Şirvanşahların sonuncu iqamətgahı olan Buğurt qalasında tədqiqatlara başlanılıb
Mədəniyyət
Oxunub: 395
9 Eyl 2020 | 10:25
Şirvanşahların sonuncu iqamətgahı olan Buğurt qalasında tədqiqatlara başlanılıb AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Numizmatika və epiqrafika” şöbəsinin müdiri, t.ü.f.d. Akif Quliyevin rəhbərliyi altında Şamaxı arxeoloji ekspedisiyası Qaladərəsi kəndi yaxınlığında yerləşən, Şirvan hakimlərinin sonuncu iqamətgahı, əfsanəvi Buğurt qalasında arxeoloji tədqiqat işlərinə başlamışdır.
İnstitutdan verilən məlumata görə, buna qədər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji ekspedisiyası Gülüstan qalasında arxeoloji tədqiqat işləri həyata keçirmiş və əldə edilmiş arxeoloji materiallar əsasında Gülüstan qalasının və ümumilikdə, Şirvanşahlar dövlətinin tarixi ilə bağlı mühüm nəticələr əldə etmişdir.
Buğurt qalasının təqdidi ötən əsrin 70-ci illərində arxeoloq Hüseyn Ciddi tərəfindən başlanmışdı.
Bu il AMEA Arxeoloyiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji ekspedisiyası 50 illik fasilədən sonra Buğurt qalasında arxeoloji tədqiqat işlərini bərpa edib.
Buğurt qalası Şamaxı şəhərindən 20 km şimal-qərbdə, hər tərəfi meşə ilə örtülü olan hündür bir dağın zirvəsində yerləşir. Strateji əhəmiyyətinə görə əlverişli mövqeyə malik qalanı ən yaxın məsafədən belə görmək mümkün deyil. Qalanın ətrafında Qaladərəsi, Keçmədin və Qaleybuğurt kəndləri yerləşir. Qalaya gedən əsas yollar Qaladərəsi kəndindən keçir. Buğurt qalasından şərqdə, sıldırım qayalıqlarda Qız qalası adlanan kiçik qəsr də mövcuddur.
Qalanın tikilmə tarixi ilə bağlı dəqiq məlumatlar yoxdur. Aparılacaq arxeoloji tədqiqatlar bu məsələyə aydınlıq gətirəcək.
Arxeoloq A.A.Quliyevin fikrincə bu adi qala deyil, geniş infrastruktura malik orta əsr qala-şəhəridir. Qalada mükəmməl su-kanalizasiya sistemi mövcud olmuş, relyefə uyğun çoxsaylı yaşayış binaları, inzibati binalar, saraylar, məscidlər, su anbarları, hamamlar mövcud olmuşdur. Qala divarları iri qaya və çay daşlarından inşa edilib. İkiqat qala divarlarının arası ilə mühafizəçilərin sərbəst gəzməsi üçün pillələr salınmışdır. Qala divarlarının üzəri gümbəzvari formada hörülüb. Bu da düşmən tərəfindən mühafizəçilərin hərəkətini izləməyə imkan vermirdi. Qalanın ümumi sahəsi 17 ha-dır. Təqribi hesablamalara görə, qala-şəhər kompleksinə daxil ərazidə 30 minə yaxın əhali yaşayıb. Əhaliyə məxsus yaşayış evləri qalanın əsasən aşağı hissəsində yerləşirdi. Binalar yonulmuş qaya və çay daşlarından, bişmiş kərpiclərdən inşa edilib. Pilləvari relyefə uyğun olaraq, bir-birinə paralel küçələrdə inşa edilmiş evlərin kiçik həyətyanı sahələri də mövcud olmuşdur.
Buğurt qalası 1538-ci ildə Səfəvi şahı I Təhmasib tərəfindən alınaraq dağıdılmış, sonuncu Şirvanşah Şahrux əsir alınaraq öldürülmüşdür. Bununla da minillik Şirvanşahlar dövlətinin varlığına son qoyulmuşdur.
6-08-2020, 12:56
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
29-06-2020, 17:28
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olublar
12-06-2020, 13:39
Abşeronda banan yetişdirilib
30-12-2018, 16:00
Şamaxı ağ örpəyə büründü
23-12-2018, 15:12
Azərbaycana qış gəldi
5-11-2018, 18:33
İlahiyyat İnstitutunun məzunları üçün iş imkanları yaradılacaq
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü