Onlar İnstaqramdan nə qədər qazanırlar? - Siyahı
Artıq 5 aydan çoxdur ki, koronavirus infeksiyası ilə əlaqədar dünyada bir çox sahələrdə iş dayanıb. Bu sırada şou-biznes də dayanır. Konsert, el şənlikləri, şou-proqramların olmaması sənət adamlarının gəlirini xeyli azaldıb. Dünyanın müxtəlif yerlərində müğənnilər tək qazanclarının reklam olduğunu gizlətmirlər. Onlar bir çox çarxlarda rol alır, İnstaqram səhifələrində paylaşımlar edib milyonlar qazanırlar. Bunu etiraf etməkdən isə çəkinmirlər.Elə götürək bizə yaxın olan Türkiyəni... Sənətçilər pandemiya ərəfəsində İnstaqram gəlirləri ilə dolandıqlarını gizlətməyiblər. Hətta onlar məbləğləri də açıqlamaqdan çəkinməyiblər: Burcu Esmersoy 8 min, Demet Akalın 20 min, Murad Boz 30 min lirə.
Bəs, Azərbaycanda? Məlumdur ki, bizdə sənət adamları milyon yox, ən çox 1000-5000 qazanma şansına malikdirlər.
Deqiq.info İnstaqram səhifəsində tez-tez reklam paylaşan ifaçılar arasında araşdırma aparıb. Onların demək olar ki, 95 faizi məbləğ açıqlamayıb.
Xalq artisti Röya Ayxan bu mövzuda ən ürəkli ifaçı olub. Müğənninin köməkçisi bildirib ki, İnstaqramda reklam üçün 15 min manat qiymət qoyublar. Röyanın tələbi isə çəkilişə öz komandası ilə birlikdə getməkdir.
Müğənni Xatirə İslam İnstaqramda ən çox reklam paylaşan sənət adamıdır. Amma sənətçi hər dəfə bunla bağlı sualdan yayınmağa çalışıb. Xatirə paylaşım üçün tələb etdiyi məbləği gizlətməyə üstünlük verib.
Müğənni Gülay Zeynallı da qiymət açıqlamayıb. İfaçı bir onu deyib ki, pandemiyadan əvvəl etdiyi reklam xarakterli paylaşımlar üçün qonorar alıb. Amma indi yalnız məhsul qarşılığında reklam yayımlayır.
Müğənnilər Sevil və Sevinc Səfərovalar da İnstaqramda tez-tez reklam məzmunlu paylaşım edirlər. Bacılar qiymət demək istəmədiklərini söyləyiblər. Onlar bildirib ki, səhifələri reklam şirkətinin ixtiyarına verilib:
"Buna görə də məbləği demək düzgün deyil. Biz bir qiymət deyərik, onlar müştəriyə başqa məbləğ söyləyərlər. Bu da arada narazıçılıq yaradar".
Müğənni Nadir Qafarzadə isə İnstaqramından heç pul qazanmadığını deyib. O bildirib ki, bütün paylaşımları ödəniş almadan edir. "Nə edim, ürəyiyumşağam. Kim yazıb nəsə istəyirsə, paylaşıram" deyə, Nadir əlavə edib.
Müğənni Ceyhun Əliyev isə pandemiyadan əvvəl İnstaqramından yaxşı pul qazandığını etiraf edib. O bildirib ki, indiyənə kimi sosial şəbəkə ona ümumilikdə, 5860 manat qazandırıb.
Müğənni Sevda Yahyayeva hər zamankı kimi qiymət açıqlamaqdan qaçıb. Sənətçi "İnstaqramdan gəlir əldə etmək mümkündür. Amma deyilən 10-15 min manat Azərbaycan bazarı üçün real qiymət deyil" deyə, söyləyib.
Müğənni Elvin Abdullayev isə heç vaxt İnstaqramda ödənişli reklam yerləşdirmədiyini söyləyib. O deyib ki, reklam təklifləri alsa da, səhifəsini bazara çevirməyi düşünmür. "Karantində də heç bir gəlirim olmayıb. Amma yenə də İnstaqramda reklam götürməmişəm" deyə, Elvin əlavə edib.
Müğənni Günay İbrahimli də İnstaqram hesabında paylaşdığı reklamların qiymətini açıqlamayıb. O bildirib ki, bu iş sirridir.
Rəqqasə Fatimə Fətəliyeva bildirib ki, pandemiyadan əvvəl də, sonra da İnstaqramda paylaşımlar edib. O bildirib ki, sosial şəbəkə progilində bir paylaşım 500 manatdır. Bu qiymət məhsula görə dəyişə bilər. Bəzən isə məhsul hədiyyə göndərilir və bunun qarşılığında sənətçi paylaşım edir.
Müğənni Nigar Camal da İnstaqramda reklam qiymətlərini açıqlamaqdan çəkinməyib. Sənətçi bir fotonu 1500 manata paylaşır. Əgər video çəkiliş istənsə, qiymət 5 min manata qalxır.
18-06-2020, 14:31
“Vəziyyət çox pisdir" - Toysuz qalan müğənnilər indi necə dolanırlar? - SORĞU
27-04-2020, 12:05
Serdar Ortaç: “Demet Akalın Ebru Gündeşlə aramızı vurdu”
28-01-2020, 23:59
1 milyonluq reklam çarxına çəkildi - Fotolar
28-12-2018, 13:13
Dostlarından Sevdaya ad günü sürprizi - Video
25-12-2018, 15:47
Qadın deputatı döydülər
12-11-2018, 12:46
6 aydan sonra barışdılar
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü