Bakıda kişi arvadının üzərinə kimyəvi maddə tökməklə hədələdi
Hadisə
Oxunub: 374
1 May 2020 | 22:21
Bakıda kişi arvadının üzərinə kimyəvi maddə tökməklə hədələdi Bakının daxili işlər orqanlarının əməkdaşları tərəfindən son 24 saat ərzində baş vermişməişət zorakılığı faktları qeydə alınıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Aprelin 30-da Nizami rayonunun 24-cü Polis Bölməsinə 1972-ci il təvəllüdlü yerli sakin N.Bayramova müraciət edib. Qadın bildirib ki, 1996-cı il təvəllüdlü qızı A.Paşayeva tez-tez baş verən münaqişə səbəbindən əri C.Paşayevdən boşanıb və atasının evinə qayıdıb. Ancaq keçmiş kürəkən qızına rahatlıq vermir və onları hədələməyə davam edir. Ananın dediyinə görə, aprelin 30-na keçən gecə 1986-cı il təvəllüdlü C.Paşayev ona zəng edərək hədələyib ki, qızıyanına qayıtmasa, hər ikisininüzərinə kimyəvi maddə tökəcək.
Polis əməkdaşları tərəfindən hazırda bu faktaraşdırılır.
Qeyd etmək lazımdır ki, Azərbaycanda kimyəvi maddələrin tətbiqi ilə dəfələrlə zorakılıq halları baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətlərin qarşısını almaq üçün vaxtında tədbirlər görməsə, nəticələr ağır ola bilər.
Burada əvvəllər baş verən hadisələri xatırlatmaq yerinə düşər. 2019-cu ilin avqust ayında Bakının Binəqədi rayonunda ev dustaqlığına məhkum olunmuş 1986-cı il təvəllüdlü Adil Həsənov keçmiş həyat yoldaşı NaibəxanımMəmmədovanın üzünə kimyəvi maddə atıb. Nəticədə, qadının gözlərikor olub.
Həmin şəxsin ev həbsi ayağına taxılan elektron qolbaqla idarə edilirdi. Kimyəvi məhlulu əldə etmək üçün o, qolbağı ayağından qoparıb. Bu əməldən sonra təqsirləndirilən şəxs gizlənib, lakin bir neçə gün sonra Quba rayonunda saxlanılaraq həbsxanaya göndərilib.
2018-ci ilin dekabr ayında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan 41 yaşlı Fuad Axundov uzun müddət əvvəl boşandığı 34 yaşlı Xatirə Axundovanın üzünə kimyəvi maddə atıb. Qadın üzündə və bədənində üçüncü dərəcəli yanıq xəsarətləri alıb.
Axundovların boşandıqlarına və qadının uşaqları ilə atasının evində yaşamasına baxmayaraq, keçmiş əri onu daim izləyib. Təqsirləndirilən şəxs tutulan zaman keçmiş həyat yoldaşına qısqanclıqla yanaşdığını və həyatını məhv etdiyi üçün ondan qisas almaq istədiyini bildirib.
2018-ci ilin may ayında isə Bakıda qısqanc ər arvadının üzərinə kimyəvi maddə atıb. Nəticədə, qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb.
2013-cü ilin iyul ayındaXəzər rayonunun Binə qəsəbəsində keçmiş əri - 1972-ci il təvəllüdlü Əlfiyə Əbdülrəhmanovanın üzünə kimyəvi maddə atıb. Nəticədə, qadının gözləri kor olub. 2-ci Polis Bölməsinin əməliyyatçıları əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Fərhad Əbdülrəhmanovu saxlayıblar. Araşdırma zamanı məlum olub ki, o, altı il əvvəlarvadından boşanıb, lakin qadın ərinin soyadını saxlayıb. Diş həkimi işləyən həmin şəxs dindirilmə zamanı uzun müddət əvvəl boşanmalarına baxmayaraq, Əlfiyəni başqa kişilərə qısqandığını etiraf edib. O, keçmiş arvadının evinə gedib və orada, oğlunun qarşısında onun üzünə kimyəvi maddə atıb.
Ötən gün ərzində qeydə alınan digər məişət zorakılığı hadisəsi Bakının Səbail rayonundahotellərdən birində baş verib. 1975-ci il təvəllüdlü İran vətəndaşı Delarami Abbas 39-cu Polis Bölməsinə müraciət edib. Ərizəçi 1974-cü il təvəllüdlü əri Keyvanxan Keykubanın onu döymək istədiyini bildirib. Ancaq qadın qəzəblənmiş ərinin əlindən qaçaraq, hoteldən çıxmağı bacarıb. Lakin sonradan o, ərinin 14 yaşlı oğlunu qəzəblə divara çırpdığını bilib.
Xatırladaq ki, daha əvvəl polis əməkdaşları ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə məişət münaqişələrinin sayının artdığını qeyd etmişdilər. Ailələrin uzun müddət özünütəcrid vəziyyətində qalması insanların psixikasına mənfi təsir göstərir, onları əsəbiləşdirir, qıcıqlandırır və münaqişələrə gətirib çıxarır.
Analoji məyusedici proqnozları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da vermişdi.
28-04-2020, 19:51
Bakıda qəsbkarlar bir nəfəri oğurlayaraq girov saxladılar
20-04-2020, 12:03
Polşada kimyəvi tullantılar fabrikində partlayış baş verib
9-04-2020, 12:33
DİN koronavirusun geniş yayılmasının qarşısını almaq istiqamətində tədbirləri davam etdirir
29-01-2019, 14:36
Bakıda polisin gözü qarşısında oğurluq etmək istədi...
25-01-2019, 12:51
Marketdə qadın müştərinin çantasını oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb
15-12-2018, 14:23
İnsanlara hücum edən çılpaq qadın tutuldu
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü