Gənc KVN-çi: Keyfiyyətli yumorla kino çəkilmir
Yumor insanların gündəlik ehtiyacı olmaqla yanaşı, ağıl və düşüncə inkişafında rol oynayır. Düşündürən zarafatların son illərdə yox olması, başqa tip yumorun Azərbaycanda aktuallaşması faktdır. Bugünkü müsahibimiz keyfiyyətli yumoru Azərbaycanda inkişaf etdirməyə çalışan gəncdir.KVN üzrə regional liqanın bədii rəhbəri, rusca və azərbaycanca çıxışlar edən “Bear Humor production”un təsisçisi Hüseyn Şahverdiyevin capar.info-a verdiyi müsahibəni təqdim edirik:
- KVN-ə marağınız necə yaranıb?
- Uşaqlıqdan zarafatcıl idim. Dostum Bakı Dövlət Universitetinin KVN komandasında idi. Hərbi xidmətdən qayıdanda işləyənə kimi burada başımı qatmağı təklif etdi və 2014-cü ildən məşğul olmağa başladım. Sonradan işləyə-işləyə paralel olaraq bununla məşğul oldum və indiyə kimi davam etdim.
- “Bear Humor”u yaratmağa necə qərar verdiniz?
- 2015-ci ilin dekabrında KVN üzrə Bakı Dövlət Universitetinin komandası olaraq Azərbaycan Regional Liqasının Çempionları adına layiq görüldükdən sonra 2016-cı ilin əvvəlində Soçi festivalına yollandıq. “Voronej Mərkəzi Liqası”nda iştirak etməyə dəvət olunduq. Artıq Azərbaycanda çıxış etmirdik, iki aydan bir Voronej Mərkəzi Liqasına gedirdik.
Burada çıxış etmədiyimizə görə öz layihəmizi yaratmaq, konsertlərimizi keçirmək qərarına gəldik. İlk konsertimiz 2016-cı ilin 16 iyununda baş tutdu. Bundan sonra mütəmadi olaraq konsertlər keçirdik.
- Konsertlərə maraq necə idi?
- İlk konsertlərə heç kim bizi tanımadığı, məlumatları olmadığı üçün ancaq dost-tanışları çağırırdıq. Sonradan yavaş-yavaş maraq yarandı. Yanvarın 5-i keçiriləcək konsertdə, demək olar ki, boş yer yoxdur.
- Azərbaycanda və Rusiyanın müxtəlif şəhərlərində çıxışlar etmisiniz, insanların maraqları arasında fərq var?
- Fərq çoxdur, onlar konsertə istirahətə, yumordan həzz almağa gəlirlər, daha az tənqid edirlər. Bizdə isə əsas tənqiddir. Amma əslində, hazırda bu təndiqə ehtiyacımız var. Çünki səhvlərini bilməyən insan nəyin üzərində işləməli olduğunu da bilmir. İndi tənqid etmələri bizim üçün yaxşıdır, inkişaf edirik. Amma əsas məqsədimiz Rusiyada yox, Azərbaycanda tanınmaqdır.
- Üzvləri komandaya necə seçirsiniz? Hazırcavablıq və yumoru necə qiymətləndirirsiniz?
- Hər bir insanın yumor hissi var: kimində yaxşı, kimində pis. İnsanı yumorist edən bu yumoru səhnədə göstərmək istəyi və səhnədən qorxmaması, bu sahəni davamlı olaraq iş kimi görməsidir. Komanda 15 nəfərdən ibarətdir. Üzvləri seçərkən KVN-dən anlayışı olan insanlara üstünlük verirəm. KVN bir məktəbdir və o məktəbi keçmək lazımdır.
Qapılarımız yumor sahəsində özünü tanıtmaq, çıxış etmək istəyən hər kəsə açıqdır. İnsanın zəhmətkeş olması əsasdır. İnsan hazırcavab olmaya bilər, yumordan anlayışı olmaya bilər. Zəhmətkeş insan, məncə, bacaracaq.
- Azərbaycanda yumor hansı səviyyədədir? Çəkilən filmlərin əksəriyyətinin bu janrda olmasına gənc KVN-çi kimi münasibətiniz necədir?
- Yumor Azərbaycanda inkişaf etməyə çalışsa da, çox aşağı səviyyədədir. Yumoristlərin əksəriyyəti küçə zarafatları, söyüş və ya maşın, qız məsələləri ilə insanları güldürməyə çalışırlar. Bu, gülməli deyil, sadəcə, maraqlıdır. Cəmiyyət başqa alternativ olmadığı üçün bunu qəbul edir. Hamının 100-200 min izləyicisi var, hər kəs bunu göstərir, insanlar başqa heç nəyə baxa bilmirlər. Biz fərqli yumor təqdim etməyə çalışırıq.
Film çəkmək, ssenarisini yazmaq çox çətindir. Onları tənqid edəcək dərəcədə deyiləm. Onu deyə bilərəm ki, filmlərdə gördüyümüz zarafatlar gündəlik həyatda etdiyimiz zarafatlardır, heç kim yeni ssenari yazmır, həyatda hamının etdiyi zarafatlar götürülür və kino ssenarisi kimi təqdim edilir, hər kəs də “mənim etdiyim zarafatdır” deyib gülür. Səbəb eynidir, keyfiyyətli yumorla kino çəkilmir, hamısı eyni olduğu üçün insanlar baxır, alternativ yoxdur.
- İşinizin çətin tərəfləri nələrdir?
- Bu işin asan tərəfi yoxdur. İki ay əvvəldən konsertə hazırlaşırıq, səhnəcikləri, stand-upları, musiqili zarafatları yazırıq, yazdıqlarımıza gülürük, amma bir müddət sonra oxuyanda gülməli gəlmir, dəyişikliklər edirik, yenə yazırıq. Məşq edirik, kimdə nə yaxşı alınırsa, səhnələri bölüşdürürük, səhnədə hansı ardıcıllıqla gedəcəyini planlaşdırırıq. Bu, bir saatlıq gülməli materialın bədii tərəfidir.
İdarəçi tərəfləri, biletlərin satışı, düzgün yer axtarıb seçmək məsələləri stress yaradır.
- İşinizin ən sevdiyiniz tərəfi nədir?
- Ən sevdiyim tərəfi konsert zamanı və sonda olan alqışlardır. Bunu ancaq səhnəyə çıxa bilən insanlar başa düşə bilər. Və maddi qazanc (gülür). Hazırda bu işə gəlir mənbəyi kimi baxmırıq, amma yenə də ən həzz aldığımız alqışlar və puldur.
- Gələcək üçün nə kimi planlarınız var?
- Yaya kimi hər ay yarımdan bir konsertlər keçirmək və gələcəkdə öz serialımızı çəkmək istəyirik.
- Oxuculara sözünüz...
- Başqa məhsul, yumor təqdim etməyə çalışırıq. Dəstək olanlara minnətdarıq, dəstək olmayanlara isə demək istəyirəm ki, sadəcə, kənarda dayansınlar, ayağımızdan dartmasınlar.
Gənclər növbəti – səkkizinci klub formatlı konsertlərini 5 yanvarda keçirməyə hazırlaşırlar. Qeyd edək ki, konsert “Taboo Club and Lounge”da baş tutacaq.
Nəzrin Həsənova
24-12-2018, 13:22
Rəsmi təkcə görərək yox, qoxlayaraq zövq almağın yolu - MÜSAHİBƏ
23-12-2018, 16:23
Rəsmi təkcə görərək yox, qoxlayaraq zövq almağın yolu - MÜSAHİBƏ
21-12-2018, 14:51
Azərbaycanda gənc şair intihar etdi - FOTO
5-12-2018, 15:52
“Müasir Azərbaycan” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
7-11-2018, 16:16
“Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü