Azərbaycan-Rusiya sərhədindəki 3 keçid məntəqəsini birləşdirən yolun genişləndirilməsinə başlanıldı
Ölkəmizin sosial-iqtisadi həyatında xüsusilə regionlarda, o cümlədən kəndlərdə iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi, həmçinin qeyri neft sektorunun inkişafının gücləndirilməsi istiqamətində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi respublikanın inkişaf gündəliyində ön plana çıxıb.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumatda bildirilir ki, bu istiqamətdə aparılan işlər ölkə ərazisində avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmasına olan tələbatı nəzərə alaraq, yüksək keyfiyyətli avtomobil yollarının layihələndirilməsi və tikilməsi vəzifəsini qarşıya çıxarır.
Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2020-ci il tarixli 1997 nömrəli Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba”, “Şirvanovka” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri aparılır.
Sözügedən avtomobil yolu 1982-ci ildə inşa edilib. Uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu üzdən yolun yenidən qurulmasında məqsəd Rusiya Federasiyası ilə sərhəddə yerləşən Samur, Şirvanovka və Xanoba sərhəd keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır.
Bundan başqa yol yeni Bakı-Rusiya magistral avtomobil yoluna birləşəcəkdir. Bununla da avtomobil yolu sərnişinlərin və ölkə ərazisindən ixrac olunan məhsulların 3 keçid məntəqəsi arasında paylaşdıraraq daha da sürətli transfer rolunu oynayacaqdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azərelmitətdiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yolunun 4 zolağa genişləndirilməsi məqsədilə 1C kateqoriyasına uyğun olaraq yol layihəsi hazırlanıb. Layihəyə əsasən avtomobil yolunun ümumi uzunluğu 23.4 kilometr, torpaq yatağının eni 21.6 metr, hərəkət hissəsinin eni 15 metr, 0.4 metr bərkidici zolaq olmaqla çiyinlərin eni 2x2 metr təşkil edir.
Hal-hazırda marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yolun genişləndirilməsi üzrə kommunikasiya xətlərinin köçürülməsi, svayların vurulması və torpaq işləri həyata keçirilir.
Layihə üzrə marşrut boyu Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 ədəd yol ötürücüsünün, Xan Arxı və Samur-Abşeron su kanalı üzərində 2 ədəd körpünün, həmçinin Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisi də aparılır.
Layihə üzrə nəzərdə tutulan yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış obyektləri sahiblərinin kompensasiya alınması istiqamətində müvafiq sənədləşmə işləri həyata keçirilib və bu çərçivədə də işlərə başlanılıb. Bundan başqa layihənin təsiri altına düşən yaşıllığın köçürülməsi məqsədilə hazırlanmış “Ətraf mühitə təsirin qiymətləndirilməsi” hesabatı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəy alınması məqsədilə göndərilib. Artıq müvafiq rəy alınaraq tikinti altına düşən yaşıllıqların köçürülməsi işlərinə də start verilib.
“Xanoba” “Şirvanovka” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasının 2021-ci ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
12-06-2020, 13:18
Yol tikintisinə 900 min manat ayrıldı - SƏRƏNCAM
10-06-2020, 12:22
Qobustanda yol tikintisinə 4,1 milyon manat ayrılıb – SƏRƏNCAM
27-04-2020, 11:54
Prezident sərəncam imzaladı, 30 milyon manat ayrıldı
14-12-2018, 13:14
Neftçalaya 18,2 milyon manat ayırdı
4-12-2018, 14:28
Prezident yol tikintisinə 5,6 milyon manat ayırdı
30-11-2018, 13:28
Prezident yol tikintisinə 11 milyon manat ayırdı
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir