üçün göndərilmələrinə baxmayaraq, çox böyük uçurum yaradıblar… Elə bir uçurum ki, dibi çox dərindi… Hər zaman bu fikirdəyəm ki, fərdlərdən öncə dövlət gəlir. Hər şey dövlət üçün, Azərbaycan üçün olmalıdır! Bir İqbal Məmmədovun və onun biznes ortaqlarının maraqlarına görə bu qədər Lerik camaatını görməzdən gəlmək olarmı?.. Bu qədər narazılığın fonunda, Yeni Azərbaycan Partiyası kimi bir partiyanın İqbal Məmmədov kimi birini namizəd etməsi nə dərəcədə düzdür?!
Hər nə isə, biz dövlətimizi, bayrağımızı qorumalıyıq. Hər bir kəsin vəzifə borcu olmalıdır ki, yerlərdəki hadisələri ictimailəşdirib, diqqətə çatdırsın. Dövlət də əsl, dəqiq informasiyanı müəyyənləşdirib, qərar verə bilsin. Çünki dedik axı, DÖVLƏT BABAnın əsas istinad nöqtəsi xalqdır, onun istəyidir!
Çox yaxında Lerikdən eksklüziv görüntüləri ReaksiyaTV-də izləyəcəksiniz…
Haqq-ədalət qalib gəlsin!
Zaur Qəriboğlu
Reaksiya.az
28-01-2020, 13:19
Azay Quliyev seçicilərin qarşısına hansı üzlə çıxır... - İTTİHAM
28-01-2019, 12:26
Ranar ayaqyolunda rəqs etdi – Video
14-01-2019, 14:15
"Bəzilərinə baxanda, adam ölmək istəyir" - Nadir
30-12-2018, 15:25
Tolik söz atdı: "İt yerinə saymırlar"
26-12-2018, 14:15
Lerikin icra başçısı onların heç bir tələbini dinləmir... - GİLEY
25-12-2018, 14:40
DGK iş adamlarına xəbərdarlıq edib
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü