İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində
İqtisadiyyat
Oxunub: 449
25 Haz 2021 | 10:00
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, iclasda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərlə bağlı iki qanun layihəsinə baxılacaq.
Birinci oxunuşda təqdim olunan məsələ ilə bağlı bildirilib ki, buqanun layihəsi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanına uyğun olaraq hazırlanıb. Həmin fərmanla ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə kompleks tədbirlər nəzərdə tutulub. Fərmanda göstərilən məsələlərin həlli məqsədilə “Dövlət rüsumu haqqında” qanuna bəzi dəyişikliklər təklif olunur.
Nəzərə çatdırılıb ki, qanunun məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri ilə bağlı8-ci maddəsi yeni redaksiyada verilir. Dəyişikliyə əsasən dövlət rüsumu tutulmalı olan hərəkətlər yenidən sistemləşdirilir, həmçininqiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu diferensial qaydada müəyyən olunur və məbləğlərə yenidən baxılır. Bildirilib ki, nəzərdə tutulmuş dövlət rüsumlarının 50 faizi Ali Məhkəmənin, apellyasiyaməhkəmələrinin, müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürüləcək və bu vəsait məhkəmə aparatlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, məhkəmənin maddi təminatının yaxşılaşdırılmasına yönəldiləcək.
Qeyd olunub ki, qanunun 9-cu maddəsində edilən düzəlişlər əsasında isə bir sıra azadolma halları ilə bağlı maddələr ləğv edilir. Belə ki, 9.1.14-cü maddəyə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilir.
Bildirilib ki, qanuna yeni maddə də əlavə edilir. Əlavəyə görə, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən olunur.
İclasda iştirak edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, bu gün məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar institusional dəyişiklikləri, özəl ekspertiza qurumlarının yaradılması, məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyətin yaxşılaşdırılması kimi məqamları əhatə edir. Qanun layihəsində nəzərdə tutulan dəyişikliklər bu sahədə olan vəziyyətin optimallaşdırılması ilə əlaqədardır. Qanunvericiliyin təkmilləşdirilməsində məqsəd həm də ədalət mühakiməsinin keyfiyyətinin, məhkəmə qərarlarından insanların məmnunluğunun artırılmasıdır.
Vəkillər Kollegiyasının nümayəndəsi Anar Qasımlı qanun layihəsi barədə fikirlərini açıqlayaraq deyib ki, sənəd, eyni zamanda, məhkəmələrə verilən əsassız şikayətlərin qarşısının alınmasına xidmət edəcək.
Çıxışlarda məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumu ilə bağlı dünya ölkələrinin təcrübəsindən bəzi nümunələr və statistik rəqəmlər diqqətə çatdırılıb.
Müzakirələr zamanı komitənin sədr müavini Əli Məsimli, üzvləri Vüqar Bayramov, Rüfət Quliyev qanun layihəsinə öz münasibətlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.
İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkənin məhkəmə-hüquq sisteminin hazırki vəziyyəti, burada tətbiq olunan rüsumlar barədə danışıb. Vitse-spiker bu sahənin təkmilləşdirilməsinin vacibliyiniqeyd edib.
Sonra “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə digər qanun layihəsinə baxılıb.Məlumat verilib ki, sənəd “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə” 2020-ci il 18 dekabr tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Qanuna təklif olunan dəyişiklikdəqiqləşdirmə xarakteri daşıyır.Layihədə “xarici avtomaşınlar”, “xarici nəqliyyat vasitələri”, “xarici yük avtonəqliyyat vasitələri” ifadələrinin müvafiq olaraq “xarici dövlətlərdə qeydiyyatda olan avtomaşınlar”, “xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələri” ifadələri ilə əvəz olunması nəzərdə tutulur.
İclasın sonunda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
25-06-2021, 10:03
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
2-05-2021, 13:46
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
10-09-2020, 11:41
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək
17-06-2020, 11:54
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
1-06-2020, 15:59
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi
21-04-2020, 13:57
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü